Icma.az
close
up
RU
Arif Əsədov Sabah KuPS oyunu ilə bağlı iddialı proqnoz verdi

Arif Əsədov Sabah KuPS oyunu ilə bağlı iddialı proqnoz verdi

Icma.az bildirir, Fanat portalına istinadən.

"Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya çempionu "KuPS" ilə qarşılaşacaq. Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.

Fanat.Az təcrübəli mütəxəssisin dediklərini təqdim edir:

"İlk öncə onu qeyd edim ki, başda "Sabah" olmaqla, bütün klublarımıza uğurlar arzulayıram. İlk mərhələni təmsilçilərimiz çox uğurlu şəkildə keçməyi bacardılar. Arzulayaq ki, 2-ci mərhələdə də heç bir problem yaşanmasın və komandalarımız növbəti mərhələyə keçsinlər.
"Sabah" və rəqibini müqayisə etsək, təmsilçimiz daha üstün görünür. Təbii ki, bunların hamısı statistik olaraq belədir, ancaq meydanda tələb olunan amillər tamam başqadır. Əvvəla, "Sabah" evdə oynayır. Öz oyununa, öyrəşdiyimiz tərzinə sadiq qalıb meydanda diktə etməlidir və çalışıb yaxşı hesabla səfərə üz tutmalıdır. Mümkündür ki, ilk dəqiqələr bir az daha çətin olsun. Düzdür, nə qədər analiz edilsə belə, bəzən fərqli gedişat yaşanır. İlk dəqiqələr kəşfiyyat xarakteri də daşıya bilər. Amma "Sabah" alışdığımız tərzdə oyun göstərə bilsə, məncə, rahat qələbə qazanıb istədiyi nəticəni əldə edə bilər.

Necə oynamalı olduğunu təbii ki, məşqçilər korpusu daha yaxşı bilər. Amma evdə oynayırıq, ilk dəqiqələrdən rəqibə təzyiq etməliyik. Düşünürəm ki, azarkeşlər də yenə tribunaları dolduracaqlar. İki tərəfdən təzyiq olsa, yəni həm tribunaların, həm də meydandakı basqı bir-birini tamamlasa, həmçinin, erkən qol vursaq, işlər yaxşı gedəcək. Hesab təxminimə gəlincə, düşünürəm ki, komandamız iki top fərqi ilə qələbə qazanacaq".

Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 İyul 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri