ASK: Sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı 7 faizdən çox artıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 25 aprel, AZƏRTAC
Cari ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sədri Məmməd Musayev “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 212 mindən çox hüquqi şəxs statusuna malik sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da əvvəlki illə müqayisədə 7,1 faiz çoxdur.
"Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti sürətlə inkişaf edir. Sahibkarların qarşılaşdığı problemlərin çevik həlli üçün yaradılmış əsas mexanizmlərdən biri Əməkdaşlıq Şuralarıdır. Bu mexanizm dövlət-özəl dialoqunun ən effektiv platformalarından biri hesab olunur”, - deyə M.Musayev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















