Aşıq Telli Borçalı sənətdən gedib? (AÇIQLAMA)
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aşıq Telli Borçalı mərhum qardaşının ölümündən sonra tədbirlərdə görünmür. Onun efirlərdən uzaq düşməsi bəzi dedi-qodulara səbəb olub.
Sosial şəbəkələrdə gəzən informasiyaya görə, Telli Borçalı sənətdən ayrılıb. Xanım aşığın bundan sonra səhnəyə çıxmayacağı deyilir.
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Qaynarinfo-ya açıqlamasında Aşıq Tellinin səhnədən uzaqlaşması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib:
"Məhərrəmlik ayıdır, həm də yaydır. Hamı istirahətdədir. Mən heç vaxt imkan vermərəm ki, Telli xanım sənətdən getsin. Birlik niyə belə aşığı itirməlidir? Bizim tədbirlərimizə qatılır. Təkcə Telli xanım deyil, bu saat ortada heç bir aşıq yoxdur".
Qeyd edək ki, bir müddət öncə Aşıq Tellinin qardaşı Ataxan Qurbanov dünyasını dəyişib.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Avqust 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















