Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Artıq çoxdan başlayan DÜNYA TİCARƏT MÜHARİBƏSİ TƏHLİL

Artıq çoxdan başlayan DÜNYA TİCARƏT MÜHARİBƏSİ TƏHLİL

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinlə ticarət müharibəsinin ABŞ-a ağır zərbə vuracağı proqnozlaşdırılır. Bu isə, ən azından onu deməyə əsas verir ki, dünya ticarət müharibəsi artıq etiraf edilir. Əks halda, Amerika və Çinin ticarət müharibəsi ilə bağlı nəinki proqnozlar, hansısa fikirlər belə bildirilməzdi. Məsələ burasındadır ki, ABŞ və Çin olmaqla, bu iki ölkə arasında olan iqtisadi mübarizənin qlobal xarakter aldığı nəzərə alınaraq, dünya ticarət müharibəsi hesab olunur.

ABŞ və Çin olmaqla, iki ölkə arasında münasibətlərin hansı dərəcədə mürəkkəb olduğu, dünya ticarət müharibəsinin başladığı göz önündədir

Bəllidir ki, ABŞ-ın Çinlə mürəkkəb münasibətləri var. Bu mürəkkəb münasibətlər özünü bir neçə istiqamətdə göstərməkdədir. Belə davam edəcəyi təqdirdə, hələ daha da mürəkəbləşəcəyi gözlənilir. Bildiyimiz kimi, Tramp əvvəlcə çinli iş adamı Li Ka-şinqdən iki əsas Panama limanını almağa razılaşdığını açıqlamışdı. Bəli, çinli həmin iş adamı artıq qocalıb və 96 yaşı olan bu iş adanının, biri Panama kanalının girişində, digəri isə çıxışında olmaqla, iki limanı var və o həmin limanları Amerikanın “BlackRock” şirkətinə ucuz qiymətə, cəmi 23 milyard dollara satacaqdı. Hətta razılaşmanın aprelin 2-nə planlaşdırıldığı da məlum idi. Məsələ burasındadır ki, təyin olunan tarixdən artıq on gündən də artıq vaxt keçib və hələ də razılaşma ilə bağlı heç nə yoxdur. Maraqlıdır ki, niyə? Bax elə bu sual özü-özlüyündə bir çox məqamlara aydınlıq gətirilməsi üçün kifayət edir və ABŞ, Çin olmaqla, iki ölkə arasında münasibətlərin hansı dərəcədə mürəkkəb olduğunu, eləcə də dünya ticarət müharibəsinin artıq çoxdan başladığını göstərir.

Bir çox mənbələrin yaydığı məlumata görə, Çin hökuməti haqında qeyd edilən qoca iş adamı Li Ka-şinqin fondu ilə bütün işlərin effektiv şəkildə bağlanmasını, dayandırılmasını əmr edib. Hədələr də özünü çox gözlətməyib. “Böyük Yolun tikintisinə mane olmayın”, mesajı da verilib. Buna cavab olaraq ABŞ-ın müdafiə naziri Heqset də öz növbəsində Panama kanalı ərazisini “qorumaq” üçün gəmilər göndərib. Ardınca da Çindən gələn mallara 145 faiz rüsum tətbiq edilib. Çin də öz növbəsində Amerika mallarına 125 faizlik tariflər tətbiq edib. Beləliklə, bütün Çin-Amerika dövriyyəsi sadəcə olaraq sıfıra enməyə başlayıb. Heç şübhəsiz ki, son günlər artıq faizlər hər iki tərəfdən tez-tez qaldırılır və məhz bu baxımdan faizlə bağlı qeyd olunan rəqəmlər indi artıq səhv ola bilər. Çox güman ki, Pekin və Vaşinqton artıq faiz məsələsində yeni rəqəmləri tətbiq edib. Bax elə məhz bu məqam özü qlobal iqtisadiyyat üçün üçüncü dünya müharibəsi kimidir.

ABŞ Çini qlobal rəqib hesab etməməklə yanlışlığa yol verib

Pekini Moskvadan “qoparıb” sosialist düşərgəsinin iki ən böyük ölkəsini parçalaya bildiyini zənn edən rəsmi Vaşinqton bu vaxta qədər məhz çox məmnun olub, özündən də razı qalıb. Yəqin, ABŞ elə hesab edib ki, bu, güc balansını dəyişib və amerikalılara “Soyuq Müharibədə” qalib gəlməyə kömək edib. İndi real mənzərə onu göstərir ki, amerikalılar yanlış düşünüblər. Çünki hər işdə iqtisadi qazanc hesablayan çinlilər amerikalıların bir fabrikin ardınca digər fabrik qurmasına və iqtisadiyyatlarına getdikcə daha çox dollar tökməsinə baxmaqdan bu müddət ərzində sadəcə, həzz alıblar. Amerikalılar isə Çini qlobal bazarda rəqib kimi heç qəbul da etməyiblər. Bax elə hazırki məqamda ən böyük yanlışlıq da bu hesab olunur.

“Çin öz təsirini xaricə yaymağa çalışacaq bir dünya gücü hesab edilə bilməz”, deyə düşünənlər indi səhv etdiklərinin fərqindədirlər. Çünki hər şey tam əksinə oldu. Bəli, tam əksinə oldu və Çin qlobal super gücə çevrildi. İndi artıq super gücə çevrilən Çin məhz ABŞ bazarını ələ keçirməyə istiqmət götürüb. Bu reallıqdır və bu reallığı dərindən başa düşən, qəbul da edən ABŞ lideri çox maraqlı fikirlər də səsləndirib. “Çin illərdir bizi aldadır və bizdən qazanc əldə edir, amma bu, ədalətli deyil!”, deyərkən qəzəbini gizlədə bilməyən Donald Tramp əslində, reallıqları etiraf edib. İllərdir Çinin onları aldatdığını deyən ABŞ prezidenti öz ölkəsinin Çini qlobal rəqib hesab etməməkdə yanlışlığa yol verdiyini bildirmiş olub.

Aldatma cəhdi ABŞ üçün əks nəticə verdi və Vaşinqton bunu başa düşdükdə artıq ticarət müharibəsi başladı

Əslində, reallıq budur ki, ilk öncə aldatmağı planlaşdıran amerikalılar özləri olublar və niyyət də məhz Çini aldatmaq olub. Orada “koloniya” yaratmaq, mallarını da ucuz qiymətə “çıxarmaq” istəyi məhz aldatmaq planına daxil imiş. Məsələ burasındadır ki, ABŞ-ın özü, aldadılmağa məruz qalıb. Zəhmətkeş çinlilər Amerikanı öz məhsulları ilə doldurmağa başlayıblar və bununla da vəziyyət kökündən dəyişib. “Made in China” işarəsinin ABŞ sakinlərinin, amerikalıların istifadə etdikləri demək olar ki, hər şeydə olduğunu Vaşinqton başa düşdükdə ticarət müharibəsi artıq başlayıb. İndi davam edən həmin müharibədir və ticarət müharibəsi getdikcə daha da şiddətli şəkil almaqdadır. Artıq elə bir şəkil alıb ki, buna iki ölkə arasındakı ticarət müharibəsi kimi baxmaq olmaz və bu, elə dünya ticarət müharibəsi sayılır.

Etiraf edilir ki, Çin hazırda tosterlərin və zəngli saatların 100 faizini, oyun konsollarının 90 faizini, iPhone telefonlarının 80 faizini və ən böyük hipermarketlər şəbəkəsi olan Walmart-da satılan malların 70 faizini ABŞ üçün özü istehsal edir. Maraqlıdır ki, tariflər tətbiq edildikdən sonra bəs nə baş verəcək? Sözsüz ki, Amerikada mütləq hər şey 70-80 faiz bahalaşacaq. Əgər Çin üçün bu itkilər bir növ, kompensasiya olunursa və bu mallar harasa istiqamətləndirilə bilirsə, deməli, o zaman ABŞ üçün bu, daha ağır zərbə sayıla bilər. Hər halda, “zərbə” barədə qənaətə gəlinirsə, deməli, söhbət artıq müharibədən gedir və qeyd olunanlar eyni ilə üçüncü dünya müharibəsi kimidir, deyilirsə, belə çıxır ki, dünyanı əhatə edən dünya ticarət müharibəsi çoxdan başlayıb.

Dollar adi bir yaşıl kağız parçasına çevrilə bilər və bunun zarafat olmadığını başa düşənlər ehtiyat edirlər

Pentaqon məhz iki cəbhə istiqamətində kifayət qədər gücə malik olmadığından çox narahatdır və bunlardan ən əsası Çindir. Çünki çinlilər müdafiə sənayesində də kifayət qədər “fərqli” işlər görüblər və müsbət istiqmətdə fərqlənirlər. “Çin bizim müdafiə sənayemizi məhv etdi. Amerika özünü qorumaq üçün lazım olan materialları istehsal edə bilmir, çünki Çin tədarük zəncirini oğurlayıb”, deyən Ağ Ev rəhbərinin müavini Stefan Miller məhz bu istiqamətdə də Amerikanın ehtiyat etdiyini, hətta qorxduğunu etiraf etmiş olub. Elə məhz Miller özü hamıdan yaxşı bilir ki, Çin Amerika Birləşmiş Ştatlarından daha çox oğurlayıb. Yaxşı bilir ki, vaxtilə onlara verilən məşhur Amerika nəzarətsiz istehlak cəmiyyəti Çin tərəfindən artıq çoxdan oğurlanıb.

Hər kəs indi Çinin məhz ABŞ Xəzinədarlığı istiqrazlarını belə satmağa başlamaq qərarını da gözləyir. Özü də böyük təlaşla gözlənilir. Yeri gəlmişkən, diqqətə çatdıraq ki, aldığı ABŞ istiqrazlarının sayına görə Çin məhz Yaponiyadan sonra ikinci ölkədir və istiqrazların 761 milyard ABŞ dolları həddində dəyəri var. Əgər onlar atılsa belə, dollar adi bir yaşıl kağız parçasından başqa bir şey olmayacaq. Bəli, həqiqətən də bu artıq zarafat deyil və heç amerikalılara da zarafat gəlmir. Çünki nə demək olduğunu yaxşı başa düşürlər və buna görə elə ehtiyat da edirlər.

Bəli, Çin rəqəmsal valyutalardan istifadə edərək, məsələn, Rusiyadan neft alır. Bunu digər istiqamətlərdə də tətbiq edə bilər. Ona görə də dollar böhranı çinlilər üçün xüsusilə qorxulu deyil. Lakin belə vəziyyətdə olan amerikalılar üçün yeganə çıxış yolu Çinə qarşı hərbi zərbə endirmək, genişmiqyaslı müharibəyə başlamaq ola bilər. Məsələ burasındadır ki, Amerika bu müharibəyə başlaya bilməz və bunu amerikalılar da yaxşı bilirlər. Bu barədə ABŞ Milli Müdafiə Strategiya Komissiyasının hesabatında da deyilir. Xüsusilə bəllidir ki, ABŞ-ın Çinə qarşı müharibə aparmaq üçün kifayət qədər silahı belə yoxdur. Heç kim nüvə raketləri atmaq istəmir və Birləşmiş Ştatlar adi müharibəyə sırf maliyyə resursları nöqteyi nəzərindən də tab gətirə bilməz, hansıki hesabatda da bu öz əksini tapır. “Çinin blokadasından ABŞ-a dəyə biləcək iqtisadi zərər, iqtisadçıların hesablamalarına görə, 1,5 trilyon dollar təşkil edəcək. Bu, ABŞ-ın bütün hərbi büdcəsindən bir yarım dəfə çoxdur", deyə həmin hesabatda, həmin sənəddə qeyd olunur.

Tramp özü də yaxşı bilir ki, ölkəsi üçün Çinlə müharibə onun öz ölkəsinin yoxsullaşması deməkdir. Ona görə də bu məqamda başa düşürük ki, nəhəng tariflər və hərbi gəmilərin gəlişi sadəcə olaraq, danışıqlarla bağlı məhz Çinə “xüsusi dəvət” deməkdir. Maraqlı olan odur ki, görəsən, həmin “dəvət” qəbul olunacaqmı və bu dəfə Çin ABŞ-a necə cavab verəcək? Ümumiyyətlə, Si Cinpin məhz Trampın nəyə ehtiyac duyduğunu nəzərə alaraq, ona cavab verəcəkmi? Yüksək çinli siyasətçilər hesab edirlər ki, Si Cinpinq bu dəfə Trampa tamamilə “gözlənilməz bir cavab” verə bilər. Ola bilsin ki, məhz dünya ticarət müharibəsinə uyğun bir şəkildə cavab verilər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri