Icma.az
close
up
RU
Arif Əsədov: Klublararası dünya çempionatı ilə bağlı tənqidlər haqlıdır

Arif Əsədov: Klublararası dünya çempionatı ilə bağlı tənqidlər haqlıdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“PSJ-nin finalda “Çelsi”yə qalib gələcəyinə inanıram”

Bakı, 11 iyul, AZƏRTAC

Klublar arasında çox maraqlı dünya çempionatı gedir. Müxtəlif kontinentlərin futbol mentalitetini görür, fərqli-fərqli oyun üslubları və taktikalarını izləyirik. Futbolun ən çox inkişaf etdiyi Avropa qitəsinin klubları finala yüksəlməyi bacardı. İki komandanı müqayisə etsək, PSJ-nin bu gün dünyanın ən yaxşı klublarından biri, hətta birincisi olduğunu deyə bilərik. Son illərdə əldə etdikləri kuboklar, nümayiş etdikləri möhtəşəm futbol bunu deməyə əsas verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatının final oyununda üz-üzə gələcək İngiltərənin “Çelsi” və Fransanın PSJ komandalarının şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssisin sözlərinə görə, baş məşqçi Luis Enrikenin gəlişindən sonra Paris klubunda müsbət mənada çox şeyin dəyişdiyini görmək olur: “Öz oyun fəlsəfəsini futbolçulara aşılaya bilib. Əvvəllər bu klub daha çox ulduz futbolçulara bel bağlayırdı. Komandanın heyətində Lionel Messi, Neymar və Kilian Mbappe kimi futbol dünyasının tanınmış simalarının yer aldığı dövrlərdə bugünkü qədər uğur qazana bilmirdilər. İspaniyalı çalışdırıcı sayəsində PSJ artıq ulduzlardan ibarət komanda deyil, təşkilatlanmış güclü kollektivə çevrilib. Təbii ki, final görüşündə favorit olaraq Fransa təmsilçisini görürəm. Qalib gələcəklərinə inanıram. Amma “Çelsi”də də baş məşqçi Enzo Mareskanın gəlişindən sonra nizam-intizam baxımından yüksəliş hiss olunur. Sistemli şəkildə oynayırlar. Amma PSJ qarşısında şanslarının az olduğunu düşünürəm”.

Futbol ictimaiyyətinin bu turnirin təşkili ilə bağlı narazılıqlarından da söz açan A.Əsədov tənqidlərə haqq verdiyini söyləyib: “Meydançalarla bağlı narazılıqlar və şikayətlər çoxdur. Təbii ki, bu gün dünyada texnologiya və futbol o qədər inkişaf edib ki, artıq xırda detallara belə diqqət yetirilir. Digər tərəfdən, futbolçular üçün turnirlərin və oyunların sayı kifayət qədər artıb. Fiziki yorğunluq da öz sözünü deyir. Belə olan halda zədələnmələr də çoxalır. Düşünürəm ki, haqlı üsyandır. Başqa bir narazılıq isə ABŞ-da kəskin istilərin hökm sürməsi ilə bağlıdır. Fikrimcə, istənilən hava şəraitinin öhdəsindən gəlmək olar, amma keyfiyyətsiz meydançaların yox. Meydança amili çox önəmlidir, ona görə də ot örtüyü ideal olmalıdır”.

Qeyd edək ki, iyulun 13-də təşkil olunacaq “Çelsi” – PSJ qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri