ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni intellekt savadlılığı” proqramı davam edir
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən icra olunan “Süni intellekt savadlılığı” proqramının həyata keçirilməsi uğurla davam edir. Proqram cəmiyyətin müxtəlif təbəqələrində süni intellekt biliklərinin artırılmasına, rəqəmsal bacarıqların inkişafına və bu texnologiyalardan məsuliyyətli istifadənin təşviqinə yönəlib.
Newscenter.az xəbər verir ki, proqram çərçivəsində təşkil olunan təlimlərin sayı artırılıb və daha çox dövlət qurumu və müəssisənin proqramdan faydalanması təmin edilib. Bu günə qədər “Süni intellekt savadlılığı” proqramı çərçivəsində 50-dən çox dövlət qurumu və müəssisədə ödənişsiz təlimlər təşkil olunub, 1000-dən artıq iştirakçı praktiki və nəzəri biliklər əldə edib. Təlimlər üzrə iştirakçı məmnunluğunun 99 faiz təşkil etməsi proqramın effektivliyini və aktuallığını bir daha təsdiqləyir.
Təlimlər zamanı iştirakçılara süni intellektin gündəlik fəaliyyətlərdə tətbiqi, iş proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, müasir rəqəmsal bacarıqların inkişafı, eləcə də süni intellektdən istifadə zamanı yarana biləcək risklər və etik məsələlərlə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.
“Süni intellekt savadlılığı” proqramı regional səfərinə Şuşa şəhərində 100 nəfərin iştirakı ilə başlayıb. Proqramın növbəti mərhələlərdə ölkənin digər regionlarını da əhatə etməsi, müxtəlif yaş və peşə qrupları üçün uyğun təlim modullarının hazırlanması, eləcə də onlayn və hibrid təlim formatlarının tətbiqi nəzərdə tutulur.
Təlimlər “İnnovasiyalar Mərkəzi” MMC ilə “Atəşgah” Sığorta Şirkəti ASC arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Memorandum çərçivəsində innovativ yanaşmaların təşviqi, maarifləndirici və sosial yönümlü layihələrin icrası, eləcə də tələbə və gənclər üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur.
ASAN İnnovativ İnkişaf Mərkəzi dövlət qurumlarını, müəssisələri və fərdi iştirakçıları ödənişsiz həyata keçirilən “Süni intellekt savadlılığı” proqramına qoşulmağa, gələcəyin texnologiyalarını bu gündən öyrənməyə və rəqəmsal inkişafın bir parçası olmağa dəvət edir.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni intellekt savadlılığı” proqramı davam edir
25 Dekabr 2025 11:57
ASAN İnnovativ İnkişaf Mərkəzi regionlarda “Süni İntellekt Savadlılığı” proqramına start verdi FOTO
01 Dekabr 2025 14:14
ASAN İnnovativ İnkişaf Mərkəzi jurnalistlər üçün süni zəka təlimi reallaşdırıb FOTOLAR
28 Fevral 2025 19:17
ASAN İnnovativ İnkişaf Mərkəzində “Süni və təbii zəka” mövzusunda debat görüşü baş tutub
10 Oktyabr 2025 11:23
ASAN İnnovativ İnkişaf Mərkəzində “AI Zone” otağı yaradılıb
06 Oktyabr 2025 19:00
Baxış sayı:21
Bu xəbər 25 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















