“Astana formatı tarixə qovuşdu” “Bu dəfə az qala Türkiyəyə yalvarırdılar...” AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
"Türkiyə, Rusiya və İranın Suriya münaqişəsiylə əlaqədar 2017-ci ildə təsis etdikləri Astana formatı tarixə qovuşdu".
"AzPolitika" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"3 ölkənin xarici işlər nazirinin Astana formatındakı son görüşü dekabrın 7-də Qətərin paytaxtı Dohada keçirildi", - ekspert xatırladır. Politoloq görüşün əslində mənasız toplantı olduğunu deyir: "Çünki görüş keçirilərkən Suriyanın silahlı qrupları paytaxt Dəməşqə yaxınlaşmışdılar və Bəşər Əsəd rejiminin yıxılacağı bəlliydi. Moskva və Tehranın onu xilas edə bilməyəcəyi müəyyənləşmişdi. Vaxtilə Türkiyənin Suriyadakı haqlı maraqlarını nəzərə almayan Tehran və Moskva bu dəfə az qala Ankaraya yalvarırdılar ki, “silahlı qrupların hücumunu dayandırın”. Ancaq artıq gec idi. Ankara diplomatik etiket naminə Moskva və Tehranın “Dohada görüşək” təklifinə “yox” demədi".
E.Şahinoğlunun sözlərinə görə, Astana formatı həm də ona görə tarixə qovuşur ki, 3 dövlətdən ikisi – Rusiya və İran Bəşər Əsədin yanında, Türkiyədən fərqli olaraq Suriyada islahatların aparılması zərurətinin əleyhinə oldular.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 10 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















