Icma.az
close
up
RU
ASCO məhdudiyyətsiz üzmə imkanlarına malik növbəti iritutumlu gəmisini istismara verib

ASCO məhdudiyyətsiz üzmə imkanlarına malik növbəti iritutumlu gəmisini istismara verib

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) “Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin istismarında olan məhdudiyyətsiz üzmə imkanlarına malik “Aframax” tipli növbəti tankeri donanmasına daxil edib.

"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, tankerin təhvil-təslimi ilə bağlı ASCO və “Capital Maritime and Trading Corp” şirkətinin nümayəndələri arasında müvafiq sənədlər imzalanıb:

Yeni qəbul edilən tankerin yükgötürmə qabiliyyəti (dedveyti) 115,500 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,2 metrdir. Sürəti 16 uzelə çatan gəmi neft və neft məhsullarının təhlükəsiz və səmərəli daşınmasını təmin etmək üçün ən son standartlara uyğun tikilib. Tanker ekoloji baxımdan beynəlxalq tələblərə cavab verir, yanacaq sərfiyyatında qənaətcildir və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilib".

Bildirilib ki, 100 % ASCO-ya məxsus olan bu “Aframax” tipli tankerin alınması layihəsi Səhmdar Cəmiyyətin mənfəəti, şirkətin yerli bazarda buraxdığı istiqrazlardan əldə olunmuş vəsait və yerli banklardan cəlb edilmiş kredit hesabına maliyyələşdirilib.

Qeyd edək ki, bu gəmi müqavilə əsasında 3 illik müddətə Braziliyanın milli neft-qaz şirkəti olan “Petrobras”a taym-çarterə verilib. Beləliklə, onun həmin dövrdə istismarı təmin edilib.

Təhvil-təslimdən sonra tanker ilk yükünü Braziliyadan Sinqapur və Malayziyaya çatdırıb. Yaxın günlərdə onun Malayziyadan Səudiyyə Ərəbistanına doğru növbəti səfəri planlaşdırılır.

Əlavə edək ki, 2023-cü ildən indiyədək beynəlxalq sularda 5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən 4-ü ASCO və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılan Birgə Müəssisə tərəfindən alınıb.

Xəzərdənkənar hövzələrdə fəaliyyətin genişləndirilməsi və bununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyə kənardan daxilolmalara töhfə verilməsi ASCO-nun əsas hədəflərindən biridir və bu istiqamətdə fəaliyyət növbəti dövrlərdə də davam etdiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 09 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri