Astrofizik süni intellektin heç vaxt edə bilməyəcəyi şeyi açıqladı
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Süni intellektin (Al) yaxın zamanda insanları demək olar ki, bütün sahələrdə əvəz edəcəyi barədə müzakirələr artsa da, elmi dairələrdə bu iddialara daha ehtiyatlı yanaşılır.
Ölkə.az xəbər verir ki, "Forbes" üçün yazdığı köşə yazısında Roçester Universitetinin fizika və astronomiya professoru Adam Frank bildirib ki, o, süni intellektin imkanlarından dərin şəkildə təsirlənsə də, bunun yalnız bir alət olduğunu düşünür.
"Nəinki kiçik bir hissəsi belə insanı unikal edən xüsusiyyətləri təkrarlaya biləcək "daxildə" heç kim yoxdur", deyə astrofizik qeyd edib.
Alim fikrini izah etmək üçün Yaponiyanın "Atarashii Gakko!” adlı musiqi qrupunu nümunə göstərib. Onun sözlərinə görə, dörd məktəbli obrazında çıxış edən bu qrup punk-rokdan hip-hopa və cazadək müxtəlif üslubları birləşdirir və unikal səhnə performansı nümayiş etdirir. Frankın fikrincə, məhz bu cür yaradıcı yanaşma onları fərqləndirir və süni intellekt belə bir ideyanı müstəqil şəkildə yarada bilməz:
"Siz sevdiyiniz Al-a belə deyə bilərsiniz: "Mənə Yapon məktəbli formalarında dörd qızın punk-rok ifa etdiyi, eyni zamanda həm qorxulu, həm də şirin görünən bir video yarat". Amma məsələ bundadır ki, bu qəribə ideyanı düşünmək üçün əvvəlcə siz insan kimi bunu təsəvvür etməlisiniz. Üstəlik, Al-ın bunun yarısına belə yaxın bir nəticə yarada biləcəyinə şübhə edirəm", deyə o bildirib.
Alim əlavə edib ki, süni intellekt insan yaradıcılığı üçün yeni imkanlar açsa da və bu, həm həyəcanverici, həm də narahatedici nəticələr doğursa da, onun inkişafı həddindən artıq "məhsuldarlıq” naminə tətbiq olunur.
"Bir şey aydındır: insan yaradıcılığı sərhədləri aşır və süni intellekt bunu təkbaşına heç vaxt təkrarlaya bilməyəcək”, deyə Adam Frank vurğulayıb.(qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 20 May 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















