Icma.az
close
up
RU
Arif Əliyev: Ermənilərlə etimad mühitini qurmaq çox çətin prosesdir MÜSAHİBƏ

Arif Əliyev: Ermənilərlə etimad mühitini qurmaq çox çətin prosesdir MÜSAHİBƏ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Narazılır olacaq, istəməyənlər, qarşı çıxanlar, ehtiyat edənlər olacaq”

“Bunları başa düşürük və olmasını təbii qarşılayırıq. Ona qalsa, Ermənistan cəmiyyətində fikir ayrılığı, etirazlar daha böyükdür və tez-tez rast gəlinir”

“Nələrsə etməli, hansısa fəaliyyəti ortaya qoymalıyıq ki, mənfi tendensiyalar azalsın, onları müsbət tendensiyalar əvəzləsin”

Noyabrın 30-da Gürcüstanın paytaxtı Tbilisidə bir qrup azərbaycanlı və erməni jurnalist arasında "media nifrətə və düşmənçiliyə qarşı" mövzusu müzakirə edilib. Görüşdə Bakı Media Klubunun rəhbəri, media məsələləri üzrə ekspert Arif Əliyev, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna.az" informasiya saytının baş redaktoru Elçin Şıxlı iştirak ediblər. Qeyd olunub ki, müzakirələrdə məqsəd peşəkar medianın millətlərarası münasibətlərin tənzimləməsində rolunu artırmaq və nifrət nitqlərindən istifadə etməməkdir. Azərbaycan və Ermənistan deputatlarının, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərindən sonra media nümayəndələrinin də görüşü diqqət çəkir. Görüş barədə Sherg.az-a ətraflı danışan Bakı Media Klubunun rəhbəri Arif Əliyev deyib ki, Tbilisidə keçirilən tədbir Azərbaycan-Ermənistan münasibətlərinin mediada işıqlandırılması ilə bağlı idi. 

- Arif müəllim, Tbilisidə Azərbaycan və Ermənistan jurnalistləri arasında keçirilən görüşün təşəbbüskarı kim idi? 

- Bakı və İrəvan "Pressklub"ları birgə televiziya yaradıblar və orada müxtəlif mövzular üzrə verilişlər yayımlanır. Bu, kifayət qədər oturuşmuş bir təşəbbüsdür. Buna əlavə olaraq, uzun araşdırmalar zamanı gördük ki, keçmiş "Qarabağ münaqişəsi" ilə əlaqədar, ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərinə dair bir çox terminlər ya təhrif olunur, ya unudulur, yaxud da jurnalistlər həmin terminlərin mənasını bilmirlər. Ona görə çox vaxt kobud səhvlərə yol verilir. O səbəbdən bununla əlaqədar izahlı lüğət hazırlanır. Söhbət "Qarabağ münaqişəsi"nə dair terminlərin izahlı lüğətindən gedir. Jurnalistlərə və mediaya, politoloqlara kömək məqsədilə bu addım atılıb. Digər sənəd isə Azərbaycan-Ermənistan münasibətlərində, xüsusən ermənilərin Azərbaycana münasibətlərində çoxlu stereotiplərin toplanması ilə əlaqədardır. Onların bəziləri çox zərərlidir. Sülh prosesində irəliləyiş mərhələsində bu cür stereotiplər nədir, necə yaranır və onları hansı formada aradan qaldırmaq mümkündür? Üçüncü məsələ "Azərbaycan-Ermənistan münasibətlərinin mediada işıqlandırılması qaydaları" ilə bağlıdır. Bu, bir növ tövsiyə, məsləhət xarakteri daşıyır və kimlərəsə göstəriş üçün deyil. Sadəcə, bu mövzularda "hansı şərtlərə necə əməl olunmalıdır" sualına cavablar müəyyənləşir. Tbilisidə məhz bu sənədlərin son mərhələdə müzakirəsi idi. Artıq layihələr hazırdır. Görüşdə bizim tərəfdən "Pressklub TV"nin məsul şəxsləri, ekspert kimi Qulu Məhərrəmli, Elçin Şıxlı və mən idim. Ermənistan tərəfdən isə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyanın rəhbərlik etdiyi nümayəndə idi. 

- Təmaslarınız Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətləri arasındakı görüşlərdən öncə başlayıb?

- Bu proseslər çox əvvəldən başlayıb və uzun mərhələni əhatə edir. "PressklubTV" artıq 2023-cü ildən bu istiqamətdə fəaliyyətə başlayıb. Düzdür, təxminən 2-3 ay əvvəl birgə kanal şəklində formalaşandan öncə də Ermənistanda və Azərbaycanda ardıcıl bu tipli verilişlər təqdim olunurdu. Bir çox ekspertlərimiz uzun müzakirələr mərhələsindən keçiblər. Yəni prosesə çoxdan start verilib. Təbii ki, bu proses getdikcə yeni formalar alacaq. Sülh perspektivinin yaxınlaşması ilə əlaqədar, münasibətlərin genişlənməsi ilə bağlı yeni-yeni formatlar gündəmə gələcək. Bu formatlardan biri də Azərbaycan-Ermənistan vətəndaş cəmiyyətləri arasındakı görüşlərdir. Ancaq biz sırf media münasibətləri çərçivəsində və birbaşa media ekspertlərinin, profesionalların iştirakı ilə bu təşəbbüsü reallaşdırmışıq. 

- Vətəndaş cəmiyyətlərinin görüşlərindən sonra hər iki cəmiyyətdə neqativ baxışlar da gündəmə gəldi. Sizin Tbilisidəki məlum təmaslarınızı da sosial şəbəkədə tənqid edənlər vardı. Etimad mühitinin formalaşması nə qədər çətin proses olacaq? 

 - Əlbəttə, çox çətin prosesdir. Narazılır olacaq, istəməyənlər, qarşı çıxanlar, ehtiyat edənlər olacaq. Bunları başa düşürük və olmasını təbii qarşılayırıq. Ona qalsa, Ermənistan cəmiyyətində fikir ayrılığı, etirazlar daha böyükdür və tez-tez rast gəlinir. Elə bunların aradan qalxması və etimad mühitinin formalaşması üçün uzun proses keçməliyik və hazırda bu proses gedir. Təbii ki, bunun üçün nələrsə edilməlidir. Sadəcə oturub gözləməklə, "elə olacaq, belə olacaq" deməklə iş bitmir. Nələrsə etməli, hansısa fəaliyyəti ortaya qoymalıyıq ki, mənfi tendensiyalar azalsın, onları müsbət tendensiyalar əvəzləsin. Vurğuladığım sənədlər buna xidmət edir. Cəmiyyət, daha doğrusu, etiraz edənlər bir şeyi başa düşməlidir ki, bütövlükdə medianı QHT-lərin fəaliyyətinə bağlamaq olmaz. Bizim işimizdə QHT-lərdən də, dövlət orqanlarından da münasibətlər var. Yəni media proseslərin necəliyindən, hansı mərhələdə olmasından asılı olmayaraq, peşəkarlıq qaydaları ilə hamısını işıqlandırır. Eyni zamanda sülh təşəbbüslərinin, sülh rüşeymlərinin daha tez irəliləməsinə, genişlənməsinə media olaraq kömək edə, dəstək verə bilərik. Necə ki, media nifrətin güclənməsinə yardımçı ola bilər, eləcə də sülhün və birgəyaşayışın irəliləməsinə köməklik göstərə bilər. Fəaliyyətimizi "dostluq, yaxud düşmənçilik çağırışı" kimi qiymətləndirmək bir məhdudiyyətdir, yəni məhdudluğun nəticəsidir. Mediaya düzgün olmayan baxışın nəticəsidir. Medianın işi bu iki məfhumdan daha genişdir.  

- Yəqin ki, monitorinqiniz olur. Qısa müddət keçməsinə rəğmən, media müstəvisində ilkin müsbət nəticələri sezmək mümkündürmü? 

 - Əlbəttə, mümkündür. Məsələn, biz bu formatdan kənar 3-4 aydan bir medianın monitorinqini aparırıq. Bir çox maraqlı cəhətlərə diqqət yönəldirik. Aydınlaşır ki, media indiki mərhələdə daha çox hansı məsələləri müzakirə edir, gündəmə gətirir və mövzular getdikcə necə dəyişir. Materialların tonallığı, xüsusiyyəti, yəni tənqidi, yaxud müsbət yanaşmanın necə dəyişməsi bəlli olur. Media daha çox hansı mənbələrdən istifadə edir, hansı ekspertlərin fikirlərinə yer verir. Digər yandan, medianın diqqətini cəlb edən ən neqativ cəhətlər, proseslər, risklər hansılardır. Monitorinqlər onu göstərir ki, 2023-cü ildən etibarən, yəni suverenliyin bərpasından bu yana materialların sayında böyük artım var. Materialların tonallığında ciddi dəyişiklik var. Yəni müsbət xarakterli, ümid vəd edən, sülhü təşviq edən materiallar kəskin artmaqdadır və bu, dinamik prosesdir. Ekspertlərə müraciətlər də çoxalır. Bu da medianın yetkinliyinin, peşəkarlığının, fikirlərə ehtiyatla, diqqətlə yanaşmasının göstəricisidir. Azərbaycan ekspertlərinin Ermənistan mediasında, erməni ekspertlərin bizim mediada görünməsi, öz fikirlərini cəmiyyətlə bölüşməsi də sürətlə artır. Bunların hamısı müsbət xarakterli meyillərdir. Əlbəttə, həmişə ehtiyatlı olmaq lazımdır. Amma bu ehtiyatlılıq bizim sülh və əməkdaşlığımıza mane olmamalıdır. Çünki söhbət bölgədə təkcə iki dövlətin münasibətlərindən yox, geosiyasi mənada çox böyük proseslərdən gedir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri