Icma.az
close
up
RU
RHİMİBdə Qazaxıstan, Türkiyə və İraqdan olan aydınlarla görüş olub FOTO

RHİMİBdə Qazaxıstan, Türkiyə və İraqdan olan aydınlarla görüş olub FOTO

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Qazaxıstan və Türkiyədən, eləcə də doğma Kərkükdən (İraq) olan bir qrup aydınla görüşüb. Könül süfrəsi ortamında keçirilən görüşdə həmçinin Azərbaycandan olan bir qrup tanınmış aydın, vətəndaş cəmiyyəti institutlarının başçıları iştirak edib.

İmzası Azərbaycanda, Türk dünyasında yaxşı tanınan aydınlar - Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü, Senatın Beynəlxalq münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin katibi, akademik Darxan Kıdırali (Qazaxıstan), Türkiyənin tanınmış araşdırmaçı-yazarı, təhlükəsizlik eksperti Abdullah Ağar və Kərkükün, ümumən İraq-Türkman ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Şəmsəddin Kuzəçi ilə görüş, Türk dünyasının yaxın keçmişi, bugünü və gələcəyi ilə bağlı maraqlı mükalimələr, sual-cavablarla süslənib.

RHİMİB-in fəaliyyətinə yaxından bələd olduqlarınl bildirən aydınlar, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, RHİMİB timsalında Azərbaycanın bütün konstruktiv mövqeli vətəndaş cəmiyyəti instututlarına yeni uğurlar diləyiblər.

Sonra, “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, “Türküstan Qəzeti”nin qurucu-baş redaktoru Aqil Camal, “TURAN - Araşdırmalar Mərkəzi”nin başqanı, araşdırmaçı-yazar Cavid Ə. İsmayıl, “Qafqaz TV”nin və “ÇÖLÇÜ- Milli Mədəni İrsin İnkişafı” İctimai Birliyinin başqanı Eltən Törəçi, Dünya Gənc Tqrk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, iş adamları Fərhad Cegil, Nizami İbrahimov öz ürək sözlərini bölüşüb.

Türk dünyası aydınları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrə, səmərəli işbirliyinə önəm verən RHİMİB-in bu görüşü COP29-dan sonra və Yeni təqvim ili ərəfəsində keçirilməsi ilə də xüsusi məna daşıyır. “Yaşıl dünya naminə həmrəylik İli” və Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusu daşıdığı ildə həm hesabatlılıq, həm də gələcəkyönümlü fikir alış-verişi hər kəsi məmnun edir. - Bu yöndə danışan RHİMİB sədri Arzu Bağırova, ictimai-mədəni, elmi və maarifləndirici əməkdaşlıq sahəsində xidmətlərinə görə akademik Darxan Kıdırali (Qazaxıstan), araşdırmaçı-yazarlar Abdullah Ağar (Türkiyə) və Şəmsəddin Kuzəçini (Kərkük) RHİMİB-in özəl hazırlanmış plaketləri ilə təltif edib, onlara yeni uğurlar arzulayıb.

Akademik Darxan Kıdırali öz yeni kitabını Arzu Bağırova üçün imzalayıb.
Həmçinin İntiqam Yaşar Darxan Kıdıraliyə “DGTYB -25” yubiley medalını, Şəmsəddin Kuzəçi isə Aqil Camala Kərkük Kültür Vəqfinin “Fəxri Fərman”ını təqdim edib.

Görüşdə RHİMİB-in sədr müavini Nilufər Lətif və koordinatoru Gülər Kazımova iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri