Arıqlamaq istəyənlərin gündəmindəki məsələ ilə bağlı VACİB AÇIQLAMA
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Detoks suları orqanizmi toksinlərdən təmizləmir, piyləri əritmir və maddələr mübadiləsini möcüzəvi şəkildə sürətləndirmir.
“Yeni Sabah” xəbər verir ki, dietoloq Tutu Zeynalova detoks suları ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış fikirlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, bu içkilərin orqanizmi toksinlərdən təmizləməsi ilə bağlı fikir doğru deyil. Əslində, bədənin zərərli maddələrdən təmizlənməsində əsas rolu qaraciyər və böyrəklər oynayır. Suya əlavə edilən limon, xiyar və nanə isə xüsusi detoksifikasiya təsirinə malik deyil. Sərfəli qiymətə məhsullar
Dietoloq bildirib ki, detoks sularının piyləri əridərək arıqlatması da yanlış təsəvvürdür. Heç bir qida və ya içki birbaşa piyləri parçalayaraq əridə bilməz. Bununla belə, bu sular şəkərli və qazlı içkiləri əvəz etdikdə gündəlik kalori qəbulunu azaltmağa kömək edə bilər.
Tutu Zeynalova meyvə və tərəvəzlərdəki bütün vitaminlərin suya keçməsi fikrinin də doğru olmadığını qeyd edib. Onun sözlərinə görə, suda saxlanılan limon, xiyar və giləmeyvələrdən bəzi vitaminlər, o cümlədən C vitamini az miqdarda suya keçə bilər. Lakin meyvənin özünü yemədikdə lif və digər vacib qida maddələrini qəbul etmirsiniz.
Ekspert detoks sularının maddələr mübadiləsini sürətləndirməsi ilə bağlı iddiaların da elmi əsasının kifayət qədər olmadığını vurğulayıb.
O bildirib ki, detoks suları özlüyündə zərərli deyil və adi su içməkdə çətinlik çəkənlər üçün maye qəbulunu artırmağa kömək edə bilər. Ancaq bu içkilərdən arıqladıcı və müalicəvi möcüzə gözləmək düzgün deyil.
Baxış sayı:63
Bu xəbər 21 Noyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















