BMU komandalarının startapları Astanada təqdim olunub FOTO
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “TikTok”un birgə təlim proqramı olan “TikTok Startup Academy”ə seçilən Bakı Mühəndislik Universitetinin (BMU) məzun və tələbələrinin startapları Astanada təqdim olunub.
"Unikal" xəbər verir ki, BMU-nun “Proseslərin avtomotlaşdırılması” ixtisasının məzunu Niyyət Rzayevin layihə rəhbəri olduğu “A4TB” (All for the Best) komandası və “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbəsi Altun Tarverdiyevin layihə rəhbəri olduğu “Ferma AI” komandasının hazırladığı startaplar “TikTok Startup Academy” iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Ferma AI” “Agriculture” sahəsində problemlərin həllini bacaran süni intellekt layihəsidir. “A4TB” layihəsi isə AI əsaslı interaktiv xəritə, Route Optimization və Bonus sistemini özündə ehtiva edir. Bu layihə insanlar üçün “Scooter” və elektrikli nəqliyyat vasitələrinə yeni texnologiyalar əsasında əlçatanlıq yaradır.
Komandalar təlimin final mərhələsi çərçivəsində, həmçinin "TikTok" platforması üçün marketinq bacarıqlarını təkmilləşdirən və ingilis dilində keçirilən vörkşoplara qatılıb, marketinq strategiyalarını nümayiş etdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















