Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Arxaya yol yoxdu, arxada Vətəndi!

Arxaya yol yoxdu, arxada Vətəndi!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bildiyimə görə, “Ferentsvaroş”la oyun üçün satışa çıxarılan bütün biletlər sahibini tapıb və indi azərbaycanlı futbol azarkeşləri (həm də təkcə onlarmı?!) nəfəsini tutaraq səbirsizliklə komandaların meydana çıxmasını gözləyir.

İnanılmaz maraq var, söz yox, ətraf, küçə-bazar bilet axtaran adamlarla doludu, bəlkə bu gün “Bəhramov”un ətrafında “qara bazar” da tüğyan edəcək. Amma heç bir texniki detal günün gözəlliyinə, olayın əzəmətinə acı qata bilməz. Əslində belə maraq istisnasız ilk oyundakı nəticə ilə bağlıdı. Adamlar tarixi ana – “Qarabağ”ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmasına şəxsən şahid olmaq, bu məqamı yaddaşına yazmaq istəyir. Nə qədər qəribə olsa da, onların əvvəllər belə şansı olmayıb.
Yüngülcə tarixə nəzər salaq. “Qarabağ” ilk dəfə qrupa düşdüyü 2017-ci ildə Bakıda “Kopenhagen”ə 1:0 hesabıyla qalib gələndən sonra səfərə çıxmışdı. Qrupa düşə də bilərdi, düşməyə. Amma onminlərlə azərbaycanlının uğulu bitən həmin dueldə, yəni Danimarkada komandanın yanında olmaq imkanı yox idi. Ardından “Qarabağ”ın əlinə iki dəfə də belə şans düşdü. 2022-də “Qarabağ” evdə “Viktoriya Plzen”lə heç-heçə edəndən sonra Çexiyaya yollandı, orda uğur qazansaydı belə, azərbaycanlılar yenə uzaqda idi. Zaqreb “Dinamo”su ilə ötənilki oyunlar da yadınızdadı. Səfərdən 0:3 ilə dönən “Qarabağ”ın evdə bu məğlubiyyətin əvəzini çıxa biləcəyinə inanmağa dəyməzdi. Kəsəsi, azarkeşlər müstəqil Azərbaycanın tarixində ilk dəfə belə tarixi uğuru görəcək. Kim stadionda olmağı bacaracaqsa, halal xoşu! Şəxsən mən “Qarabağ” rəhbərliyinin yerində olsaydım, Bakıda daha bir neçə yerdə monitor quraşdırar, paytaxtın sabah bu oyunun ab-havasından çıxa bilməməsi üçün şərait yaradardım. Amma mən klub rəhbəri deyiləm, jurnalistəm və indi ürəyimdən keçənlərə sizlə bölüşürəm.
Etiraf etmək lazımdı ki, rəqib də yetərincə güclüdü, Macarıstanın fəxridi, hun qardaşlarımızdan törəyənlərin qürur yeri, göz bəbəyidi. “Ferentsvaroş” imici qorumaq, ÇL-in qapısını möhkəm çırpmaq üçün Bakıda əlindən gələnə və gəlməyən hər şeyi edəcək. “Qarabağ”, xüsusən də Qurban Qurbanov və futbolçuları buna hazır olmalı, anın fərqinə varmalıdılar. Əslində “Sumqayıt”la çempionat oyununda “Qarabağ” camiəsinin məhz macarlarla duelin təsir dairəsində olduğu açıq-aydın görünürdü. Necə deyərlər, cismən “Azərsun Arena”da, ruhən “Bəhramov”daydılar.
Həm klub, həm də ölkə adına böyük məsuliyyətdi. Sanki ortada “olum və ya ölüm” variantı var, sanki “Qarabağ” üçün həyat ya bitəcək, ya da bitəcək. Mən bu sətirləri yazanda həyəcandan əsirəm, tüklərim biz-biz olur. Bu gün milyonlarla azərbaycanlının futbol ümidlərinin daşıyıcısı olan “Qarabağ”ın oyunçularının halını-əhvalını təsəvvür etmək belə istəmirəm. Adam özünü nə qədər ətrafda yaşananlardan kənar tutmaq, heç nəyə qulaq vermək istəməsə də, alınası iş deyil. Axı bütün ölkə, kiçikdən-böyüyə hər kəs futboldan danışır, sənə belə bağlayır, səndən qəhrəmanlıq gözləyir.
Futbol elə qəribə oyundu ki, hər anın öz hökmü var, bir anda hər şey dəyişir, bəzən çox böyük üstünlüyü də əldən verirsən. Bəzən oyunun gərginliyi hansısa futbolçunun psixikasını korlayır, adətən, sakit görünən birisi aqressivləşir, gözü heç nəyi görmür, dağıdıb-tökür. Futbol dilində bunun adı yanmaqdı. Təəssüf ki, “Qarabağ”ın tarixində belə epizodlar da olub. ÇL-in 2019/20 mövsümdə APOEL ilə oyunlar yadınızdadımı? Səfərdə aşkar üstün oynayan “Qarabağ” 90+5-ci dəqiqədə rəqibin fərqi azaltmasına imkan verdi. Evdə isə Kipr yunanlarına 0:2 uduzmaqla ÇL-in pley-offuna adlaya bilmədi. Bax, tarixdəki belə nəticələrdən nümunə götürmək lazımdı.
Əlbəttə, “Qarabağ”ın bu böyük üstünlüyü əldən verəcəyinə qətiyyən inanmıram. Komanda indi evdə 2:1 də yox, 3:1 hesablı qələbə ilə dönüb. Sakitcə bu işi bitirmək, ÇL-ə - “qurdlar süfrəsi”nə təşrif buyurmaq lazımdı. Ötən il AL-in əsas mərhələsində sonuncu yeri tutan ağdamlılar “Ferentsvaroş”la cavab görüşünə bir növ azarkeşlərə borcunu qaytarma vasitəsi kimi baxmalıdı. “Qarabağ” camiəsinə, özəlliklə də futbolçulara sonda daha bir mesaj vermək istəyirəm: bu elə oyundu ki, sadəcə, arxaya yol yoxdu. Arxada Vətən və onun futboludu.
Missiya bu gün bitməlidi və bitəcək! Bayram süfrəsini hazırlayın!
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Avqust 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri