Icma.az
close
up
RU
“Asiya NATOsu” müzakirəyə çıxarılır

“Asiya NATOsu” müzakirəyə çıxarılır

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İdeya yaxın gələcəkdə reallaşa bilərmi?

Yaponiyanın yeni Baş naziri Siqeru İsibanın sədrlik etdiyi hakim Liberal Demokrat Partiyası onun tərəfdarı olduğu ideyanı - “Asiya NATO-su”nun yaradılması perspektivlərini gələn həftə müzakirəyə çıxaracaq. “Kyodo” agentliyinin məlumatına görə, müvafiq ideyanın müzakirəsi üçün partiya daxilində yeni struktur yaradılacaq.

İdeya müəllifi...

Xatırladaq ki, 67 yaşlı Siqeru İsiba bu ilin oktyabrında Baş nazir seçilib. O, bu yüksək posta qədər bir sıra yüksək vəzifələrdə çalışıb. Belə ki, 2002-ci ildən 2004-cü ilədək Yaponiya Müdafiə Agentliyinin baş direktoru, 2007-ci ildən 2008-ci ilədək müdafiə naziri, 2008-ci ildən 2009-cu ilədək kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri vəzifələrində işləyib. 2012-ci ildə LDP-nin baş katibi, 2014-cü ildən 2016-cı ilədək yerli iqtisadi dirçəliş və əhalinin azalması ilə mübarizə məsələləri üzrə nazir vəzifəsini tutub.

Yeni Baş nazir hələ seçkiqabağı açıqlamalarında ölkəsini yüksək inflyasiya zonasından çıxaracağına söz verib. O, bərpa olunan enerji hesabına nüvə enerjisindən asılılığı azaltmağın tərəfdarıdır. Tokionun Vaşinqtonla müttəfiqliyinin möhkəmləndirilməsinin vacibliyini bildirən Siqeru İsiba regional təhdidlərə cavab olaraq NATO-nun Asiya versiyasını yaratmağı təklif edib. Siqeru İsiba Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin, regionda “Asiya NATO-su” və kollektiv təhlükəsizlik sisteminin qurulmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin Hudson İnstitutu üçün yazdığı məqalədə ABŞ-ın nüvə raketlərinin Asiya regionunda yerləşdirilməsini və həmin silahlara “birgə sahiblik” perspektivinin müzakirə olunmasını təklif edib.

Rəqiblər fəallaşır - Tokio narahatdır

Bəs Yaponiya Baş nazirinin belə ideya irəli sürməsinə səbəb nədir? Nəzərə alaq ki, son zamanlar Rusiya, Şimali Koreya və Çin Xalq Respublikası hərbi əməkdaşlığı genişləndirir. Rusiya Prezidentinin Çinə, ardından isə Koreya Xalq Demokratik Respublikasına etdiyi səfərlər ABŞ və müttəfiqlərində narahatlıq yaradıb. Bu kimi səfərlər ən azından “real sərhəd”i müəyyənləşdirir - Rusiyanın üzünü şərqə və cənuba çevirməsinin ardında dayanan səbəblər kifayət qədərdir. İlk növbədə Çin hazırda dünyanın aparıcı iqtisadi-hərbi güclərindən biri sayılır, KXDR isə ABŞ ilə real düşmən mövqeyindədir.

Şimali Koreyadan müharibə xəbərdarlığı

Təsadüfi deyil ki, bugünlərdə Şimali Koreya Müdafiə Nazirliyi ABŞ-ın Koreya yarımadasındakı davranışlarının müharibəyə səbəb ola biləcəyini bəyan edib. “Bu gün hərbi-siyasi vəziyyət ABŞ-ın dövlətimizə qarşı hər an real müharibəyə çevrilə biləcəyini proqnozlaşdırır”, - deyə nazirliyin rəsmisi Koreya Respublikası və Yaponiyanın iştirak etdiyi “Freedom Edge” təlimlərini, “Kolumbiya” sualtı gəmisinin Pusana səfərini və RC-135S kəşfiyyat təyyarəsinin uçuşunu xatırladıb. “Biz qəti şəkildə xəbərdarlıq edir və tələb edirik ki, ABŞ və onun peykləri Koreya yarımadasında və onun ətrafında əsl silahlı münaqişəyə gətirib çıxara biləcək növbəti təxribatçı hərəkətlərini dərhal dayandırsın”, - deyə Şimali Koreyanın Müdafiə Nazirliyinin mətbuat katibi bəyan edib.

Müdafiə Nazirliyinin rəsmisi özünümüdafiə və təhlükəsizlik tədbirlərinin görülməsinin, regionda qüvvələr bərabərliyinin təmin edilməsinin Şimali Koreya silahlı qüvvələrinin konstitusion vəzifəsi olduğunu bildirib: “Koreya Xalq Ordusu ABŞ və müttəfiqlərinin hərbi hərəkətlərini yaxından izləyir və tam döyüş hazırlığını saxlamaqla hər hansı bir ehtimalı istisna etmir, lazım gələrsə, təhlükənin qarşısını almaq, hərbi və strateji məqsədə nail olmaq üçün dərhal tədbirlər görəcək”.

Belə bir şəraitdə Yaponiya hökuməti hərbi-sənaye kompleksinin keyfiyyətcə inkişafı və silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlamağa başlayıb. Bu barədə “Kyodo” agentliyinin yaydığı  məlumata görə, hərbi texnikanın xaricə tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyatın bu sektorunun biznes, o cümlədən kiçik və orta sahibkarlar üçün cəlbediciliyini artırmaq məqsədi daşıyır. Yeni strategiyanı əks etdirən sənədlərin 2025-ci ildə dərc olunması gözlənilir.

Hindistan qoşulmayacaq...

Xatırladaq ki, Yaponiyada uzun müddətdir silah ixracına faktiki qadağa qoyulmuşdu. Bu da ölkənin özünümüdafiə qüvvələrini hərbi-sənaye kompleksinin yeganə müştərisinə çevirmişdi. Bu, müvafiq bazarın həcmini və cəlbediciliyini kəskin şəkildə məhdudlaşdırır və bir çox şirkətlərin oradan uzaqlaşmasına səbəb olurdu.

Bütün bunlara rəğmən ABŞ və Yaponiyanın müttəfiqləri yeni ittifaqın- “Asiya NATO-su”nun perspektivlərinə şübhə ilə yanaşırlar. Məsələn, Hindistanın xarici işlər naziri Jaişankar Yeni Dehlinin Yaponiyanın yeni Baş nazirinin mövqeyi ilə razılaşmadığını söyləyib və Hindistanın ittifaqlara qoşulmadığını vurğulayıb. Belə bir şəraitdə, “Asiya NATO-su”nun yaxın perspektivdə yaradılması real görünmür.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri