Icma.az
close
up
RU
Asiyalı TƏRƏFDAŞ: Dostluq və qardaşlıq NÜMUNƏSİ

Asiyalı TƏRƏFDAŞ: Dostluq və qardaşlıq NÜMUNƏSİ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Cənubi Qafqaz və Mərkəzi Asiyanın bu lider ölkələri arasında strateji münasibətləri yeni müstəviyə keçirəcək. Dövlət başçısının səfər ərəfəsində Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibənin tezislərindən də anlaşılır ki, Bakı və Astana son illər yaranmış müsbət dinamikanı qorumaq və yeni əməkdaşlıq istiqamətləri ilə bir qədər də zənginləşdirmək niyyətindədir.
İlk növbədə, iki ölkə liderinin şəxsi dostluq münasibətləri, ikincisi, Qazaxıstanın Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakı, eləcə də ortaq mədəniyyətə və ortaq tarixi köklərə malik xalqlarımız arasında mədəni əlaqələrin dərinləşməsi Azərbaycan-Qazaxıstan tərəfdaşlığını şərtləndirən əsas amillər kimi çıxış edir.
Qarşılıqlı dəstək və birgə fəaliyyət
 

Azərbaycan və Qazaxıstan arasında indiki əlaqələri xarakterinə görə bir neçə istiqamətə ayırmaq olar. Əvvəla, postsovet məkanını təmsil edən ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx təmaslara sahibdir.


Qazaxıstan həm BMT, həm İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın təşəbbüslərinə davamlı dəstək verir, eynilə də, rəsmi Bakı hər zaman Asiya üzrə tərəfdaşımızın qaldırdığı məsələlərdə konstruktiv mövqe ortaya qoyur.
Bundan başqa, iki ölkə bir sıra regional təşkilatlar çərçivəsində də fəal siyasət yürüdür. Məsələn, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri çərçivəsində Bakı və Astana səmərəli əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatının son Qəbələ zirvə görüşündə Prezident İlham Əliyevin gələn il Bakıda TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü artıq Azərbaycan və Qazaxıstan üçün daha bir müstəvidə - hərbi-texniki sahədə də əməkdaşlıq perspekivləri açır.
Əmtəə dövriyyəsində yüksək dinamika
Hazırda Bakı və Astana iqtisadi təmaslar hesabına iqtisadi hədəflərin reallaşmasında xüsusi aktivlik nümayiş etdirir. Prezidentin dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası Şuranın 2-ci iclasının təşkili də məhz iqtisadi portfelə daxil məsələlərin həllinin gündəlikdə durduğunu göstərir. Şura çərçivəsində veriləcək qərarlar Azərbaycan-Qazaxıstan münasibətlərini yeni səviyyəyə qaldırmaqda əhəmiyyətli rol oynayacaq. Ölkələrimiz arasında ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası yaradılıb: 170-ə yaxın sənəd hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri qurulub.
Bu il Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illiyi tamam olur. Müqavilə ikitərəfli əməkdaşlığın müxtəlif sektorlarda inkişafının etibarlı təməli sayılır.
Statistikaya görə, bu gün
-Azərbaycanda Qazaxıstan kapitalı ilə işləyən 250-yə yaxın kommersiya strukturu var;
-2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar;
-2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çox olmaqla, 547 milyon dollar təşkil edib;
-Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara;
-Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb.
 

Onu da əlavə edək ki, əmtəə dövriyyəsinin artımında Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi faktları özünəməxsus rol oynayır. Müşahidələr göstərir ki, Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığı da möhkəmlənir.


Tərəflər investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradırlar. Deməli, Bakı və Astana uzunmüddətli tərəfdaşlıqda və davamlı inkişafda qarşılıqlı olaraq maraqlıdır. Çünki, bu, dost dövlətlərə iqtisadi potensiallarını tam şəkildə ortaya qoymaq imkanı verir.
Orta Dəhliz – Avropa və Asiya arasında həlledici həlqə
Azərbaycan və Qazaxıstan üçün çağdaş dövrün iqtisadi drayverlərindən biri Orta Dəhliz layihəsi, daha doğrusu, Asiya və Avropa arasında strateji nəqliyyat bağlantısının işlək mexanizmə çevrilməsidir. Prezident İlham Əliyevin TDT-nin Qəbələ sammitində Orta Dəhlizin perspektivləri ilə bağlı dedikləri xüsusi diqqət çəkir.
“2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”.
 

Proqnozlara görə, Orta Dəhlizin ötürücülük qabiliyyəti 2030-cu ilə qədər 3 dəfə artacaq. Həm Azərbaycan, həm də Qazaxıstan bu prosesə logistik imkanları ilə dəstək verməyə hazır olduqlarını bildirir.


Məsələn, Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastruktur modernləşdirilir, qatarların yenilənməsi isə marşrutun Avropa ilə Asiya arasında əsas tranzit xətti kimi mövqeyini möhkəmləndirir. Bakı-Qars xəttinin yükdaşıma imkanlarının 1 milyon tondan 5 milyon tona çatdırılması, eləcə də, Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı atılan addımlar da məhz bu məqsədlərə xidmət edəcək.
Azərbaycan və Qazaxıstanın hərtərəfli əməkdaşlığı qarşıdakı dövrdə nəqliyyat və enerji sahələri ilə bağlı daha bir neçə meqa-layihənin həyata keçirilməsini şərtləndirəcək ki, bu da həm tranzit daşımalara, həm də enerji nəqlinə birbaşa təsirini göstərəcək. Bəzi rəqəmlər sözügedən hədəflərə çatmaq üçün geniş perspektivlər olduğunu təsdiqləyir. Məsələn,
-2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub;
-İki ölkə arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətləri çəkilir;
-Neft-qaz sektorunda Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb;
-2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.
Beləliklə, nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət sayılmalıdır.
 

İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi isə daşımaların həcminin artırılmasının əsas qarantı rolunda çıxış edir. Lakin bu da son deyil. Prezidentin “Kazinform” agentliyinə müsahibəsindən o da bəlli olur ki, Bakı və Astana digər tərəfdaşlarla birgə yeni dövrün enerjisi – yaşıl enerji sektorunda da faydalı əməkdaşlıq qurub və yaxın gələcək üçün prioritetləri müəyyənləşdiriblər.


Belə ki, 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumların imzalanması sözügedən 3 ölkənin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə sadiq olduqlarını tam təsdiqləyir.
Ortaq mədəniyyətin gətirdiyi sıx bağlılıq
Bakı və Astana əməkdaşlığı çoxşaxəli xarakter almaqdadır və bu əməkdaşlıqda parlamentlərarası təmasların da özünəməxsus yeri var. Türk Dövlətləri Təşkilatı Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rol oynayan dəyərli platformadır. Hazırda gündəlikdə duran tək Azərbaycan və qazax xalqları arasında mədəni mübadilənin təşviqi deyil. Mədəni inteqrasiyanın bütün TDT dünyasını əhatə etməsi prioritet hədəflər sırasındadır.
Görünən odur ki, mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşımağa başlayır.
Məsələn, Beynəlxalq Türk Akademiyasının uğurlu fəaliyyəti, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq, nəhayət, gələn il Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə növbəti tədbirin keçirilməsi təşəbbüsü Azərbaycan və Qazaxıstan da daxil olmaqla türk xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsində tarixi rol oynayacaq.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri