Arif Əsədov: Meydan sahiblərinin bəxti gətirdi
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İlk hissə "Turan Tovuz"un üstünlüyü ilə keçdi. Hər iki komandanın qol vurmaq üçün yetəri qədər imkanları var idi". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" "Şamaxı" matçı ilə bağlı fikirlərini bölüşüb:
"Məncə, görüşün ədalətli nəticəsi heç-heçə idi. Təbii ki, "Turan Tovuz" vacib xal itkisi ilə "Araz-Naxçıvan"a çatmaq baxımından şansını qaçırdı. "Şamaxı" isə rahatdır. Qazanılan hər xal onların psixoloji durumunu daha da yaxşılaşdırır. Ümumilikdə matç maraqlı keçdi. "Turan Tovuz" yenə də standart vəziyyətlərdə daha təhlükəli idi. "Şamaxı" da bir neçə əks hücumda qol vura bilərdi, sadəcə, meydan sahiblərinin bəxti gətirdi".
Qeyd edək ki, "Turan Tovuz" - "Şamaxı" matçı 1:1 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















