Icma.az
close
up
RU
Arxeoloji tədqiqatlarda milli geyimlərimizə aid tapıntılar

Arxeoloji tədqiqatlarda milli geyimlərimizə aid tapıntılar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin iştirakı ilə keçirilən elmi-praktik seminarda etnoqraf Aytən Əsədova moderator kimi çıxış edib. O, “Səfəvi dövrü Azərbaycan geyim mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

XQ xəbər verir ki, Aytən Əsədova çıxışında Azərbaycan xalqının geyim mədəniyyətinin qədim tarixə malik olduğunu bildirib. Onun sözlərinə görə, milli geyim anlayışı yalnız parça, rəng, biçim və naxışlarla məhdudlaşmır. Geyim əsrlər boyu formalaşmış həyat tərzinin, estetik zövqün və mənəvi yaddaşın mühüm ifadələrindən biridir. O qeyd edib ki, Azərbaycan geyim mədəniyyətinin tarixi köklərini yalnız XVIII-XX əsrlərə aid muzey nümunələri ilə deyil, daha qədim dövrlərə aid arxeoloji materiallarla da izləmək mümkündür.

Etnoqraf bildirib ki, qədim geyim mədəniyyətinin öyrənilməsində arxeoloji qazıntılar zamanı əldə olunan materiallar xüsusi əhəmiyyət daşıyır. Parça və digər toxuculuq məmulatlarının torpaq altında tez çürüməsi səbəbindən bütöv geyim nümunələri az qorunub. Buna görə də qədim insanların geyim ənənələri yalnız paltar qalıqları əsasında deyil, həmin geyimlərin hazırlanmasında istifadə olunan alətlər, bəzək əşyaları və digər arxeoloji tapıntılar vasitəsilə də araşdırılır.

Aytən Əsədova diqqətə çatdırıb ki, Azərbaycanda qədim parça və geyim nümunələrinin mühüm hissəsi Mingəçevir, Naxçıvan və Qarabağ ərazilərində aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilib. Mingəçevirdə ipək və toxuma papaq qalıqlarının, eləcə də toxuculuq alətlərinin tapıldığını bildirən etnoqraf bu materialların qədim dövrlərdə yerli əhalinin yun və kətan liflərindən ip hazırladığını göstərdiyini qeyd edib.

Məruzədə qədim geyimlərdə baş geyimlərinin də xüsusi yer tutduğu vurğulanıb. Bildirilib ki, Naxçıvandakı Kültəpə abidəsindən və Mingəçevirin e.ə. II minilliyə aid təbəqələrindən aşkar edilmiş insan fiqurlarında dairəvi və konusvari papaq formaları əks olunub. Bu tapıntılar Azərbaycanda hələ tunc dövründə müxtəlif papaq formalarının mövcudluğuna dair təsəvvür yaradır.

Etnoqraf çıxışında geyim mədəniyyətinin öyrənilməsində bəzək əşyalarının roluna da toxunub. Onun sözlərinə görə, arxeoloji qazıntılar zamanı tapılan tunc və gümüş asmalar, alın bəzəkləri, sancaqlar, baş tacları, düymələr və kəmər toqqaları qədim dövr insanlarının geyim və bəzək zövqü haqqında mühüm məlumat verir. Xüsusilə qadın baş geyimlərinin mürəkkəb quruluşa malik olduğunu göstərən bu tapıntılar həmin dövrün geyim ənənələrinin öyrənilməsi baxımından qiymətli mənbələrdir.

Aytən Əsədova həmçinin Bərdə ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ipək parça qalıqları, bəzəkli geyim fraqmentləri və ipəyirən alətlərin aşkar edildiyini bildirib. Bu tapıntıların Azərbaycanın qədim toxuculuq və geyim mədəniyyətinin inkişafını öyrənmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Məruzədə Azərbaycanın müxtəlif bölgələrindən aşkar edilmiş qədim kəmərlərə və geyim aksesuarlarına da diqqət çəkilib. Bildirilib ki, arxeoloji materiallarda kəmərlərin üzərində ovçuluq və əkinçiliklə bağlı simvollara rast gəlinir. Bu nümunələr geyimin yalnız praktiki funksiyasını deyil, həm də dövrün sənətkarlıq ənənələrini və estetik zövqünü əks etdirir.

Çıxışda Şirvanşahlar türbəsində aşkar edilmiş parça nümunələri də qeyd olunub. İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksinin ərazisində aparılan arxeoloji qazıntılar zamanı iki nadir kətan parça nümunəsi və zərif ipək qumaş qalıqlarının aşkar edildiyi bildirilib. Həmin materialların Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunduğu qeyd edilib.

Aytən Əsədova çıxışının sonunda vurğulayıb ki, arxeoloji abidələrdən aşkar edilən qədim geyim, parça və bəzək nümunələri yalnız keçmişdən qalan maddi əşyalar deyil. Bu tapıntılar Azərbaycan xalqının geyim mədəniyyətinin tarixi inkişafını, sənətkarlıq təcrübəsini və nəsildən-nəsilə ötürülən milli yaddaşı öyrənmək üçün mühüm mənbədir. Onun fikrincə, belə maddi mədəniyyət nümunələri öyrənilməli, bərpa edilməli, qorunmalı və milli üslubun tarixi köklərinin gələcək nəsillərə çatdırılmasına xidmət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri