“ASAN Xidmət”də 4 yaşlı uşaq yıxılaraq öldü Yenilənib
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün səhər saatlarında Şəki “ASAN Xidmət”də bədbəxt hadisə baş verib.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, 4 yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.
Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində 2021-ci il təvəllüdlü azyaşlı qız ailə üzvləri tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Həkim briqadası tərəfindən dərhal müayinə aparılıb və bioloji ölüm halı təsdiqlənib.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 29 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















