Icma.az
close
up
RU
Orxan Fikrətoğlu: Mən ruhumu satmamışam, amma ailəmi dolandırmalıyam Müsahibə

Orxan Fikrətoğlu: Mən ruhumu satmamışam, amma ailəmi dolandırmalıyam Müsahibə

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktor vəzifəsini müvəqqəti olaraq icra edən yazıçı Orxan Fikrətoğlunun APA-ya müsahibəsini təqdim edir.

Diktə ilə yazmamışam

- Orxan müəllim, hazırda nə yazırsınız?

- Bu gün mən daha çox uzun illər boyu yazılmış əyri mətnləri redaktə edirəm. Mədəniyyəti yeni abzasdan yazıram. Və qəti əminəm ki, yazdığım əlyazmalar yanmayacaq.

- Siz hər zaman milli olan Azərbaycan mədəniyyətinin müdafiəçisi kimi çıxış etmisiniz. Onun üçün soruşmaq istəyirəm, hazırda mədəniyyətimiz hansı səviyyədədir?

- Mədəniyyət xalqın yaşam tərzidir, təcrübəsindən əmələ gəlmiş ənənəsidir. Sadəcə toplum ənənədən və eyni şəkillənmədə mədəniyyətindən uzaqlaşıb. Qadjet dəbi ilə yaşayır.

- Bəs Orxan Fikrətoğlu mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması üçün nə edir?

- Mücadilə edir. Yel dəyirmanları ilə deyil, yer dəyirmanları ilə sistem savaşı aparır. Cahilliyə qarşıdır. Sənət insanın daxili aləmini, mənəvi halını təkmilləşdirmək, onu ilahiləşdirmək üçündür.

- Sizi uzun müddət efirdən tanımışıq. Sonra bir müddət Milli Kulinariya Mərkəzinin direktoru oldunuz, hazırda isə ARKA-ya rəhbərlik edirsiniz. Bir-birindən tam ayrı olan sahələrlə Orxan Fikrətoğlunu nə birləşdirir?

- Cəmiyyət Orxan Fikrətoğlunu sevdiyindən heykəl kimi görmək istəyir. Gərək Orxan Fikrətoğlu nə yesin, nə içsin, ancaq sənətiylə məşğul olsun deyir. Mən heç vaxt ruhumu satmamışam.Yaratdığım ədəbiyyatı, filmləri, esse və publisistikanı diktə ilə yazmamışam. Bununla belə, ailəmi dolandırmalıyam. Ona görə də “daş” daşıyıram.

Bizi ittiham edənlərin Orxan Fikrətoğlu ilə, Mədəniyyət Nazirliyi ilə açıq qərəzi var

- Kino ictimaiyyəti arasında belə bir fikir də dolaşır ki, ARKA özü bir iş görmür, film çəkmir, amma yaxşı bir film görən kimi onu mənimsəməyə çalışır.

- (Gülür) Çox bəsit, cahil yanaşmadır. Mənbədən xəbərsizlikdir. Mən sizə faktları deyim. O faktları ki, jurnalistlər, cahil cameə, kinoya dünən gəlib artıq özünü “kinoçu” sayanlar tamamilə səhv anlayışlarla yaşayırlar. Mən artıq iki ildir bu aydın həqiqətləri onlara izah edə bilmirəm. ARKA-nın konkret özəl məlumat saytı var və orda bizim nə işlər gördüyümüz hər gün açıq-aydın yazılır. Həmçinin biz “Kinoinfo” saytını maliyyə ilə təmin edirik. O sayta Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov rəhbərlik edir. Biz onlara hər ay pul köçürürük. Əlisa Cabbarov da peşəkar kino işinin bilicisi kimi ARKA-nın fəaliyyətini “Kinoinfo” saytında jurnalistlərə çatdırır. Hər iki saytda ARKA-nın nə etdiyi, hansı filmlərə maliyyə ayırdığı şəffaf yazılır. Bununla belə mənə yenə bu tip bəsit suallar verilir. Demək, bizi ittiham edənlərin Orxan Fikrətoğlu ilə, Mədəniyyət Nazirliyi ilə açıq qərəzi var. Sizə bir neçə təkrarlanan qərəzi deyim. Birincisi, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası ARKA-nın tabeliyində deyil. Bizim oranı təmir etməyə nə hüquqi, nə də maliyyə əsasımız var. Eyni zamanda, Nizami Kino Mərkəzi də bizə aid deyil. Onlar hər ikisi özü-özünü maliyyələşdirməli olan qurumlardır. Ən əsası: ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, ARKA filim istehsal etmir, bunu təkrar-təkrar deməyə məcburam. ARKA operatordur, filim istehsal edən prodüser şirkətlərini maliyyələşdirən, onları ayağa qaldırmaqla yeni prodüser kinosunun təməlini yaradan şəffaf qurumdur. Biz kino çəkmirik ki, çəkilmiş filmlərin keyfiyyətinə cavabdeh olaq, biz filim çəkmək istəyən prodüser şirkətlərinə dəstək oluruq. Əlbəttə, ssenarinin keyfiyyətini yoxlayırıq, rejissorun səriştəsinə bələd oluruq. Ancaq müsabiqə yoluyla. Biz işə başladığımız bu az müddətdə artıq otuza yaxın prodüser şirkətini işlə təmin etmişik. Bu isə o deməkdir ki, otuza yaxın prodüser şirkəti istehsal təcrübəsi əldə edib. Nə qədər iş yerləri açılıb. Biz yaranana qədər bu şirkətlərin heç bir iş təcrübəsi yox idi, bəzilərinin ofisləri belə yox idi. Təsəvvür edin, biz 2024-cü ildə 47 layihəni istehsala buraxmışıq, 47 filim istehsal olunub. Haçan olub belə bir şey? Bizə qədər olub? Azərbaycan kino tarixində ilk dəfə özəl sektor ARKA-ya on milyona yaxın maliyyə öhdəliyi götürüb. Nazirlər Kabinetinin kinonun inkişafına mane olan 1997-ci ildə qəbul edilmiş sərt 38-ci düzəliş qaydaları dəyişdirilib. Bu günə qədər biz müsabiqə yoluyla büdcədən dörd milyon yüz min pul xərcləmişik, bir milyon yeddi yüz min manat vəsaiti isə özəl sektordan əldə etmişik. Bu da sənə özəl dövlət istehsal münasibətlərinin şəkillənməsi. İlk dəfədir ki, kino istehsalına özəl sektor iki milyona yaxın yatırım edib. 1983-cü ildən kino işindəyəm, hələ mən Azərbaycan dövlətinin pulundan başqa milli kino prosesinə kənardan bu qədər maliyyə yatırıldığını görməmişdim.

Naşılar deyirlər ki, müharibə haqqında filmlər çəkilmir

- Vətən müharibəsi 5 ildir bitib, amma müharibəylə bağlı hələ də “uğurlu” deyiləcək filim çəkilməyib deyirlər...

- Bu da yalandır. Siz filmləri izləmirsiniz? ARKA-nın son iki ildə müharibə haqqında onlarla filmi istehsalata buraxıb. “Hadrut, sən azadsan”, “Müharibənin gözləri”, “44”, “Ölüm axtaran qadın”, “Danışır və göstərir Şuşa”, ”Vəsiyyət”, “Torpağı sanı yaşayasan”, ”Borc”, “Mənə bənzər adam görməmisiniz ki?”, “Ağalı”, “Səssiz zaman”, ”Doğma torpaq”, ”Geri dönüş”, “Nar qız”, “Tənha insanın monoloqu” kimi filmlər çəkilib. Amma reallığı araşdırmaq peşəkarlığı olmayan naşılar deyirlər ki, müharibə haqqında filmlər çəkilmir. Film var, çəkilib, sadəcə sən ARKA-ya zəng vur, dəqiqləşdir və öyrən ki, hansı gün nümayiş olunur.

- Belə bir fikir də var ki, bina problemini həll edə bilməyən ARKA kinonun problemini necə həll edəcək?

- Bizim binamız zehniyyətimizdir. Filmlər binalarda çəkilmir. Biz öz başına ofis tikə və ya icarəyə götürə bilmərik, təbii ki, ofis barəsində məsələ qaldırmışıq və Mədəniyyət Nazirliyi bunu tezliklə təmin edəcək. Amma elə bu kiçik otaqda da az iş görmürük. Mənə bu yetir.

Nə edim, oğurlayım?

- Orxan müəllim, hamını ARKA-nın pulu düşündürür...

- (Gülür) Mən bunu bilirəm. Məni isə ancaq iş düşündürür. Əyri elə bilər ki, hamı əyridir. Bizə tutulan absurd iradlardan biri də budur ki, pul niyə hesabda qalır. Oğurlamırıq… Ona görə hesabda qalır. Nə edim, oğurlayım? Mən bura göndərilən kimi monitorinq keçirdim. Nəticəyə gəldim. Özəl sektoru işə cəlb etməklə dövlət vəsaitinə qənaət etdik. Vergilərdən azad olmağa nail olduq. Postprodakşn müsabiqəsi elan etməklə artıq hazır filmlərin ortağı olduq. Hilal Baydarovun “Boşluğa xütbə” filmi və digər filmlər A kateqoriyalı festivallara düşdü. Qənaət etdiyimiz pul ilə Berlin, Kann, Venesiya film festivallarında pavilyonlar açıb Azərbaycan kinosunu təbliğ etdik. “Qorqud Ata Türk Dünyası” Film Festivalı da daxil Azərbaycanda iki il dalbadal altı beynəlxalq festival keçirdik.

- Molla Nəsrəddin filminin çəkilişinə niyə ARKA nəzarət etmir?

- “Molla Nəsrəddin” TÜRKSOY-un layihəsidir. Yəni o filmi tək Azərbaycan yox, bütün türk ölkələri çəkir. Biz boynumuza düşən öhdəliyi icra edirik. Azərbaycanın öhdəsinə düşən filmin otuz səkkiz dəqiqəsidir. Bu otuz səkkiz dəqiqənin çəkilməsi üçün 400 min pul xərclənib.

- Siz hesabatı vermisiniz?

- Yox, filmin bizə aidiyyəti yoxdur. Həmin 400 minin hesabatını Vaqif Mustafayev nazirliyə verib.

Düşünürəm ki, bu mövzunu bizdən elə ən yaxşı Vaqif Mustafayev çəkə bilərdi

- “Molla Nəsrəddin” filmini niyə məhz Vaqif Mustafayev çəkir? Siz milli dəyərləri qoruyan adamsınız, Vaqif müəllim isə daha çox beynəlmiləlçi, filmlərində milli dəyərlərə ironiya edən rejissordur. Qorxmursunuz?

- Kim çəksin bəs? Daneliya (gürcü kinorejissor Georgi Daneliya-red.) ölüb, Ryazanov (Eldar Ryazanov-red.) da yoxdur. Ciddiliyə qalsa, Vaqif Mustafayev Azərbaycan kino tarixinə düşmüş adamdır. Düşünürəm ki, bu mövzunu bizdən elə ən yaxşı Vaqif Mustafayev çəkə bilərdi.

Şəxsən mən Bədii Şuranın işindən razıyam

- Narazılıq yaradan məsələlərdən biri də ARKA-ın Bədii Şurası və onun fəaliyyətidir. Şuranın üzvləri hansı kriteriyalara əsasən seçilib?

- Bədii Şuranın tərkibində birmənalı olaraq kino cameəsində tanınan adamlar olur. Yəni kənardan gələn biri Bədii Şuranın üzvü ola bilməz. Yüksək peşəkarlar olmalıdırlar. Onlar Mədəniyyət Nazirliyi ilə razılaşdırıldıqdan sonra işə başlayırlar. Bizdən məvacib də alırlar. Şəxsən mən Bədii Şuranın işindən razıyam. Müsabiqədən keçməyənlər əlbəttə ki, Bədii Şuranı pisləyəcək.

- “Azərbaycanın yeni kino dalğasını yaradıram” demisiniz. Bunu necə edəcəksiniz? Bu istiqamətdə hansı işlər görmüsünüz?

- Bu dalğanı Mədəniyyət Nazirliyi yaradır. Biz “Yeni dalğa” dedikdə Azərbaycanda prodüser kinosunun yaranışını nəzərdə tuturuq. Bu günə qədər kino dövlət tərəfindən maliyyələşirdi, amma biz tamamilə mənzərəni dəyişdik. Dövlət artıq sadəcə operatordur. Bu, yeni istehsal yanaşması artıq yeni sənaye dalğasıdır.

- Sizcə milli-mənəvi dəyər və milli əxlaq üzərindən müasir kino dili və cərəyanı formalaşdırmaq olar? Məsələn, milli-mənəvi dəyərlərimizi hansı Avropa və ya Qərb dəyəri ilə miks edib ortaya yeni kino cərəyanı və ya dili çıxartmaq olar?

- Kino dili universal dildir. Bu dildə danışmağı öyrənməliyik. Və özümüzə aid vizual platforma yaratmalıyıq.

- Sizin Agentlik Avropa və dünya festivallarında iştirak edən, müasir gənc rejissorlara maliyyə ayırmağı üstün tutur, yoxsa Azərbaycan ictimaiyyətində güclü mövqeyi olan yaşlı rejissorlara?

- Əlbəttə gənclərə. Amma qocaları da öldürmürük (gülür).

İlkin Naib

Ərinin qisasını övladından alan ana - Vüqar Vanın romanı haqqında “Park” nəşriyyatının təqdimatı olacaq Afaq Bəşirqızı: "Qeyrətimiz yoxdur bunları deməyə..."
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see206

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see134

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see132

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see129

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see125

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see121

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see117

Bu QHT rəhbərləri istintaqa cəlb edilib

10 Aprel 2025 23:29see115

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see113

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see112

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see112

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see111

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see110

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see110

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri