Icma.az
close
up
RU
Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə saylarımızda)

Ərəblər, VIII əsrdə İspaniyanı işğal etdikdən sonra, orada çox sayda arxitektura nümunələri yaratdılar. Sevilyadakı Xiralda mənbəri 100 metr hündürlükdə ucalırdı. Onlar İspaniyada yeni İslam Xilafəti yaratmışdılar, onun paytaxtı Kordobanı çox abad bir şəhərə və mədəniyyət mərkəzinə çevirmişdilər. Şəhərdəki Meskida (Məscid binası) 13 nefdən ibarət olmaqla, nəhəng tikinti idi. Tarixinə hörmətlə yanaşan ispanlar, müsəlmanları ölkələrindən qovduqdan sonra da onların yaratdıqlarını dağıtmamış, xristian dininə xidmət edən məkanlar kimi onlardan istifadə etmişdilər.

Ərəblər VIII əsrdə, 762-ci ildə Xilafətin yeni paytaxtı kimi Bağdad şəhərini salmış, onu əsl elm mərkəzinə çevirmişdilər. Xəlifə əl-Məmun Bağdada bütün dinlərdən olan görkəmli alimləri yığmış, Beyt ül-Hikmə adlanan Müdriklər evi yaratmışdı. Yalnız 1258-ci ildə monqol sərkərdəsi Hülakü xan Bağdadı işğal edəndə, şəhər bütünlüklə dağıdılmışdı və bundan sonra islam sivilizasiyasının inkişafı xeyli zəifləmişdi.

Mezamerika arxitekturasının inkişafı, orada gedən mədəni dəyişikliklərə borclu idi. Məsələn, attseklər Mayya arxitekturasını öyrənib, geniş tətbiq etdilər. Mədəniyyətlərin çoxu bütöv şəhərlər, monolit məbədlər və piramidalar tikirdilər. Onlar sonralar heyvanların, allahların və çarların daşda nəqş olunmuş təsvirləri ilə bəzəndi. İnkaların arxitekturası isə Kuskoda indiyədək saxlanmış çoxlu nümunələrdə qalır. Məşhur Maçu Pikçu çar malikanəsi bizim dövrə qədər gəlib çıxmışdır.

Cənubi Asiyadakı buddist arxitekturası Hindistan tikintisində b.e. V-VI əsrlərində inkişaf edərək, ilk dəfə Çinə, sonra isə bütün Cənubi-Şərqi Asiyaya yayılmışdı. Buradakı qübbələr göyün nəhayətsiz məkan şəklinə uyğun gələn rəmz rolunu oynayırdı. Buddist məbədlərindən əvvəl Hindistan şəhərlərində İnduizm dini məbədləri çoxluq təşkil edirdi və onlar tam fərqli quruluşa və daşda yonulmuş bəzək elementlərinə malik idi. Hind milli dini məbədlərində çox sayda qorelyeflərdən, kiçik həcmli heykəlciklərdən istifadə olunurdu, onların hamısı Kamasutranın əyani təsviri kimi erotik mövzuya həsr olunurdu. Venaresidə (Benaresdə) belə səhnələri əks etdirən fasadlar çox saydakı məbədlərə xüsusi heyrətamiz görünüş verir və Qanq çayının sahilində baş verən tükürpədici insan cəsədlərinin yandırılması səhnəsini unutmağa kömək edir.

Renessans arxitekturası

Renessans (İntibah) dövründə (XV-XVI əsrlər) İtaliya coğrafi məfhuma çevrilməklə, çox sayda kiçik dövlətlərdən və şəhər-dövlətlərdən ibarət idi.

Renessansın meydana gəlməsi ilə rəngkarlıqda və heykəltaraşlıqda görünməmiş inkişaf zirvəsi fəth edildi. Bu inqilabi dəyişiklik arxitekturada da yeni üslub və formaların yaranmasına şərait yaratmışdı. Renessansın ilk doğulduğu Florensiya şəhəri çox sayda kilsə binaları ilə öz görkəmini tamam dəyişdi. Burada gözəl məbədlər var idi və onların təsir gücü o qədər böyük idi, onu seyr edənlərdə "Stendal sindromu" meydana gəlirdi.

XV əsrdə Florensiyada şəhərin aparıcı ailəsi olan və hakimiyyəti təmsil edən Mediçi sülaləsi Renessans rəssamlığına və arxitekturasına maliyyə yardımı göstərməklə həm özləri məşhurlaşmış, həm də şəhəri hər iki sənətin inciləri ilə xeyli dərəcədə zənginləşdirmişdi. Şəhərdə bir-birindən gözəl kilsələr, məbədlər, saraylar, meydanlar, körpülər meydana gəlmişdi. Vyekko meydanını heyranedici heykəllər bəzəmişdi, dahi Mikelancelo özünün şah əsəri sayılan "David" heykəlini ideal insan bədəni kimi təsvir etməklə, iri mərmər parçasından yonmuşdu. Şəhərdə tikilmiş Santa Mariya del Flore kilsəsinin binası uzaq məsafədən də özünün iri qübbəsi ilə diqqəti cəlb edir.

Florensiyada iri binalar tikilir və onlarda yeni üslubdan istifadə olunurdu. Renessans, Orta əsrlərdə yaddan çıxmış və diqqətdən yayınmış antik mədəniyyəti bərpa etmək sahəsində böyük iş gördü. Humanizm Renessansın aparıcı prinsipinə, insanın mənəvi qüvvəsi isə əsl ilham mənbəyinə çevrildi.

İtaliyada bünövrəsi qoyulan və xeyli inkişaf etdirilən bu cərəyan tezliklə Avropanın digər hissələrinə yayıldı və yeni interpressasiylar qəbul etdi. Renessans rəngkarlıqda, heykəltaraşlıqda, arxitekturada, poeziya və prozada yeni ruhun ifadə formalarını yaratdı. Renessans dahilərini Göy qübbəsini çiynində saxlayan titanlarla müqayisə etmək olardı.

Renessansdan kilsə də öz xeyrinə istifadə etməyi bacardı. Katolik dinin başçıları olan papalar rəssamlara Vatikan sarayını freskalarla bəzəmək üçün bahalı sifarişlər verirdilər. Leonardo da Vinçinin, Rafaelin və Mikelancelonun dini mövzulardakı əsərləri müqəddəslərə yeni baxışlarla müraciət edir, Allahı insan qiyafəsində təsvir edirdilər.

Renessansdan əvvəlki dövrə mənsub olan Qotika arxitekturası Orta əsrlərin sonunda meydana gəlmişdi. Ona qədər insanlar tikintinin mükəmməlliyinə belə zövq və təxəyyül sərf etməmişdilər. Xristian dinini yaymaq məqsədilə arxitektura da yeni forma qəbul edərək, binaların həcminin genişlənməsinə və hündürlüyünün yüksəlməsinə diqqəti artırmışdı. Bu məbədlərə daxil olan adamı divarlardakı iri pəncərələrə gözəllik verən vitrajların və qızıl güllərin bol rəng çalarları heyran etməyə bilmirdi. İstər Notr-dam de Paridə, istərsə də Milandakı Duomoda olan vitrinlər rənglər qamması ilə heyranlıq mənzərəsi yaradırdı.

Bəzi məbədlərin isə qübbəsinin böyüklüyü, yuxarıdan kilsənin içərisinə daxil olan işığın köməyi sayəsində fantastik səhnə yaratması ilə fərqlənirdi. VI əsrdə Konstantinopolda imperator Yustinianın dövründə tikilən Aya Sofiyada binanın interyerini Allahın sehrli qaydada işıqlandırması təsəvvürü yaranırdı. XVI əsrdə Romada San Pedro bazilikası - Müqəddəs Pyotr kilsəsi öz qübbəsinin böyüklüyü ilə seçilirdi. Hələ qədim Romada Panteon məbədi tikililərin, arxitekturanın iri qübbə yaratmaq sınağından uğurla çıxmışdı.

Kontr - Reformasiya dövründə meydana gələn Barokko üslubu - Vatikanın katolik kilsəsinin hakimiyyətini müşayiət etmək və Allahın böyüklüyünü vurğulamaq ideyasına xidmət edirdi. Barokko və onun digər bir variantı olan Rokoko incəsənətdə və arxitekturada həqiqətən ilk qlobal üslub olmaqla, 1580-1800-cü illərdə Avropaya və Latın Amerikasına yayılmışdı.

Neoklassisizm arxitekturası yunan və Roman irsinə əsaslanırdı. Arxeoloji qazıntılar antik dövrdə mövcud olmuş şəhərlərdəki tikililərin standartlarını öyrənməyə kömək etmişdi. Bizim eranın 79-cu ilində Vezuvi vulkanının püskürməsindən məhv olmuş Pompei və Herkulanumun arxitekturasının əsas cəhətləri XVIII əsrdə aparılan qazıntı ilə aşkar edilmişdi. Vulkanın qatı kül təbəqəsi binaları bütünlüklə öz altında saxladığından, onları hərtərəfli öyrənmək mümkün olmuşdu. Pompeinin qalıqları roman arxitekturasının yüksək səviyyəsindən xəbər verir, binalar həm də freskalarla bəzədilmişdi.

Uzun müddət ağalıq edən qotika üslubunun ağırlığı artıq ədalətli qaydada bütünlüklə uzaqlaşdırıldı. Adamlara xoş gələn sütunlar və qüllələr düşünülmədən və hər yerdə binalara əlavə olunurdu. Onlar da artıq tikintinin baş ideyası olması  hüququnu itirdi. Bəzən hissələr daha yaxşı bəzək elementi kimi istifadə olunurdu. Qüllə ölçüsü böyüdüyündən, onun tikintiyə təsirinin münasibəti kiçilməyə başladı. Qüllə əhəmiyyətsiz, kiçik olana çevrildi. Onların sayı çoxaldığından göbələyə oxşamağa başladı. Tikiliyə artıq uzaqdan deyil, yaxından baxılırdı. Tikintiyə vaxtilə zövq gözəlliyi verən qüllə tamamilə qeybə çəkildi. Yunanların və aleksandriyalıların yaratdıqları və bütün tikililəri ağuşuna alan qübbə isə əvvəllər Göy qübbəsini andırırdı. Onlarla müqayisədə heç nə evlərin kütləsini belə heyrətamiz qaydada bəzəyə bilməzdi. Lakin o, düzgün seçim əsasında işlənməli idi, binanın özündən işıqlı olmalı idi. Ona görə Bizans şəhərləri bu qübbələrin köməyi ilə öz əsrarəngizliyini qoruyub saxlayırdı. Şərqdə isə onlara bənzər qübbələrlə, daha da böyüdülmüş və nəhəng bir görünüşdə qarşılaşmaq olar.

Lakin sonralar Attika sadəliyi fikri geniş yayılmağa başladı və dəbə düşdü. Bu, qədim olanların ruhunun daha dərindən öyrənməsindən xəbər verirdi. Tikintilərdə hissələr də bir-biri arasında daha harmonik qaydada birləşdilər və bu, bütövlüyə böyüklük verməklə və onun ölçüsünü müəyyən etməklə, daha çox heyrət yaradırdı.

Lakin şəhərlər monoton xarakter daşımağa başladı, bir küçədən keçdikdən sonra adam darıxdığını hiss edirdi, digər binalara baxmaq həvəsi artıq yoxa çıxırdı, çünki küçə divarların ardıcıl cərgəsindən başqa heç nə deyildi. Müasir Almaniya şəhərlərində birtipli evlər təəccüb doğurmur, seyr edən adamı yormağa başlayır.

Arxitektura bu istiqaməti ilə elə bil öz böyüklüyünü qəsdən gizlətməyə çalışırdı. Böyüklük qanunu isə belə deyildir, tikinti. müşahidəçinin başından xeyli yuxarıya can atmalıdır. Uzaq məsafədən adam, qarşısındakı əşyaları görmək üçün daim yuxarıya baxır, çünki ona hər şey xırda görünür.

Arxitektura heç də köhnə üslubların və formaların əsarətində qalmadı. Düzgün xətlər və tikintinin tam sadəliyi, daha çox yerə sığınmış kimi görünməyə başladı. Ağac materialı və təbiət barədə fikirlər böyük əhəmiyyət kəsb edirdi. Ağacdan artıq dorik sütunlar kimi istifadə olunurdu. Korinf sütunlar isə çiçəkli budaqların sallanması təsəvvürünü yaradırdı. Ona görə də ondan daha çox istifadə olunurdu. Bu kapitellərdə ayrı-ayrı hissələr öz aralarında harmoniya yaradırdı. Ancaq bir binada çox sayda müxtəlif zövqlərin və arxitektura tiplərinin qarışıqlığına yol verilməməlidir. Arxitekturada nəyəsə üstünlük vermək tələb olunduqda, bəziləri qotikaya, digərləri isə barokkoya üstünlük verməyə başladı. Binaların fasadını da gözəllik elementləri bəzədi. Möhtəşəm binaların birinci mərtəbələrinin qapılarını hər iki tərəfdən gözəl insan heykəlləri - atlantlar və kariatidlər bəzəyirdi.

Qotikanın vətəni Avropa sayılırdı, əvvəllər onun böyüklüyü və gözəlliyi digər üslubları üstələyirdi. Milandakı Duomoya və ya Köln kilsəsinə tamaşa etdikdə, axırıncı mərmərin zərif şəbəkəliliyi, krujevası ilə seçilir, onların mükəmməlliyi və həqiqi böyüklüyü nəzərə çarpır.

Arxitektura necə olursa olsun, onların hamısı yaxşıdır, bir şərtlə ki, tikintinin təyinatına uyğun gəlsin və ona xidmət etsin.

Sonralar arxitektura tipləri daha da inkişaf edərək çox sayda üslubların yaranmasına səbəb olmuşdu. Onların arasında Eklektizm və Modern üslubları  da var idi. Hər bir üslub şəhərləri yeni formaya məxsus olan tikililərlə bəzəməyə xidmət edirdi. Arxitektura nə qədər inkişaf etsə də, keçmişi inkar etmək mövqeyinə keçmirdi, ondan yaradıcılıqla istifadə etmək lüzumunu vurğulayırdı.

Parisin möhtəşəm məbədi sayılan Notr-dam de Pari və ya Paris Notr-Dam kilsəsinin tikintisinə XII əsrdə başlanmışdı. Qotika üslubunda olan bu bina öz monumentallığı ilə müasir insanları da heyran edir. Son dövrlərdə yanğına məruz qaldıqdan beş il sonra bərpa edilən kilsənin açılışına həsr olunmuş təntənələrdə dünyanın böyük ölkələrinin başçıları da iştirak etmişdilər.

Yaxud Romadakı San Pedro bazilikası - Müqəddəs Pyotr kilsəsi və onun qarşısındakı meydan dünyanın hər tərəfindən buraya gələn insanların heyrətamiz təəccübünə səbəb olur. Çünki onun tikintisinə dahi şəxslər - Bramante, Rafael və Mikelancelo başçılıq etmişdilər. Lorentso Bernininin layihəsi əsasında yaradılan meydan, kilsə qapısının açarı rolunu təsvir etməklə nəhəng dörd cərgəli kolonnalarla əhatə olunmuş, onların üzərində çox sayda heykəllər ucaldılmışdı.

Orta əsrlərin sonundan şəhərlər böyüməyə, möhtəşəm tikililər sərgisinə bənzəməyə və onların hesabına məşhurlaşmağa başladılar. İlk qədim şəhər Şumerdə meydana gəlsə də, şəhər salmanın - urbanizasiyanın başlanğıcı olan planlaşma prinsipləri ilk dəfə qədim Yunanıstanda start götürmüşdü. Şəhərlər bir qayda olaraq mərkəzi meydana və onu kəsib keçən mühüm küçələrə sahib olurdu. Bu ənənə min illər sonra da davam etdirildi. Parisin Zəfər Tağının yerləşdiyi Şarl de Qoll meydanından (keçmiş Ulduz meydanı), Yelisey çölü avenyusu da daxil olmaqla 12 bulvar öz başlanğıcını götürür.

Lakin şəhərlər heç də konservativ baxışların təsiri nəticəsi olmayıb, keçmiş görünüşü ilə kifayətlənməyərək, daha da böyüməyə, abadlaşmağa, gözəlləşməyə can atdı.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see167

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see152

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see137

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see134

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see134

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see133

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see132

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see130

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see124

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see124

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see123

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see122

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see122

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see121

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see119

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri