Icma.az
close
up
RU
Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi AİLƏ DRAMI

Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi AİLƏ DRAMI

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, Həsənbala Rəhimov ötən il həyat yoldaşını qətlə yetirib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək müttəhimin törətdiyi əməli xüsusilə ağır cinayət kateqoriyasına aid edib. Dövlət ittihamçısı müttəhimin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Marqarita pizza

Müttəhim Həsənbala Rəhimov məhkəmədə son söz deyib, çıxışında barəsində ədalətli qərar verilməsini xahiş edib.

Məhkəmə qısa müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Həsənbala Rəhimov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimova qətlə yetirilib. Qətllə bağlı rayon prokurorluğunda araşdırmalar başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, qadını həyat yoldaşı - 1968-ci il təvəllüdlü Həsənbala Rəhimov qətlə yetirib. İstintaqla qətlin ər-arvad arasında baş vermiş mübahisə əsnasında baş verdiyi, nəticədə Həsənbala Rəhimovun bıçaqla həyat yoldaşına çoxsaylı xəsarətlər yetirərək həyatına son qoyduğu müəyyən olunub.

Cinayətdən dərhal sonra Həsənbala Rəhimov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Həsənbala Rəhimova ittiham elan olunub./Musavat.com


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri