Icma.az
close
up
RU
Sovet kosmik epoxasının azərbaycanlı lideri

Sovet kosmik epoxasının azərbaycanlı lideri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün 109 yaşı tamam olan görkəmli azərbaycanlı alim-konstruktor, general-leytenant Kərim Kərimov Sovet İttifaqında ballistik və qanadlı raketlərin yaradıcılarından biri kimi tarixə düşüb. Əfsanəvi şəxsiyyət SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olub və böyük bir kosmonavt nəsli yetişdirib.

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakıda anadan olub. Xəzərin Pirşağı sahillərində böyüyüb, dənizin və səmanın ənginliklərinə baxa-baxa xəyalən yerlə göyü bir-birinə qovuşdurub. Babasının Mustafa Sübhi küçəsindəki evinin yaxınlığında yerləşən Uşaq Texniki Stansiyasında dərnək üzvü olub.

Azərbaycan Sənaye İnstitutunu (hazırkı ADNSU) bitirdikdən sonra SSRİ Artilleriya Akademiyasında ali təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinə xidmətə göndərilib, “Katyuşa” tipli minaatan qurğuları və onların mərmilərinin sənayedən qəbul edilməsi işi ilə dərindən məşğul olub. Eyni zamanda, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Sonra kosmik era başlanıb və onun araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılıb və bu sistemin elmi-texniki göstəriciləri kosmik sənayedə tətbiq edilib.

Kərim Kərimov İkinci Dünya müharibəsindən sonra SSRİ Müdafiə Nazirliyinin aparatında 20 il xidmət edib, orada böyük mühəndislikdən Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlib. Bir qrup alimlə bərabər, Almaniyaya “Fau-1” və “Fau-2” raketlərini öyrənməyə göndərilib. Qayıdandan sonra onlar sovet raketinin üzərində işləməyə başlayıblar. Daim elmi axtarışlarda olan həmyerlimiz kosmik qüvvələrin yaradıcılarından biri kimi tanınıb. Raket Silahlanması Baş İdarəsinə, sonra isə Kosmik vasitələrin Mərkəzi İdarəsinə rəhbərlik edib.

Mərkəzi televiziya ilə verilən reportajlarda Kərim Kərimovun üzü müəyyən dövlət sirri mülahizələrinə görə, göstərilmirdi. Təxminən, 25 il ərzində bütün kosmonavtlar startdan əvvəl və Yerə qayıdandan sonra məhz ona müraciətlə raport verirdilər: “Yoldaş Dövlət Komissiyasının sədri...”. Kərim Kərimov özü həmişə kadr arxasında qalsa da, kosmonavtlara uçuşdan qabaq xeyir-dua verən məhz o olurdu. Biz onu yalnız senzura qadağaları yumşalandan sonra tanımışıq.

Kərim Kərimov kosmonavtika sahəsində böyük nailiyyətlər qazanıb. Xidmətlərinə görə Lenin, Stalin və SSRİ Dövlət mükafatlarına layiq görülüb. Hətta Amerikanın Kosmik Agentliyi NASA belə bir mütəxəssisə sahib olmaq istəyi ilə onu “gözaltılayıbmış”. Amma Mərkəzi Kəşfiyyat İdarəsinin Kərim Kərimovu “amerikan etmək” cəhdləri boşa çıxıb.

Yeri gəlmişkən, böyük alimin aşkar şəkildə amerikalılarla birgə işi də olub. Belə ki, 1975-ci ildə Kərim Kərimov “Soyuz”-“Apollon” birgə Sovet-Amerika kosmik uçuşuna kuratorluq edib. Bu, dünya miqyaslı elmi hadisə idi.

Alim-konstruktor deyərdi ki, kosmik işin ən mühüm cəhəti son dərəcə dəqiqliyi sevməsidir. Bu məsələyə elə ciddi yanaşırdı ki, hətta ilk vaxtlar kosmik raketlərin konstruktoru Sergey Korolyovla ciddi mübahisələri düşürdü. Korolyov gəmini tez tikib təhvil verməyə çalışır, Kərimov isə sifarişçi kimi ən kiçik hissəciyi də yoxlayırdı. Yaxın dost və silahdaş olsalar da, işlə bağlı heç bir güzəştə getmirdi.

Onun həyatının ən unudulmaz günlərindən biri 1961-ci il aprelin 12-si olub. Həmin gün Baykonurdan kosmosa ilk pilotlu gəmi – “Vostok” göndərilib və Yuri Qaqarin 108 dəqiqə ərzində Yer kürəsi ətrafında dövrə vurub. Kosmonavtın sağ-salamat qayıtmasına öz imzası ilə təminat verən Kərim Kərimov həmin dəqiqələrdə heç bir bəyana sığmayan həyəcanlar keçirib. Nəhayət, kosmonavt kosmik fəzada tarix yazaraq geri qayıdıb. Onda əfsanəvi konstruktor rahat nəfəs alaraq deyib: “Bu işə canımızla, qanımızla, başımızla cavabdeh idik. Kosmosa uçan ilk insan yenidən həyat vəsiqəsi qazandı”.

Şanlı eloğlumuz gərgin fəaliyyəti ilə bərabər, nümunəvi ictimaiyyətçi idi. Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradılmasına yaxından dəstək göstərib. Vətəndən uzaqda yaşasa da, ruhən həmişə Azərbaycanla bağlı olub, həmvətənləri ilə əlaqələri kəsməyib.

Tanınmış rejissor və Xalq artisti Vasif Babayev Əməkdar jurnalist Nadejda İsmayılova ilə birlikdə ünlü konstruktora həsr olunan “Ucalıq” (bəzi mənbələrdə “Yüksəliş”) sənədli filminin müəllifidir. “Salnamə” studiyasının məhsulu olan bu kinolentdə sovet kosmonavtikasının banilərindən olmuş Kərim Kərimovun həyat və fəaliyyəti real səhnələrlə əks etdirilib. Bizimlə söhbətində Vasif müəllim bu barədə dedi:

– Bəri başdan qeyd edim ki, bu əsəri çətinliklə ərsəyə gətirmişik. Filmin baş qəhrəmanının tutduğu vəzifənin spesifikası ilə əlaqədar ona aid materiallar uzun illər boyu ictimaiyyət üçün qapalı olduğuna görə bu materialları heç də asan əldə edə bilməmişik. Mən hələ 1988-ci ildə Kərim Kərimov haqqında “Xahiş edirəm, hazırlıq barədə məruzə edin” adlı ilk filmimi çəkdiyim və sonrakı illərdə kosmonavtika mövzusuna dəfələrlə müraciət etdiyim üçün bir qədər hazırlıqlı idim. General Kərim Kərimov da tez-tez verilişlərimizin qonağı olurdu. Azərbaycan televiziyasının arxivlərində kosmonavtika haqqında çoxlu maraqlı videomateriallar var. Bütün bunlar 2015-ci ildə çəkilmiş “Ucalıq” filminin uğurunu təmin edib.

Onu da deyim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kosmonavtların çoxu ilə dostluq edirdi. Məhz Heydər Əliyevin sayəsində 1973-cü ildə Bakıda dünyanın bir sıra ölkələrindən olan məşhur alimlərin və kosmonavtların iştirakı ilə beynəlxalq konfrans keçirilmişdi. Kərim Kərimov tez-tez Heydər Əliyevlə görüşürdü. Ulu öndərin fərmanı ilə Kərim Kərimov yüksək dövlət təltifinə - “Şöhrət” ordeninə layiq görülüb. Müasir Azərbaycanda isə Prezident İlham Əliyev ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılması haqda sərəncam imzalayıb və hazırda “Azerspace” adlı iki peykimiz fəaliyyət göstərir.

Filmimizin Moskvadakı “Bakı” kinoteatrında keçirilən təqdimatında kosmonavtlar Aleksandr İvançenko, Vladimir Canibekov, Viktor Savinıx, Viktor Qorbatko, Aleksandr Aleksandrov, praktiki kosmonavtikanın banisi Sergey Korolyovun qızı Natalya Korolyova çıxış etdikcə qürur hissi keçirirdim. Kosmonavtikanın inkişafına həmvətənimizin verdiyi sanballı töhfələr fərəh doğururdu. Deyilənə görə, bakılılar - Musa Manarov və Vitali Jolobovun kosmonavtlar ailəsinə qəbul edilməsində də həmyerlimizin böyük rolu olub.

Yeri gəlmişkən, rusiyalı yazıçıYekaterina Beloqlazova Kərim Kərimov haqqında “Tam məxfi general” adlı kitab yazıb. Əsərdə Kərim Kərimov istedadlı rəhbər, yüksək səviyyəli peşəkar kimi təqdim olunub. Sənədli-bioqrafik əsərdə qeyd edilib ki, ilk kosmonavt Yuri Qaqarin onu “bizim böyüyümüz” adlandırırdı. Kitab Sovet kosmonavtikasının pərdəarxası məqamlarını, ilk peyklərin, “Soyuz” gəmilərinin və “Mir” orbital stansiyasının kosmosa buraxılması prosesində Kərim Kərimovun oynadığı həlledici rolu ictimaiyyətə təqdim edən irihəcmli mənbələrdən biridir.

Bəli, Azərbaycan xalqının çox cəsarətli, ədalətli və uzaqgörən insan, bəşəriyyət qarşısında ən məsul məqamlarda müdrik qərarlar qəbul etmiş görkəmli alim Kərim Kərimovla fəxr etməyə haqqı var.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri