Arsenal yarımfinallarda qol vura və qələbə qazana bilmir Statistika belə deyir
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Çempionlar Liqasının yarımfinal mərhələsinin Londonda baş tutan ilk oyununda PSJ-yə 0:1 hesabı ilə uduzan "Arsenal" Paris təmsilçisi ilə səfər matçı ərəfəsində bərbad statistik göstəricilərlə ilə diqqət çəkir.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, "topçular" bütün turnirlərdə çıxdıqları son 7 yarımfinal qarşılaşmasında qələbə qazana bilməyiblər.
Bu görüşlərdə 5 məğlubiyyət alan London təmsilçisi 2 dəfə heç-heçə edib. Üstəlik, İngiltərə nəhəngi ardıcıl 6 1/2 final matçında qol da vurmağı bacarmayıb.
Belə ki, "Arsenal" 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun yarımfinalında hər iki matçda "Nyukasl"a uduzub. Eyni turnirin eyni mərhələsində, 2021/2022 mövsümündə isə paytaxt komandası "Liverpul"un öhdəsindən gələ bilməyib - 0:0, 0:2. "Vilyarreal"a qarşı Avropa Liqasındakı mübarizə də "qırmızı-ağlar" üçün uğursuz alınıb. 2020/2021 mövsümünə təsadüf edən duellərdən birincisi 1:2, ikincisi 0:0 hesabı ilə yekunlaşıb.
Nihat


