Icma.az
close
up
RU
Arıqlamaq istəyənlər niyə ölür? ARAŞDIRMA

Arıqlamaq istəyənlər niyə ölür? ARAŞDIRMA

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar aktual olan mövzulardan biri də insanların arıqlamaq istəyi ilə bağlı istifadə etdiyi metodlardır.

Bu vasitələrdən biri kimi insanlar, xüsusilə də qadınlar müxtəlif əməliyyatlara üz tutmaqla yanaşı məhz arıqlamaq üçün təqdim edilən dərmanlardan istifadə edirlər.

Bu dərmanlarn bir qismini isə onlar internet vasitəsilə əldə edirlər. Bu cür mənşəyi bilinməyən dərmanlardan istifadə isə bəzi hallarda ölümə qədər aparıb çıxarır.

Türkiyənin Yeditəpə Universitetinin Əczaçılıq Fakültəsi Əczaçılıq Toksikologiyası kafedrasının müdiri, professor Əhməd Aydın və Əczaçılıq fakültəsinin tələbələri TÜBİTAK-ın (Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası) dəstəyi ilə “Onlayn satılan arıqlamaq dərmanlarının sağlamlığa təsiri” adlı araşdırma aparıblar.

Araşdırmaya görə, internetdən alınan arıqlama dərmanlarının tərkibində qadağan olunmuş "sibutramin" maddəsi aşkar edilib.

Professor Əhməd Aydın araşdırmanın nəticələrini açıqlayıb:

"Həm tibbi nəşrlərdən, həm də xəbərlərdən bilirik ki, bir çox insanlar bu məhsullara görə sağlamlıqlarını itirirlər. Bizim hədəfimiz bu məhsulların onlayn alınıb-alınmaması idi. Çünki ən böyük potensial riskin internetdən alınan məhsullara xas olmasıdır. Bu məhsulların etibarlılığı həmişə sual altındadır".

Əhməd Aydın analiz prosesində yüksək performanslı nazik təbəqə xromatoqrafiyasından (HP-TLC) istifadə etdiklərini açıqlayıb: 

"Məhsullarda "sibutramin"in olub-olmadığını araşdırdıq. Bu, arıqladan dərmanlarda ən çox tapılan qadağan olunmuş maddələrdən biridir. İlk olaraq aldığımız məhsulların analizinə başladıq.

Digər maddələri ekstraksiya üsulu ilə ayırdıq, daha sonra bu nümunələr müxtəlif analitik yüksək səviyyəli xromatoqrafiya üsulları ilə laboratoriyada tədqiq edildi.

Bu analizlərdə, nəticədə, araşdırdığımız 11 məhsuldan üçündə "sibutramin"i aşkar etdik. Ancaq bu məhsullar internetdə tamamilə bitki tərkibli məhsul kimi təqdim olunur".

2011-ci ildən Türkiyədə "sibutramin"in qadağan edildiyini xatırladan Aydın bu barədə məlumat verib:

"Bu maddə keçmişdə arıqlama dərmanlarında geniş istifadə olunurdu. Lakin istifadəsinin ürək xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açdığı təsbit edildiyi üçün əvvəlcə Avropada, sonra ABŞ və bir çox başqa ölkələrdə qadağan edildi. Buna baxmayaraq, bəzi istehsalçılar tərəfindən kustar üsulla, qeyri-qanuni və ya icazəsiz bu cür maddələri əlavə edirlər”.

Professor deyib:

“Xalq bilməlidir ki, heç bir möcüzə formul insana 10 gün, hətta bir ay ərzində sağlam şəkildə arıqlamağa kömək edə bilməz. Əgər məhsul bu cür vədlərlə satılırsa, çox güman ki, onun tərkibində zərərli və qadağan olunmuş maddələr var. Buna görə də əgər insan arıqlamaqla bağlı problemlər yaşayırsa, ilk növbədə tibb işçisi ilə məsləhətləşməli və həkimə müraciət etməlidir.

Həkim və səhiyyə qrupu hansı dərman və ya metodun uyğun olduğuna birlikdə qərar verməlidir. Bu yanaşma onların sağlamlığını qorumaq üçün ən yaxşı yanaşmadır".

Qeyd edək ki, Azərbaycanda da dərmanlar vasitəsilə arıqlamaq istəyənlər var və bu məqsədlə onlar da internet yolu ilə satılan, yaxud hər hansı bir tanışının məsləhəti nəticəsində belə dərmanlardan istifadə edirlər.

Ancaq bir sıra  hallarda bu, zəhərlənmə, hətta ölümlə də nəticələnir. Bu baxımdan artıq çəkiyə malik olan insanlar həmin problemi aradan qaldırmaq üçün mütəxəssislərə müraciət etməli, tərikibi məlum olmayan dərmanlardan istifadə etməməlidirlər. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri