Icma.az
close
up
RU
Artıq çəki ilə mübarizədə pəhrizlə yanaşı idman məşğələləri də vacibdir FOTO

Artıq çəki ilə mübarizədə pəhrizlə yanaşı idman məşğələləri də vacibdir FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir. Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır. Sirr deyil ki, müasir dövrün problemlərindən olan artıq çəki ilə daha çox qadınlar mübarizə aparır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
G.Quliyev artıq çəkidən azad olmaq üçün məşq zallarına üz tutanlara bəzi məsləhətlərini təqdim edir: “Təkcə idman artıq çəki ilə mübarizədə gücsüzdür. Əgər hər kəs artıq çəkidən azad olmaq istəyirsə, məşqlərlə bərabər pəhriz saxlamalıdır. Bu, o demək deyil ki, yeməkdən birdən-birə imtina edilməlidir. Bu, düzgün deyil. Çünki bədəndə vitamin çatışmazlığı yarana bilər. Bədəni alışdıra-alışdıra pəhrizə keçmək lazımdır. İlk növbədə çörək, qızardılmış, yağlı yeməkləri menyudan çıxarmaq, şirniyyat və çörəyi nisbətən azaltmaq, suda bişmiş yeməklərə üstünlük vermək lazımdır. Zülal, ət, süd, yumurta, balıq, paxlalı bitkiləri rasionlarından çıxarmamalıdırlar. Bu qidaların əzələlərə də xeyri var. Əzələni möhkəmlədir və formalaşdırır. Arıqlamaq üçün qida rasionu əsas şərtdir. İdmanın effekti yalnız bu zaman alına bilər”.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri