Icma.az
close
up
RU
Astaralı “canlı xəritə” 7 yaşında 190 ölkəni tanıyır

Astaralı “canlı xəritə” 7 yaşında 190 ölkəni tanıyır

Icma.az, Azertag saytına istinadən bildirir.

Astara, 8 may, AZƏRTAC

Astaranın Şahağacı kəndindən olan 7 yaşlı Səid Fərzəlizadə öz qeyri-adi bacarığı ilə hər kəsi heyrətləndirir. Onun böyük kəşflər dünyasına gedən yolu sadə bir xəritə ilə başlayıb. Hazırda dünyanın siyasi və fiziki xəritəsini əzbər bilən balaca Səid coğrafi bilikləri ilə öz yaşıdlarını xeyli qabaqlayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1-ci sinif şagirdi olan Səid artıq yuxarı siniflərdə tədris olunan coğrafiya mövzularını mənimsəyib. O, dünya ölkələrinin paytaxtlarını, bayraqlarını, əhalisinin sayını, həmçinin materik və okeanlarla bağlı geniş məlumatları demək olar ki, əzbər bilir. Səidin yaddaşı, öyrənmək həvəsi və araşdırma qabiliyyəti onu yaşıdlarından fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Səidin bu gün nümayiş etdirdiyi bacarıqların arxasında böyük bir mübarizə dayanır. Belə ki, o, iki yaş yarımına qədər ciddi nitq məhdudiyyəti yaşayıb. Valideynləri ona “psixi nitq inkişafının ləngiməsi” diaqnozu qoyulduqdan sonra paytaxtdakı ixtisaslaşmış mütəxəssislərə müraciət ediblər. Loqoped və psixoloqların sistemli dəstəyi nəticəsində Səidin nitqi tədricən bərpa olunub. Bu uğurlu reabilitasiya prosesi onun həyatında mühüm dönüş nöqtəsinə çevrilərək, gələcək kəşfləri üçün yeni bir mərhələnin təməlini qoyub.

Onun bu maraqlı səyahəti babası Məhərrəm Baxşıyevin zirzəmisində toz basmış köhnə bir xəritə ilə başlayıb. Məhərrəm kişi deyir ki, bir gün təsadüfən həmin xəritəni görən balaca Səid maraqla soruşub: “Baba, bu nədir?”. Babası ona bu kağız parçasında bütün dünyanın – uca dağların, nəhəng materiklərin və uzaq ölkələrin yerləşdiyini izah edib. Səidin cavabı isə qəti və heyrətamiz olub: “Mən bunların hamısını öyrənmək istəyirəm!”. Elə həmin andan etibarən o köhnə xəritə Səid üçün böyük dünyaya açılan sehirli bir qapıya çevrilib”.

Hətta Bakıya gedəndə də ağlı-fikri o xəritədə qalıbmış. Babasına zəng edib xəritənin yerində olub-olmadığını dəfələrlə dəqiqləşdirən Səid kəndə qayıdan kimi dərslərə başlamaq istəyini dilə gətirib. Babasının köməkliyi ilə hər gün beş ölkə haqqında məlumatlar toplayıb. Bu qısa müddətdə balaca Səid ölkələrin coğrafi yerləşməsindən tutmuş paytaxtlarına, okeanlardan dənizlərə qədər ən çətin məlumatları yaddaşına köçürə bilib.

Məhz babasının köməyi ilə Səidin coğrafiyaya marağı sürətlə inkişaf edib. O, bu gün artıq dünyanın 190-dan çox ölkəsi haqqında geniş məlumata sahibdir.

Anası Lalə Baxşıyeva deyir ki, Səid çox araşdırmaçı və öyrənməyə həvəsli uşaqdır. Riyaziyyat, Azərbaycan dili, ingilis dili – hansı sahə olursa olsun, daim yeni biliklər əldə etməyə çalışır. Məktəbdə də fərqlənən xüsusiyyətlərindən biri çox sual verməsidir. Müəllimləri bildirirlər ki, Səid tez-tez maraqlı suallar verir. Onlar da Səidin marağını nəzərə alaraq bütün suallarını səbirlə cavablandırırlar.

Səid Fərzəlizadə bildirir ki, babası onun üçün üç müxtəlif xəritə alıb. Bunlardan biri siyasi xəritə, digəri fiziki xəritə, üçüncüsü isə Azərbaycanın xəritəsi olub. Onun sözlərinə görə, babası ona həmin xəritələrin hamısını öyrədib. Bildirir ki, bu məşğələlər yaddaşının daha da güclənməsinə kömək edib. Hazırda dünyanın bütün ölkələrinin bayraqlarını, paytaxtlarını və dövlət dillərinin adını bildiyini söyləyir.

Bu balacanın maraqları təkcə coğrafiya ilə bitmir. O, riyaziyyata da böyük həvəs göstərir. Ailəsi isə onun istedad və bacarıqlarını düzgün istiqamətdə inkişaf etdirmək üçün çalışır. Valideynləri bildirirlər ki, Səidin gələcəkdə hansı sahəni seçməsindən asılı olmayaraq, ona hər zaman dəstək olacaqlar və seçimində yanında dayanacaqlar.

Müxbir - İlkin Adıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri