Icma.az
close
up
RU
At ətini dana əti adı ilə satırlar İstehlakçılara XƏBƏRDARLIQ

At ətini dana əti adı ilə satırlar İstehlakçılara XƏBƏRDARLIQ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Eyyub Hüseynov: “Ətin rənginə və qoxusuna diqqət edin. Qiymə şəklində satılan ətdə saxtakarlığı aşkar etmək çətindir”

7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib. Onun sölərinə görə, bu yoxlamalar zamanı 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb. Yararsız ətlər dövriyyədən kənarlaşdırılıb. 

AQTA sədrinin bu açıqlaması “at əti yeyilə bilərmi?” sualını yenə gündəmə gətirib. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, məsələ hansısa restoranda at ətindən yemık hazırlanmasında deyil, problem at və ya başqa hər hansı heyvanın ətinin dana, mal əti adı altında istehlakçıya təqdim olunmasıdır: 



- Bu o deməkdir ki, istehlakçı aldadılır. Əgər at ətini öz adıyla təqdim etsələr, bildirsələr ki, menyuda at ətindən hazırlanmış xörək var, kim arzu edirsə, hazırlayaq, təqdim edək, bu, başqa məsələ. Amma sahibkar at ətinə ölkəmizdə, əhali arasında tələbat olmadığını, əksəriyətin at ətindən imtina edəcəyini bildiyinə görə, onu başqa ad altında təqdim edirlər. İstehlakıçını aldadırlar, istehlakçı hüququnu pozurlar. 

E.Hüseynov bildirdi ki, at əti də qida üçün yararlıdır. Bu ətdən Orta və Uzaq Asiya ölkələrində geniş istifadə olunur: 

- Məlumdur ki, Türküstan, Monqulustan, Çində at əti yeyilir. Bu ölkələrdə at əti əsas qida məhsullarından hesab olunur. Amma Azərbaycan cəmiyyəti üçün at əti yaddır. Bizim milli mətbəximizdə at əti olmayıb. İndi də yoxdur. Hamımız islam dininə mənsubuq, türk əsilliyik, amma adətlərimizdə, mətbəximizdə fərqlər var. At əti açıq satışda olsa, bəlkə kimsə alacaq, istifadə edəcək. Amma açıq satışa çıxarılmır, inanmıram ki kimsə salam atı kəsib ətini satışa çıxarsın. Böyük ehtimalla xəstə, qocalmış atlar olur. Kim belə əti könüllü alar. Bunu bilən işbazlar, möhtəkirlər at ətini dana - mal əti adı altında restoranlara verirlər. Restoran sahibi olan şəxs illərdir bu sektordadırsa, dana ətini at ətindən fərqləndirməyi bacarmalıdır. Bəlkə də bilərəkdən ucuz və keyfyyətsiz ət alır, ona müxətlif ədviyyatlar qataraq dadını sün şəkildə dəyişir və müştəriyə təqdim edirlər. 

E.Hseynov qeyd etdi ki, saxta və ya mənşəyi məlum olmayan əti əsl mal ətindən ayırmaq üçün rənginə, piy qatına, lif quruluşu və qoxusuna iqqət edilməlidir: 

- Əsl mal əti parlaq qırmızı və ya açıq qırmızı rəngdə olur. Saxta ətlər isə mal ətinə nisbətən xeyli tünd, qonur və ya qaraciyərə bənzər tünd qırmızı rəngdə olur. Əsl mal ətinin üzərindəki piy qatı ağ və ya yüngül krem rəngində, bərk quruluşludur. Saxta ətlərdə isə piy sarımtıl, yumşaq, parlaq və yapışqanlı olur. Əsl mal ətində əzələ lifləri daha incə, yumşaq və nizamlı, saxta ətlərdə isə əzələ lifləri çox qalın, kobud və bərk olur. Mal əti özünəməxsus xoş, neytral çiy ət qoxusuna malikdir. At və ya eşşək əti isə şirintəhər və bir qədər acı qoxu verir. Bu qoxu xüsusilə ət bişirilən zaman köpüklənmə ilə birlikdə daha kəskin şəkildə üzə çıxır. Bir də, vətəndaşlarımız çalışsın ki əti qiymə, hazır çəkilmiş formada deyil, tikə, sümüklü halda alsınlar. Çəkilmiş ətdə fərqi ayırd etmək çətindir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri