Icma.az
close
up
RU
Sənayedə qeyri dövlət sektorunun payı 80 faiz olub

Sənayedə qeyri dövlət sektorunun payı 80 faiz olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 32,7 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub. Ümumi istehsalın 88,6 faizi sənaye məhsullarının istehsalı, 11,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Bu ilin yanvar-sentyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 8,4 faiz, istehsal vasitələrinin istehsalı 0,9 faiz artıb, aralıq istehlak məhsullarının istehsalı 0,8 faiz, enerji məhsullarının istehsalı 1,4 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 5 faiz azalıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2025-ci il vəziyyətinə 849,4 milyon manatlıq hazır məhsul olub.

Ehtiyatların 54,6 faizi Bakı, 12,6 faizi Sumqayıt, 4,7 faizi Gəncə, 0,3 faizi Şirvan şəhərlərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 141,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri