Arvadı ilə birgə edam olunan prezidentin oğlu ölkəsindən narazıdır: Məhkəmə qərar verdi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Rumıniya Sosialist Respublikasının birinci prezidenti Nikolay Çauşeskunun oğlu Rumıniya dövlətinə qarşı iddia qaldırıb.
Moderator.az Publika.az - a istinadla xəbər verir ki, bu barədə "Ziare" xəbər portalı məlumat yayıb. Belə ki, Valentin Çauşesku hökumətin həyati əhəmiyyət kəsb edən dərmanların alınması üçün maliyyə yardımı göstərməkdən imtinasına etiraz edib.
Nəşrin məlumatına görə, 2025-ci ilin əvvəlində Valentin Çauşeskuya ağır xəstəlik diaqnozu qoyulub. Müalicəsi bahalı inyeksiya dərmanı tələb edir, bir dozanın qiyməti 1700 dollardan çoxdur. Müalicəni özü ödəyə bilməyən keçmiş rəhbərin oğlu Səhiyyə Nazirliyinə, Milli Tibbi Sığorta Fonduna və Milli Dərman Agentliyinə müraciət edib. Lakin Milli Sağlamlıq Sığorta Fondu dərmanların sığorta sistemində tətbiq olunmadığını əsas gətirərək bundan imtina edib.
Cavab olaraq Valentin Çauşesku məhkəmə prosesi başladıb. İlk iclasın vaxtı artıq müəyyən edilib, lakin hələ başlamazdan əvvəl məhkəmə ilkin qərardad çıxarıb. Bu qərardada görə, dövlət işin mahiyyəti üzrə yekun hökm çıxarılana qədər iddiaçıya lazımi müalicəni pulsuz təmin etməyə borcludur.
Qeyd edək ki, Valentinin atası Nikolay Çauşesku 1965-ci ildən 1989-cu il dekabr inqilabında devrilənə qədər Rumıniyaya rəhbərlik edib. Sürətli mühakimə olunduqdan sonra o, həyat yoldaşı Yelena ilə birlikdə edam edilib.
Baxış sayı:45
Bu xəbər 02 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















