Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ARKA nın sponsorluğunu pərdəarxası: rejissorlarla gizli sövdələşmələr

ARKA nın sponsorluğunu pərdəarxası: rejissorlarla gizli sövdələşmələr

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İqbal Məmmədəliyev,

ADMİU-nun Audiovizual sənətlər fakültəsi, Kino-televiziya sənətləri kafedrasının baş müəllimi, rejissor, audiovizual media mütəxəssisi

Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tədris-Film Kinostudiyası” ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında bir qrup tələbənin sözbazlığı ucbatından yaranmış anlaşılmazlıqlar ucbatından gələcək tələbələrimiz əziyyət çəkə və bu gözəl imtiyazdan məhrum ola bilərlər. Kino - televiziya sənətləri kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Elnur Cahangir oğlu Mehdiyevin böyük səyləri nəticəsində tələbə filmlərinin maliyyələşdirilməsi üçün 12 layihədən ötrü 167 000 AZN vəsaitin ayrılmasına qərar verildiyi gündən təqribən 9 ay keçir.

İlk müzakirələrə başlananda mən də diplom rəhbəri olduğum bir layihədən ötrü bu danışıqlardan xəbərdar idim. Məsələ nə idi? Ötən ilin diplom layihələri içində yüksək qiymət almış filmlər (təqribən 4-5 film) seçilməli və kurs və ya diplom işi kimi film çəkəcək tələbələrin layihələrindən 7-8-i seçilməli idi. Ona görə toplandıq, tələbələrlə görüş keçirdik, operativ məlumatlanmaq üçün votsap qrupu yaradıldı. Orijinal musiqi yazılması üçün Musiqi Akademiyasından gənc bəstəkarlar da dəvət olundu. Hazır layihələr müvafiq sənədlər üzrə təhvil verilməli, yeni layihələr tezliklə istehsalata buraxılmalı və 2024-cü ilin noyabr ayında təhvil verilməli idi.

Biz də bu layihələrdə ictimai əsaslarla bədii rəhbərlər kimi çalışmalı və tələbələrin yaradıcılıq işlərinə dəstək olmalı idik. Bu layihələrdə vəsait yalnız müəyyən şəxslərə ödənilə bilərdi: təsvir rejissoru (kənardan dəvət olunan), bəstəkar, rəssam, montaj rejissoru, qrafika-dizayn ustası, aktyorlar. Bundan başqa çəkiliş avadanlıqlarının icarəsi, lokasiyalar, nəqliyyat, əlbəsə, rekvizit və s. sahələr üçün də vəsait ayrılmalı idi.

Göründüyü kimi, quruluşçu rejissor, bədii rəhbər və digər heyət üzvləri üçün qonorar nəzərdə tutulmamışdı. Nə isə, uzun sürən danışıqlar və sənədləşmələrdən sonra hazır filmlər üçün nəzərdə tutulmuş büdcə səhv etmirəmsə, keçən ilin dekabr ayında hesaba köçürüldü. Tələbələr və yaradıcı qrupun digər şəxsləri VÖEN açdılar, hissə-hissə ödənişlər aldılar, hesabat verdilər, bir sözlə, tam şəffaf şəkildə bu iş yerinə yetirildi. Amma bəzi tələbələrin büdcələrində artmalar, məkanlarının uzaqlığı, ezamiyyə xərcləri və texnikanın icarəsi və s. problemlər üzündən heç kim özü kənardan maliyyə dəstəyi tapıb layihəsini həyata keçirə bilmədi.

Müqavilənin şərtlərinə görə, tələbə filmi təhvil verməli, Tədris-Film Kinostudiyası müvafiq hesabat sənədlərini hazırlamalı və hesabatı tamamlamaq üçün digər işləri görəndən sonra ARKA-dan növbəti tranzaksiya aktı həyata keçirilməli idi. Məlumdur ki, tələbənin 10 min manatı haradan tapacağı böyük sual idi. ARKA-ya rəhbər təyinatının gecikməsi, gələn şəxsin səlahiyyətlərinin məhdud olması, bu yaxınlarda yeni təyin olunmuş rəhbərin gəlişinə kimi olan digər problemlər ucbatından bu gözəl layihənin icrası üçün açıq qalmış suallara cavab verilmədi. Kimsə sabotaj xarakterli məlumatlar tirajladı, kimsə tələbələri öz yanına çəkib mundirini sudan quru çıxarmaq üçün problemi "Tədris-Film"in üzərinə atdı ki, guya vəsait tam olaraq köçürülüb, sadəcə sizə (tələbəyə) verilmir. Bu kimi onlarla yalan və təhrif olunmuş sensasiyalı yazılar, ADMİU tarixində ilk dəfə olmuş belə bir dəstək formasının gələcəyini sual altında qoyur. Nəticədə kim itirəcək? Əlbəttə ki gələcək nəsil rejissorlarımız, təsvir rejissorlarımız, rəssam və bəstəkarlarımız.


Mən, bütün bunları müşahidə edib analizlər aparanda yaxın-uzaq 20 il əvvələ, ARKA-dan daha arxalardakı zamana, xüsusən 2006-cı ilə ekskurs edirəm. O zamanın Mədəniyyət və Turizm Nazirliyi biz gəncləri Zaqulbadakı Gənclik Mərkəzinə dəvət edib “Gənclər nə istəyir?” adlı yaradıcı gənclər üçün 3 günlük seminar keçirdi. O tədbirdə bütün ittifaq və birliklərin rəhbərləri, gənc üzvləri, Musiqi Akademiyasından, ADMİU-dan, Milli Konservatoriyadan olan tələbələr iştirak edirdi. Hər bir sahə üzrə panel tipli görüşlər keçirmək, müzakirələr aparmaq üçün müəyyən şərait yaradılmışdı. Biz, nazirliyin kino şöbəsinin rəhbər vəzifəli şəxsləri və ittifaqın katibləri ilə görüşür, fikirlərimizi söyləyir və qızğın müzakirələr aparırdıq. Hətta mən bütün bunları özümlə götürdüyüm videokamera ilə lentə alırdım. İTV-nin çəkiliş heyəti bu tədbir haqqında xüsusi veriliş hazırlayırdı. Demək olar ki, bütün kino, ədəbiyyat, musiqi, rəssamlıq sahələri üzrə indiki dillə desək, “Team lider”lər seçilmişdi. Və çox-çox sonralar anladığım, gizlincə verbal sövdələşmələr də aparılırdı. Bu oyunlarda “dost” və “həmkarlar” canfəşanlıq edir, yanımızda bir söz, kənardan başqa söz deyirdilər. Xülasə, məsələ gəlib çatdı sonuncu iclasa. Bir ittifaq rəhbəri gənc üzvləri üçün ev istədi, biri yaradıcılıq evlərinin bərpasını vurğuladı, biri kitab çapındakı problemlərdən danışdı, kino isə verbal sövdələşmələrin qurbanı oldu.

Bu günlərdə görüşdüyüm həqiqi dost və həmkarım yaddaşımı bir az da təzələdi və sonradan baş verənlərin onun yaradıcılıq həyatında 15 illik fasilənin, itkinin yaranmasına səbəb olmuş məqamları xatırlatdı. Niyə bu qədər əvvələ getdiyimi bir neçə cümlə ilə izah etməyə çalışacağam.

Üstündən 19 il keçməsinə baxmayaraq, bu işlərədə yanaşmada heç də böyük dəyişiklik olmayıb. Hiss edirəm ki, bu gün də, ADMİU-nun “Tədris-Film Kinostudiyası” tərəfindən təqdim olunmuş layihələrin rejissorları ilə gizlin danışıqlar aparılır və süni şəkildə uçurumlar yaradılır. Kino tənqidçiləri, dayaz yazarlar, sensasiyaçı media mənsubları tərəfindən birtərəfli qaydada işıqlandırılır və qarayaxma kampaniyası keçirilir. Üzümü o şəxslərə tutub deyirəm, ayıbdır! Ləyaqətə sığmayan yazılar, işin dərininə nüfuz etmədən ucuz xəbərlər yayıb gələcəkdə yaxşı işlər təqdim edəcək tələbələrimiz qarşısına sədd çəkməyin. Mən bu işlərdə indiki ARKA-nı qətiyyən qınamıram. Çünki, yeni struktur köhnədən miras qalmış problemləri həll etməyə çalışır. Hətta Tədris-Film Kinostudiyası ilə anlaşmalarda xüsusi imtiyaz olaraq son təhvil-təslimə qədər büdcənin 30 faizinin hesabda dondurulması qaydası da güzəşt edilib. Kotirovka sorğularının, tenderlərin təhvil-təslim sənədlərinin, müqavilələrin olması işlərin şəffavlığına yönəlmiş addımdır.

Əziz tələbələr, gənclər, sizi, 19 il əvvəl toxumu səpilmiş oyunların qurbanı kimi görmək istəmirəm. 2006-cı ildə mənim 7-8 illik iş stajım və zəngin portfoliam var idi. "Salnamə" sənədli filmlər studiyasında işləyirdim. Niyyət etdiyim bütün filmləri çəkirdim. Ona görə də bəzi oyunları ciddi qəbul eləmirdim. Axı siz hələ gəncsiniz, heç birinizin daimi iş yeri də yoxdur. İndidən belə oyunlara getsəniz, gələcəkdə həm özünüzü, həm də sənət dostlarınızı pis vəziyyətdə qoyacaqsınız. Ümid edirəm ki, ARKA ilə Tədris-Film Kinostudiyasının rəhbərləri tezliklə bu işləri yoluna qoyacaqlar və gələcək illərdə də, rejissoruluq və kinooperator sənəti üzrə təhsil alan tələbələrin filmlərinə dövlət dəstəyi almaq imkanları daha da genişlənəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri