Icma.az
close
up
RU
Arvadının qolunu sındırdı MƏHKƏMƏLİK OLDU

Arvadının qolunu sındırdı MƏHKƏMƏLİK OLDU

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xaçmazda kişi arvadının qolunu sındırıb.
Bizim.Media xəbər verir ki, balıq vətəgələrində mühafizəçi işləyən 50 yaşlı İsmayıl Əmiraslanov (ad və soyad şərtidir) sərxoş halda evlərinə gedib.
Qapını açan zaman arvadı Elnarə stuldan yıxılıb. İsmayıl əsəbi halda yıxılıb yerdə qalan Elnarənin qoluna təpiklə zərbə vurub. Nəticədə qadının qolu sınıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib və müalicə olunub.
İsmayıl Əmiraslanov isə polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3.-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və xuliqanlıqla törədildikdə) maddəsilə cinayət işi başlanıb.
 

Məhkəmə istintaqı zamanı isə 20 ildir qeyri-rəsmi yaşayan və 4 övlad böyüdən ər-arvad barışıblar. Onlar məhkəmədən işə xitam verilməsini istəyiblər. Zərərçəkən qadın bildirib ki, əri sərxoş halda qapıdan girəndə onun əsəbi olduğunu düşündüyü üçün digər otağa keçmək üçün cəld stuldan qalxıb. Lakin bu zaman yıxılıb.


Xaçmaz rayon Məhkəməsində hakim Sərxan Səmədzadənin sədrliyi ilə keçirilən prosesdə İsmayıl barəsində açılan cinayət işi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. O, cinayət məsuliyyətindən azad olunub və cinayət işi xitam verilib. (Lent.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri