Icma.az
close
up
RU
Aşura günü bu üç hərəkət qadağandır? Azər Sanidən açıqlama

Aşura günü bu üç hərəkət qadağandır? Azər Sanidən açıqlama

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Aşura günü ilə bağlı hər il müxtəlif dini və ictimai müzakirələr aparılır. Xüsusilə də bəzi insanlar bu gün səhər saatlarından günortayadək ev təmizləməyin, çimməyin, hətta sabundan istifadə etməyin düzgün olmadığını iddia edirlər. Bu qadağaların bir qismi dini ənənə kimi təqdim edilsə də, onların hansı mənbəyə əsaslandığı barədə aydın izah verilmir.

Bəs Aşura günü doğrudanmı çimmək, evi təmizləmək və ya sabundan istifadə etmək olmaz? Bu inancların dini əsası varmı, yoxsa sonradan formalaşmış xalq adətləridir?

Globalinfo.az-a danışan ilahiyyatçı Azər Sani deyib ki, Aşura günü sabunla əl yumağın, çimməyin və ya təmizlik işləri görməyin qadağan olması ilə bağlı dini baxımdan etibarlı bir hökm yoxdur:

"Belə bir qadağa şəriətdə mövcud deyil. Keçmişdə bəzi nənə və babalarımız ehtiram əlaməti olaraq günorta namazına qədər dişlərini yumaz, ətir vurmaz və bəzi şəxsi təmizlik işlərini təxirə salardılar. Bu, yalnız İmam Hüseyn və Əhli-beyt şəhidlərinin müsibətinə hörmət və hüzn ifadəsi idi. Yəni bu, insanların öz sevgisini və ehtiramını nümayiş etdirməsinin bir forması idi”.

Azər Sani bildirib ki, Aşura günü əl yumaqda qəbahət yoxdur:
"Necə ki, insan ən əzizini itirdiyi gün bəzən gündəlik rahatlığı və şəxsi qayğıları düşünmür, onlar da bu hisslərini bu cür ifadə edirdilər. Lakin bu, dini hökm deyil, zamanla formalaşmış bir adətdir. Buna görə də Aşura günü əlini yuyan, sabundan istifadə edən, çimən və ya digər təmizlik işlərini görən şəxs haram iş görmüş sayılmır və bunun günah olduğuna dair şəri dəlil yoxdur”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 İyun 2026 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri