Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Arıqlamaq istəyənlər üçün faydalı məsləhətlər

Arıqlamaq istəyənlər üçün faydalı məsləhətlər

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

1. Artıq çəkinin olmasını necə təyin etmək olar? Ən asan üsul: qadınların belinin çevrəsi (göbək nahiyyəsində) 80 sm-dən çox, kişilərin - 92-94 sm-dən çox olmamalıdır.

Əks halda hesab olunur ki, insanın artıq çəkisi var. Təbii ki 1-2 santimetr ciddi problem sayılmır, lakin 10 və daha artıq santimetr olduqda, bu artıq ciddi pozulma sayılır.

2. Bəzi hallarda artıq çəkisi olan insanlara axşam 6-dan sonra qida qəbul etməməsini məsləhət edirlər. Bu səhv məsləhətdir. Bunun nəticəsində insan orqanizmi stress vəziyyətinə düşür və özünü "aclıqdan" xilas etmək üçün daha artıq miqdarlarda piy yığmağa başlayır.

Təbii ki, axşam saatlarında insanın fiziki aktivliyi kəskin azalır, qəbul etdiyi kalorilər yanmır və bel və qarın nahiyəsində "yığılmağa" başlayır. Bu səbəbdən axşam saatlarında qızarmış, yağlı, şirin qidalardan, təbii ki, imtina etmək lazımdır.

Beləliklə, nahar mütləqdir. Lakin nahar azkalorili qidalardan ibarət olmalıdır - bir qədər bitki yağı əlavə olunmuş tərəvəz salatı, meyvələr, yoqurt və s.

3. Bir çox insanlar fikirləşir ki, arıqlamaq istəyən insan şirniyyatlardan tam imtina etməlidir. Lakin bu heç də belə deyil. Zefir, marmelad, quru meyvələr, tünd şokolad (70% kakao), hətta dondurma (təbii ki, cüzi miqdarlarda) pəhrizdə qala bilər. Lakin onları yalnız günün birinci yarısında qəbul etmək olar. Dükanlarda satılan müxtəlif peçenye, keks, vafli və s. şirniyyatlardan (xüsusilə uzun saxlanma müddəti olanlardan) tam imtina etmək lazımdır (bu bütün insanlara aiddir). Bu məhsulların tərkibinə artıq miqdarlarda şəkər və ucuz və orqanizm üçün ziyanlı yağlar (trans-yağlar) daxildir.

4. Ac qalmaq arıqlamaq üçün ən pis üsuldur. Aclıq insanın bütün orqan və sistemlərinə mənfi təsir edir. Ac insanın sinir sistemi çox həssas olur və nəticədə insanda nevroz inkişaf edə bilər. Mədə-bağırsaq sistemi də əziyyət çəkir. İnsanın immun sisteminə ciddi zərbə vurulur. Nəticədə insanda müxtəlif və bəzən çox ağır xəstəliklər (vərəm, onkoloji xəstəliklər və s.) inkişaf edə bilər.

5. Fiziki gərginliklər də böyük çəki ilə mübarizədə fikirləşdiyimiz qədər kömək etmir. Bəzən idman zalına gedən insan bir müddət keçdikdən sonra təəccüblə çəkisinin daha da artmasını aşkar edir. Piy toxuması əzələ toxuması ilə əvəz olunmur. Xüsusi məşğələlər nəticəsində əzələlər "şişir" və onların çəkisi artır. Beləliklə, piy toxuması "öz yerində" qalır, əzələ toxuması isə artır və bunun nəticəsində insanın çəkisi də artır.

Yalnız düzgün qidalanma və daimi fiziki gərginliklər (məsələn, hər gün 4-5 km piyada gəzmək) arıqlamaq istəyən insana kömək edə bilər. Düzgün qidalanma dedikdə həkimlər meyvə-tərəvəz, yağı az olan süd məhsulları, müxtəlif yarmalar, yağsız ət və s. məhsulların qəbulunu nəzərdə tuturlar. Qızardılmış, yağlı, duzlu, kəskin, hisə verilmiş, bir çox şirin qidalar, konservalar, kolbasa-sosiska, mayonez, fast-fud və s. bu kimi qidalar pəhrizdən çıxarılmalıdır.

6. Arıqlamağa yönələn pəhrizlərin bir çox hissəsi dietoloq tərəfindən hazırlanmayıb, onların əksəriyyətinin hətta konkret müəllifi də yoxdur. Bu pəhrizlərin bir çox hissəsi insan orqanizminə yalnız zərər yetirə bilər. Müəyyən müddət ərzində 1-2 məhsulla qidalanan insan öz orqanizmini müxtəlif ona lazım olan maddələrdən məhrum edir ki, nəticədə orqanizmdə müxtəlif pozulmalar baş verə bilər.

7. Əgər insanın 15 və daha artıq kq artıq çəkisi varsa, bu halda pəhrizdən və idmandan başlamaq düzgün deyil. İlk növbədə insan həkimə müraciət etməlidir, lazım olan müayinə və analizlərdən keçməlidir. Bəzi hormonal pozulmalar (qalxanvari vəzi xəstəlikləri və s.) zamanı insan hətta ac qaldıqda arıqlaya bilmir.

8. 4-5 kq "atmaq" istəyən insan üçün belə sadə resept var: rasiondan 4 növ məhsul (şəkər və tərkibində şəkər olan bütün qidalar, un məmulatları, kartof, uzun düyü) kənarlaşdırılmalıdır və insan hər gün 4-5 km piyada gəzməlidir.

9. Arıqlamaq üçün olan dərmanların bir hissəsi çox təhlükəlidir. Bu dərmanlar insan səhhətinə çox ciddi zərər yetirə bilər. Məsələ burasındadır ki, bu dərmanlar insan orqanizmində gedən maddələr mübadiləsi proseslərini sürətləndirir, bu isə müxtəlif ciddi pozulmalara (hətta onkoloji xəstəlklərin inkişafına) yol açır. Bu səbəbdən mənşəsi bilinməyən, əllərdə (apteklərdə yox) satılan arıqlamaq üçün olan "möcüzəli" həblərdən istifadə etməyin.

Digər qrup dərmanlar apteklərdə satılır və orqanizmə sidikqovucu və işlətmə təsir edir. Lakin artıq piy sidik və nəcislə orqanizmdən çıxmır. Orqanizm yalnız artıq mayedən azad olur ki, nəticədə çəki azalır. Lakin bir müddətdən sonra çəki yenidən artır. Digər tərəfdən belə preparatların nəzarətsiz və uzun müddət ərzində qəbulu insan orqanizmi üçün ziyanlıdır.

Beləliklə, arıqlamaq üçün ideal həb (çay, bitki yığımı və s.) yoxdur. Onların qəbulu yalnız cüzi və azmüddətli effekt verə bilər.

10. Masaj və bəzi kosmetoloji prosedurlar arıqlamağa kömək edir. Lakin bu halda da insan passiv olmamalıdır - pəhriz və fiziki gərginliklər mütləqdir.

Məsləhətlərin müəllifi Rusiyanın tanınmış dietoloqu Aleksey Kovalkov.

Mənbə: dietplan.ru

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:360
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see484

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see455

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see332

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see329

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see263

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see246

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see245

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see237

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see229

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see224

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see223

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see218

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see212

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see210

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see207

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see204

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see195

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see182

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see174

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri