Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

UNEC mövcud səlahiyyətlər daxilində bu uğuru qazanıb Əliməmməd Nuriyev

UNEC mövcud səlahiyyətlər daxilində bu uğuru qazanıb Əliməmməd Nuriyev

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Dövlət İqtisad Universitetinin — UNEC-in dünya reytinqində yüksəlişi sevindirici xəbərdir. Times Higher Education təşkilatının 2027-ci il sıralamasında universitet 801–1000 intervalından 701–800 qrupuna keçib və Azərbaycan üzrə birinci olub. 118 ölkə və ərazidən 2297 universitetin iştirak etdiyi reytinqdə irəliləmək ciddi nəticədir. Məncə, bu uğur universitetlərimizin inkişafı ilə bağlı müzakirələrə də yeni əsas verir. Bu il Azərbaycanın beş universiteti sıralamada yer alıb. Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000 intervalındadır. Azərbaycan Texniki Universiteti və ilk dəfə reytinqə daxil olan Azərbaycan Tibb Universiteti 2001+ qrupundadır. Universitetlərin profilləri fərqlənsə də, bu nəticələr ali təhsilimizin beynəlxalq mövqeyini gücləndirmək üçün hələ çox işləməli olduğumuzu göstərir. UNEC-in əldə etdiyi irəliləyişdə elmi fəaliyyətin payı diqqət çəkir. Universitetin açıqlamasına görə, tədqiqat keyfiyyəti üzrə 158 pillə yüksəliş əldə olunub və bu istiqamətdə 323-cü mövqe qazanılıb. Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramı da tələbələrə xaricdə təhsil və akademik təcrübə qazandırır”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bunu 525.az-a bildirib. O bildirib ki, UNEC-in sentyabr məlumatında 150-dən çox tələbənin ikili diplom proqramını uğurla tamamladığı bildirilir. Bu işlərin arxasında universitet rəhbərliyinin və müəllimlərin əməyi dayanır: “Mən bunu yaxşı idarəçiliyin, qarşıya qoyulmuş məqsədlər üzrə ardıcıl işləməyin nəticəsi kimi qiymətləndirirəm. Azərbaycan üçün əsas məsələ təhsilin keyfiyyətidir. Reytinqdəki yüksəlişi tələbənin auditoriyada aldığı bilik, qazandığı bacarıq və məzun olduqdan sonra iş tapmaq imkanları ilə birlikdə dəyərləndirməliyik. THE metodologiyasında tədqiqat mühiti və keyfiyyətinin ümumi çəkisi 59 faizdir. Elmi fəaliyyətin tədrisə təsirini gücləndirmək, tələbəni araşdırmaya və praktik işə cəlb etmək universitetin cəlbediciliyini də artırar. Nazarbayev Universitetinin 376–400 qrupuna yüksəlməsi bizim üçün də maraqlı təcrübədir. Həmin nəticəyə gətirən maliyyələşmə, akademik heyət və idarəetmə şərtlərini öyrənmək olar. Azərbaycanın universitetləri də beynəlxalq rəqabətdə daha yüksək hədəflər uğrunda çalışmaq üçün kifayət qədər təşəbbüs və qərar sərbəstliyinə malik olmalıdır. UNEC mövcud səlahiyyətlər daxilində bu uğuru qazanıb. İndi həmin nəticəni möhkəmləndirmək üçün universitetin hansı qərarları daha çevik qəbul edə biləcəyinə baxmaq lazımdır. Məsələn, öz gəlirləri hesabına həyata keçirilən layihələrdə xərc bölgüsünün dəyişdirilməsi üzrə qərar imkanları genişləndirilə bilər. Elmi bazaya abunə, dəvətli müəllim və tələbənin tədqiqatda iştirakı üçün vəsaitdən vaxtında istifadə etmək tədrisin keyfiyyətinə xidmət edir. İkili diplom proqramlarından yararlanmaq istəyən, lakin maliyyə çətinliyi yaşayan istedadlı tələbələrə dəstək də artırılmalıdır. Bunun hüquqi əsası var. “Təhsil haqqında” Qanunun 14.11-ci maddəsi dövlət ali təhsil müəssisələrinə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində muxtariyyət verilməsini nəzərdə tutur. Bu müddəadan istifadə etməklə universitetlərin akademik, təşkilati və maliyyə qərarlarında sərbəstliyini genişləndirmək mümkündür. Müvafiq səlahiyyətlər aidiyyəti aktlarda dəqiq göstərilməli, onların həyata keçirilməsi kollegial qərarvermə və açıq hesabatlılıqla tamamlanmalıdır. UNEC-in uğuru daha geniş imkanlar barədə təklifləri əsaslandırmağa kömək edir. Nəticə göstərən universitetə yeni inkişaf fürsətləri yaratmaq bütün ali təhsil sistemi üçün faydalı olar. Öz gəlirini təhsilə daha çevik yönəldə, güclü müəllimi cəlb edə və tələbəsinə beynəlxalq təcrübə qazandıra bilən universitet həm ölkə daxilində daha çox seçilər, həm də xaricdən tələbə cəlb etmək üçün daha yaxşı şans qazanar. UNEC-in növbəti uğurlarını da bu istiqamətdə görmək istərdim”.

Sevinc Qarayeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri