Icma.az
close
up
RU
Astronomlar qrupu Marsın səthindəki zolaqların su axını ilə əlaqəli olmadığı qənaətinə gəlib

Astronomlar qrupu Marsın səthindəki zolaqların su axını ilə əlaqəli olmadığı qənaətinə gəlib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 may, AZƏRTAC

1970-ci illərdə NASA-nın “Vikinq” kosmik gəmisi tərəfindən Yerə göndərilən şəkillər Marsın quraq mənzərələri boyunca uzanan bəzi qeyri-adi zolaqları aşkar etmişdi. Bundan sonra alimlər qrupu Qırmızı planetdə axan suyun olması versiyasını irəli sürmüşdü. Bəzən minlərlə fut uzunluğunda olan zolaqlar daha tünd olur, əsasən monoton, ətrafdakı təpələrlə ziddiyyət təşkil edirdi, sanki kimsə dağlıq qum parçasına nəhəng bir qabdan su tökmüş kimi görünürdü. Ancaq onilliklər sonra əldə edilən çoxlu sayda yeni məlumat həmin ehtimalın yanlış olduğunu göstərib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Nature Communications” jurnalında dərc edilən yeni məqalədə astronomlar qrupu zolaqların axan su ilə heç bir əlaqəsi olmadığı qənaətinə gəlib. Alimlər indi Qırmızı planetini səthindəki zolaqların quraqlıq şəraitində formalaşması versiyasına üstünlük verirlər. Bu məsələdə Marsın qlobal xəritəsinin tərtibi mühüm rol oynayıb. Bern Universitetinin tədqiqatçısı Valentin Bikel deyib: “Biz bu qlobal xəritəyə sahib olduqdan sonra onu temperatur, küləyin sürəti, nəmlənmə, qaya sürüşməsi aktivliyi və digər amillər kimi məlumatlar bazası və kataloqları ilə müqayisə edə bildik. Sonra bu xüsusiyyətlərin əmələ gəldiyi şərtləri daha yaxşı başa düşmək üçün yüz minlərlə iş üzrə korrelyasiya axtarmalı olduq”.

Tədqiqatçılar bu zolaqların maye su və ya şaxta ilə əlaqəli digər amillərlə, məsələn, yamacın istiqaməti, səthin temperaturu və ya rütubət səviyyəsi ilə əlaqəli olmadığını aşkar ediblər. Məlumata görə, onlar zolaqların küləyin yüksək sürəti və çoxlu toz yığılması olan ərazilər nəticəsində əmələ gəlmə ehtimalının daha yüksək olduğu qənaətinə gəliblər. Astronomlar bildiriblər ki, həmin zolaqlar incə toz təbəqələrinin qəflətən dik yamaclardan aşağı sürüşməsi, meteoritlərin və Mars zəlzələlərinin yaratdığı şok dalğalar nəticəsində meydana gəlib. Başqa sözlə, müəyyən optimizmə baxmayaraq, Qırmızı planetin bu hissəsi yaşamaq üçün əlverişli yer deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see229

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see200

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see135

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri