“ASAN xidmət” mərkəzlərinin yaradılması da bu islahatların mühüm tərkib hissəsidir ŞƏRH EDİLDİ
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ASAN Xidmət bu gün uğurla fəaliyyət göstərən və dövlətə mühüm töhfələr verən nümunəvi bir qurumdur. Azərbaycan bu sahədə özünəməxsus model yaradaraq beynəlxalq təcrübəyə də töhfə verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatlar xüsusi əhəmiyyət daşıyır:
"“ASAN xidmət” mərkəzlərinin yaradılması da bu islahatların mühüm tərkib hissəsidir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid, əlaqələndirilmiş və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının vətəndaşlara münasibətində vətəndaş məmnunluğuna əsaslanan yeni yanaşmanın formalaşmasına, dövlət qulluqçusu–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir.
Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri üzərində qurulmuşdur. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında əsas məqsəd vətəndaşların vaxt və əlavə xərclərinin azaldılması, etik qaydalara və nəzakətli davranış normalarına riayət olunması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət qurumlarına etimadın gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə edilməsi və bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 29 Dekabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















