Icma.az
close
up
RU
Armudu stəkan naxışlarında ənənələri təcəssüm etdirən sənət nümunəsi

Armudu stəkan naxışlarında ənənələri təcəssüm etdirən sənət nümunəsi

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 iyun, Günel Alıyeva, AZƏRTAC

Hər bir xalqın doğmalıq, ev rahatlığı və mədəni yaddaş kimi qəbul edilən rəmzləri mövcuddur. Azərbaycanda qonaqların ətirli çay ilə qarşılandığı ənənəvi armudu stəkan məhz belə simvollardan biridir.

AZƏRTAC-ın müxbiri ənənəvi armudu stəkanın gündəlik məişət əşyasından incə şüşədəki mədəni rəmzə çevrildiyi tamamilə yeni - rəngarəng milli estetik formada təqdim olunduğu ABAD emalatxanasına baş çəkib.

Armudu stəkan sadəcə çay içmək üçün nəzərdə tutulduğundan da böyük bir məna kəsb edir. O, Şərq qonaqpərvərliyinin və əlbəttə, Azərbaycanın çay süfrəsi ənənələrinin əsl rəmzinə çevrilib. Biz onun sadə və parlaq görünüşünə öyrəşmişik. Amma rəssamın bu işin qulpundan tutduğu anda hətta adi şüşə stəkan da bir sənət əsərinə çevrilir.

Söhbət əsnasında rəssam xatırlayır: “Hələ məktəb illərində bu sahə ilə məşğul olmağa başladım. Müxtəlif mövzularda peyzajlar çəkirdim. Evimizin divarında babamın portretləri asılmışdı. Atam da uşaqlıq illərində rəsm çəkirdi və rəssam olmağı arzulayırdı. Amma o, stomatoloq oldu, bununla belə, işdən sonra birim portretləri çəkirdi. Yəqin ki, elə o illərdə məndə yaratmaq, hiss etmək və ətrafda olanlara daha dərindən nüfuz etmək yükünü daşımaq arzusu yarandı”.

İlham daha sonra - İçərişəhərdə yerləşən yaradıcılıq studiyasında yarandı. Həmsöhbətimiz ustad İradə Əmiraslanova ilə tanış oldu. Vitraj əsərlərini ilk dəfə məhz orada gördü və onların sehrinə heyran qaldı.

Rəssam deyir: “Gözümü onlardan çəkə bilmədim. Bu əsərləri çox bəyəndim. Yavaş-yavaş onları özüm sınamağa başladım və məxsusi ideyalarım yarandı. Vitraj dünyasına səyahətim də belə başladı”.

Bir naxışlı armudu stəkan yaratmaq üçün yalnız istedad deyil, həm də səbir lazımdır. Hər bir rəsm xüsusi boyalar və əl ilə işlənilir.

Tutu xanım əsasən solvent əsaslı boyalarla işləyir; onlar tez quruyur, şüşəyə mükəmməl şəkildə uzanır və istənilən səthdə doyma əldə etməyə imkan verir.

Rəssamın ənənəvi xalça naxışlarına da xüsusi sevgisi var. Tutu xanım qədim xalça motivlərini şüşəyə köçürür, bununla da təkcə dekorasiya deyil, sakral dərinliyini itirməyən canlı tarix yaradır. O qeyd edir: “İstəyirəm ki, bu naxışlar unudulmasın. Qoy onlar hər şeydə - taxtada da, keramikada da, şüşədə də olsun. Bu, bizim nəsildən-nəslə keçən irsimizdir”.

Bununla belə, estetika armudu stəkanın yeganə dəyəri deyil. Tutu Hüseynova formanın praktik əhəmiyyətini də vurğulayır: “Stəkanın armudu forması sayəsində onun içindəki çay daha uzun müddət isti qalır. Bu, həm gözəl, həm də rahatdır. Onun “armudu” meyvə adı da xoş səslənir. Bununla bağlı daha bir fikir mövcuddur; guya, stəkanın forması incə, axıcı və ortasından nazilən qadın siluetini xatırladır”.

Son nəticədə şablon suvenir olmayan, milli estetikanın canlı detalına çevrilən həqiqi incəsənət əsəri yaradılır. Olduqca incə xətlər, parlaq rənglərin olduğu və ən başlıcası, hər bir ştrixdə ruhun yaşadığı bir sənət nümunəsi ərsəyə gətirilir. Armudu stəkan süfrələrin bəzəyi olmaqla yanaşı, həm də təkcə görünən deyil, eyni zamanda, hiss edilən tarix barədə danışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri