Icma.az
close
up
RU
İlk dəfə olaraq azərbaycanlı coğrafiyaçı alim “Sel Assosiasiyası”nın medalı ilə təltif edilib

İlk dəfə olaraq azərbaycanlı coğrafiyaçı alim “Sel Assosiasiyası”nın medalı ilə təltif edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Gürcüstanın Tbilisi şəhərində “Sel axınları: fəlakətlər, risk, proqnoz, mühafizə” mövzusunda 8-ci beynəlxalq konfrans keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, şöbə müdiri Stara Tarixazər, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi coğrafiya elmləri doktoru, dosent Sevil Quliyeva iştirak ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Beynəlxalq konfrans sel axınlarının qlobal və regional təhlili, son illərin sel fəlakətləri, sel riski və proqnozlaşdırılması, modelləşdirmə, buzlaq göllərinin sel təhlükəsi, buz-su-daş axınları, seldən mühafizə tədbirləri, sellərin proqnozlaşdırılmasına dair və sel axınının qarşısının alınması üzrə normativ sənədlər, daşqın əleyhinə qurğuların layihələndirilməsi kimi məsələlərin müzakirəsinə həsr olunub.

Konfransın açılışında Stara Tariхazər həmmüəllif olduğu “Uzaqdan zondlama məlumatları əsasında Qudyalçay hövzəsinin selə meyillilik zonalarının müəyyənləşdirilməsi və sel riskinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib .

“Sel Assosiasiyası” ənənəvi olaraq selşünaslıq sahəsində görkəmli xidmətləri olan alimləri S.M.Fleyşman adına medalla təltif edir. İyirmiillik fəaliyyəti ərzində Assosiasiya tərəfindən 35 alim bu mükafata layiq görülüb.

Beynəlxalq konfransın bağlanış mərasimində Azərbaycandan ilk dəfə olaraq coğrafiyaçı-alim Stara Tariхazər selşünaslıq sahəsində nailiyyətlərinə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə bu nüfuzlu medalla təltif edilib. Mükafatı “Sel Assosiasiyası”nın prezidenti coğrafiya üzrə fəlsəfə doktoru Sergey Çernomorets və Gürcüstan Milli Elmlər Akademiyasının akademiki Givi Gavardaşvili təqdim ediblər.

Bu uğur Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasının və ölkəmizin iqlim və ekoloji təhlükəsizlik sahəsində fəal mövqeyinin növbəti sübutudur.

Sel hadisələri dünya ölkələri üçün aktual ekoloji və sosial-iqtisadi problemlərdən biridir. Azərbaycan da sel təhlükəli regionlar sırasına daxildir. Sel hadisələrinin qarşısının alınması və fəsadlarının azaldılması istiqamətində müxtəlif ölkələrin mütəxəssisləri ilə əməkdaşlıq “Sel Assosiasiyası” (Debris Flow Association) çərçivəsində həyata keçirilir. Təşkilat 2005-ci ildə Rusiyanın Pyatiqorsk şəhərində yaradılıb. Hazırda 23 ölkədən 160-dan çox eksperti birləşdirən bu Assosiasiya sel və onlardan qorunma üzrə dünyanın ən böyük mütəxəssislər birliyidir.

Azərbaycanı bu təşkilatda Coğrafiya İnstitutunun əməkdaşları – Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru, dosent Stara Tariхazər və İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyev təmsil edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri