Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Arsenal” derbini qazandı, “Siti” yenə büdrədi

“Arsenal” derbini qazandı, “Siti” yenə büdrədi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Turun mərkəzi oyununda “Çelsi”ni məğlub edən “Arsenal” “Liverpul”la xal fərqini azaltsa da, təbii ki, hansısa intriqadan danışmağa dəyməz.

Nəhənglərdən “Mançester Yunayted” də qələbə qazandı. “Mançester Siti”nin xal itkiləri təəccüb doğurmursa, “Tottenhem” daha pis vəziyyətdədi. Səfərdə “Fulhem”ə uduzan “mahmızlar” üçün artıq mövsümü bitmiş saymaq olar.
Antirekordları sıralamağa davam edən “Mançester Siti” “Brayton”la ev oyununda da xal itirdi. Qonaqlar debütdə fərqlənsələr də, Mitoma hücum zamanı kobud oynadığından hakim qolu saymadı. Ardından “şəhərlilər” penalti qazandı. Marmuşa qarşı kobudluğa görə təyin olunan penaltini Holann qola çevirdi. Amma “qağayılar” tezliklə hesabı bərabərləşdirdi. Standart vəziyyət zamanı Estupinyan qapının küncünü dəqiq nişan aldı.
Lüisin incə ötürməsindən sonra Savinyo növbəti dəfə “Siti”ni irəli çıxara bilərdi, ancaq Verbrüggen qola imkan vermədi. Yalnız hissənin sonunda meydan sahibləri qol vura bildi: Gündoğandan ötürmə alan Marmuş dəqiq zərbə endirdi. Düzdü, top dirəyə dəyib tora düşdü. 2-ci hissənin əvvəlində hesab yenidən bərabərləşdi. Hinşelvudun zərbəsi yaxşı alınmasa da, Xusanova dəyən top qapıdan keçdi. Qonaqlar hətta qələbə topunu da vura bilərdi. Ancaq Mintex və Mitoma imkanları boşa verdi. MS-dən Nikonun zərbəsi isə dirəkdən qayıtdı.
Məhsuldar heç-heçə, çətin ki, tərəflərdən hansınısa razı sala. London derbisində “Arsenal” “Çelsi”dən güclü oldu. Oyunun taleyini Merinonun yaxın məsafədən başının arxası ilə vurduğu yeganə qol həll etdi.
“Zadəganlar”ın hesabı bərabərləşdirmək şansları ilə müqayisədə “topçular”ın 2-ci qolu vurmaq ehtimalı daha yüksək idi. Amma qonaqların qapıçısı Sançes inamlı oyunla buna imkan vermədi. “Arsenal” 2-ci pillədə qərarlaşsa da, lider “Liverpul”dan 12 xal geri qalır. “Çelsi” isə məğlubiyyətə baxmayaraq, 4-cü pillədə qaldı. Axı MS də “Brayton”la oyunda xal itirdi.
MY cari mövsümdə “Lester”in qəniminə çevrilib. “Qırmızı şeytanlar” bütün turnirlərdə “tülkülər”ə “divan tutur”. Yarım saatın tamamına az qalmış hesabı açan qonaqlar 2-ci hissədə daha iki qol vurdu. Onlar bilərəkdən əks-hücum taktikası seçərək rəqibin əl-qol açmasına imkan yaratdılar, sonra da cəzalandırdılar. Yəni bu oyuna görə Amorimə və yetirmələrinə hansısa irad tutmaq çətindi.
“Nottingem Forest” səfərdə inamlı qələbə qazandı. Mövsümün kəşflərindən olan “meşəçilər” “İpsviç”dən üstün oldu. “Tottenhem” cari mövsümdəki 15-ci məğlubiyyəti “Fulhem”lə oyunda yaşadı. Autsayderlərin duelində “Vulverhempton”la “Sauthempton” üz-üzə gəldi. “Canavarlar” bu dueldən qalib ayrıldı – 2:1. “Brentford” da səfərdə “Bornmut”a eyni hesabla qalib gəldi. “Albalılar”ın oyununda ciddi problem yaşanır. İraolanın komandası artıq 4 oyundu qələbə qazana bilmir.
“Everton” – “Vest Hem” oyununda qalib müəyyənləşmədi.
29-cu tur
Arsenal – Çelsi 1:0

Merino, 20. (60311)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Lüis-Skelli, Edeqor (Tirni, 90), Parti, Rays, Martinelli (Nvaneri, 79), Merino, Trossar.
Çelsi: Sançes, Fofana, Badyaşil (Adarabioyo, 86), Koluill, Kukurelya, Ceyms (Lavia, 82), Kaysedo (Hüsto, 86), Sanço (Corc, 76), Fernandes, Nkunku (Dyusberi-Holl, 76), Neto.
Mançester Siti – Brayton 2:2
Holann, 11-p. Marmuş, 39 – Estupinyan, 21. Xusanov, 48-öz qapısına. (52471)
MS: Orteqa, Lüis, Xusanov, Diaş, Qvardiol, Gündoğan, Niko, Savinyo (B.Silva, 58/Foden, 76), Marmuş (De Bruyne, 86), Dokyu, Holann.
Lester – Mançester Yunayted 0:3
Heylunn, 28. Qarnaço, 67. Fernandeş, 90.
MY: Onana, De Liqt, Lindelöf, Heven (Kollyer, 51), Mazraui, Fernandeş, Uqarte (Kazemiro, 69), Dalot, Qarnaço (Amass, 69), Eriksen (Zirkzee, 69), Heylunn (Fredrikson, 84).
Fulhem – Tottenhem 2:0
Muniz, 78. Sessenyon, 88. (27182)
Tottenhem: Vikario, Spens, Romero (Meddison, 68), Devis, Udoci, Bentankur (Skarlett, 86), Qrey, Bissuma (Berqvall, 46), Conson (Son Hın Min, 46), Solanke, Tel (Odober, 77).
Everton – Vest Hem 1:1
O’Brayen, 90+1 – Souçek, 67.
İpsviç – Nottingem Forest 2:4
Kayuste, 82. Herst, 90+3 – Milenkoviç, 35. Elanqa, 37; 41. J.Silva, 87. (29878)
Sauthempton – Vulverhempton 1:2
Onuaçu, 75 – Strand Larsen, 19; 47. (30950)
Bornmut – Brentford 1:2
Yanelt, 17-öz qapısına – Vissa, 30. Nerqor, 71. (11180)
“Aston Villa” – “Liverpul” oyunu (2:2) fevralın 19-da keçirilib. “Nyukasl” – “Kristal Pelas” oyunu isə aprelin 16-da keçiriləcək.
1. Liverpul 29 21 7 1 69-27 70
2. Arsenal 29 16 10 3 53-24 58
3. Nottingem F. 29 16 6 7 49-35 54
4. Çelsi 29 14 7 8 53-37 49
5. Mançester S. 29 14 6 9 55-40 48
6. Nyukasl 28 14 5 9 47-38 47
7. Brayton 29 12 11 6 48-42 47
8. Fulhem 29 12 9 8 43-38 45
9. Aston Villa 29 12 9 8 41-45 45
10. Bornmut 29 12 8 9 48-36 44
11. Brentford 29 12 5 12 50-45 41
12. Kristal Pelas 28 10 9 9 36-33 39
13. Mançester Y. 29 10 7 12 37-40 37
14. Tottenhem 29 10 4 15 55-43 34
15. Everton 29 7 13 9 32-36 34
16. Vest Hem 29 9 7 13 33-49 34
17. Vulverhempton 29 7 5 17 40-58 26
18. İpsviç 29 3 8 18 28-62 17
19. Lester 29 4 5 20 25-65 17
20. Sauthempton 29 2 3 24 21-70 9
Bombardirlər: Salah (Liverpul) - 27, Holann (MS) - 21, İsak (Nyukasl) – 19, Vud (Nottingem Forest) - 18, Mbemo (Brentford) – 15.
Növbəti turun oyunları aprelin 1-2-də keçiriləcək: Bornmut – İpsviç, Arsenal – Fulhem, Brayton – Aston Villa, Nottingem Forest – Mançester Yunayted, Vulverhempton – Vest Hem, Çelsi – Tottenhem, Mançester Siti – Lester, Nyukasl – Brentford, Sauthempton – Kristal Pelas, Liverpul – Everton.
Turun rəqəmi
100 – penaltidən hesabı açan Holann premyer-liqadakı məhsuldar hərəkətlərinin sayını bu həddə çatdırdı. Norveçli forvard premyer-liqa tarixinə bunu 100-dən az oyunda (94) bacaran ilk futbolçu kimi düşdü. Ümumiyyətlə, Holann MS-nin Qvardiola dönəmində premyer-liqada 100 və daha artıq məhsuldar hərəkətlə yadda qalan 4-cü futbolçusudu: De Bruyne – 251 oyunda 171 xal, Sterlinq – 194 oyunda 125 xal, Aquero – 125 oyunda 103 xal.
Turun ulduzu
Bruno Fernandeş (MY) – kapitan “Lester”lə oyunun əsas qəhrəmanı oldu. O, əvvəlcə Heylunn ilə Qarnaçonun fərqlənməsinə şərait yaratdı, final fitinə yaxın isə özü fərqləndi. Əla forma yığan portuqaliyalı oyunun taleyini təkbaşına həll etməyi bacarır.
Turun sitatı
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Gərginlik və mübarizə dolu əla matç idi. Uşaqlar maksimumunu meydanda qoydu – bir xal qazandıq, irəli hərəkət edirik. Komandama inam heç vaxt qəlbimi tərk etməyib. Gənclər özünü yaxşı tərəfdən göstərdi, müdafiə də savadlı oynadı. Qələbənin biraddımlığındaydıq, təəssüf ki, uğur tərəfimizdə olmadı. İrəlidə 9 oyun, 9 final var. ÇL-ə vəsiqənin taleyi son gündə bilinəcək”.


Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Qələbəni haqq etmək üçün çox iş gördük. İndi bizi beynəlxalq fasilə gözləyir, nəfəs dərmək üçün imkanımız var. Komandanın əhval-ruhiyyəsini çox bəyəndim. Bu, vacib oyun idi, top səviyyədə komandaya qalib gəlmək istəyirdik”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Doğru yoldayıq. Təhlükəli vəziyyətlər baxımından bizlə “Arsenal” arasında böyük fərq yox idi. Standart vəziyyətdən qol buraxdıq. Palmer? O, beynəlxalq fasilədən sonra qayıda bilər”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Azarkeşlərin gözlədiyi və haqq etdiyi nəticələrdən hələ çox uzağıq. Biz bütün oyunlarda qalib gəlmək, yaxşı oynamaq istəyirik. Get-gedə oyunumuz yaxşılaşır, lazımi nəticələrə nail olanda isə özünü daha yaxşı hiss etməyə başlayırsan. Mən komandadakı dəyişiklikləri görürəm. Bəzi oyunçularım bu gün yorğun göründü. Ancaq komanda yorğun halda da qalib gəlməyə qadirdi ki, bu da yaxşı əlamətdi. Nə vaxt və necə pressinq etməli olduğumuzu yaxşı anlayırıq. Çoxlu qol vəziyyəti yaradır və çoxlu qol vururuq. Bütün aspektlərdə “artırırıq”.


Fakt
MS cari mövsümdə 40-cı qolu buraxdı. “Şəhərlilər” Qvardiolanın baş məşqçiliyi dönəmində qol sayında antirekord müəyyənləşdirdi. Komanda ispaniyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk mövsümdə (2016/17) 39 qol buraxmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Mart 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri