Icma.az
close
up
RU
“Ata, qar nə vaxt yağacaq?” Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

“Ata, qar nə vaxt yağacaq?” Bakının qarsız qışı və cavabsız qalan ən ağır sual

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Qış gəldi. Yeni il qapının ağzındadır. Yenə səhərlər acıqlı görkəmlə işə tələsən, axşam yorğun-arğın evə qayıdan qara-qura insan siluetləri hər yerdə - nəqliyyat, metro, küçə və prospektlərdə - bikef görünür, soyuqla qaranlığın acı təsirindən büzüşürlər.

Ağır, dərdli fikirlərin qarşısıalınmaz təsirindən qamətlər əyilir, cizgilər dumana bürünür. Hər tərəf, hər kəs tünd-yorğun məcazlığa, qəmli-qüssəli ahəngə tabe olur. İnsan orqanizmi hər vəziyyətə öyrəşir, adaptasiya olunur. Həmçinin qışa, soyuğa və qaranlığa da.

Soyuq küləklər əsir, palto-plaşların qabağı bağlanır, kapişonlar başa çəkilir, üşüyən əllər ciblərdə gizlədilir. Yağışlı-yağmurlu küçələr, tünd kölgələr, işıqsız tinlər, qatı zülmətə bürünmüş məhəllələr. Səhər gec açılıb, gecə tez düşür. Hər yan darıxdırıcı və qüssəli görünür. Belə vaxtlarda ürəklər bəzən ümidsizliyə, düşüncələr bədbinliyə meyl edir. İnsanlar artıq gələcək haqqında deyil, xəstəlik, qocalıq, ölüm haqqında düşünürlər.

Dekabrın iyirmi biriylə qışın, soyuğun, şaxtanın gəlişini müjdələyən günlər mənim üçün həm də üfüqdə bərq vuran nikbinlik parıltısıdır. Çünki həmin an günlər asta templə, həzin-həzin uzanmağa doğru gedir, gecələr tədrici ardıcıllıqla qısalmağa başlayır.

Həmin gündən etibarən, Yer planeti Günəş ətrafında saniyədə 30 kilometr, saatda 107 kilometr sürətlə nəhəng yarım dövrəyə start verir, döngəni kəskin burulub üzü bahara, işığa, həyata doğru istiqamət götürür.

***

Bəli, dekabrın iyirmi birində qış fəsli rəsmən - de fakto və de-yure - ölkəmizə qədəm qoyur. Nə deyə bilərik? Belə xoş gəlib, səfa gətirib. Qədəmləri uğurlu olsun.

İqlim dünyanın hər yerində qlobal şəkildə dəyişir. İstiləşmə, ekoloji pisləşmə, coğrafi qütbləşmə, Xəzərin quruması, şirin suyun azalması - hər şey tənəzzülə doğru gedir. İndi şaxtalı günləri barmaqla sayılır, qarll günlər nəsli kəsilmiş qədimi heyvanlar kimi tamamilə unudulur. Belə günlərin birində səkkiz yaşlı qızım ən çətin sualı mənə ünvanlayır:

- Ata, qış gəldi, bəs qar nə vaxt yağacaq?

Mən susub udqunuram. Başqa bir sözlə, onun fikrini mövzudan yayındırmağa çalışıram. Amma o mənə nəfəs dərməyə imkan vermir, əlüstü ikinci sualı verir:

- Bəs əgər qar yağmasa, Şaxta baba gələcək?

Güllə kimi üzərimə yağdırılan çətin suallar qarışısında asudəlik tapıb belimi dikəltməyə çalışıram. O isə yorulmur, ardınca üçüncü sualı göndərir:

- Ata, heç bilirsən Şaxta baba nə yeyir?

Nə deyəcəyimi bilmirəm. Gözümü döyüb çiyinlərimi çəkirəm, o,isə özü öz sualını cavablandırır.

- Səhərlər buz sıyığı, günorta qar kotleti və aysberqdən hazırlanmış burger. Desertə də şaxtalı dondurma.

Burada pauza yaranır. Qəfildən sual növbəsinin mənə çatır:

- Yaxşı qızım, səhərlə günortanı bildik, bəs onda Şaxta Baba axşamlar nə yeyir?

Qaşlarını çatıb fikrə gedir. Aydındır ki, sual onu çətinə salıb. Düşünür, düşünür. Birdən cavabı tapınca gülür:

- Şaxta baba axşamlar yemək yemir. Pəhriz saxlayır ki, qarnı çıxmasın.

***

Bildiyiniz kimi son dövrlər qış fəsli Bakıda olduqca mülayim keçir. Şaxtalı, sazaqlı günlər, demək olar, gözə dəymir, ürəkdən tikan çıxarası qar yağmır. Əvvəllər şübhə ilə yanaşsam da, ekoloji tarazlığın pozulması, iqlimin qlobal istiləşməsiylə bağlı xəbərlərə indi get-gedə daha çox inanıram.

Düzdü, havaların soyuması, qarın yağması, küçələrin buz bağlaması ilə artan şəhər problemləri fonunda böyüklər bərk qayğılanır, narahat olurlar. Amma uşaqlar qar həsrətindədir axı? Onlar küçələrdə, həyətlərdə kirşəyə minib sürüşmək, qar adamı düzəltmək, bolluca əylənmək istəyirlər. Onlar qarın yağmasını səbirsizliklə gözləyir, əsl qış üçün darıxırlar.

Hər qış ərəfəsi təxminən dekabrın ortaları qızım cəld yanıma qaçır:

- Ata, bəs, görəsən, bu il qar nə vaxt yağacaq. Bəs biz nə vaxt məktəbin arxa həyətinə düşüb qar adamı düzəldəcəyik?.

Sonra düz gözlərimin içinə baxır, məndən düz-əməlli cavab gözləyir. Mən də hər dəfə ona, “Darıxma gözəl qızım, qış hələ qabaqdadır, Qar Kraliçası Bakıya da qar gətirəcək!?” - deyirəm.

- Ata, söz verirsən ki, qar yağacaq?

-Əlbəttə, söz verirəm. Qəti narahat olma.

Fikirləşirəm ki, əvvəlki illər olmasa da, bu il yəqin qar yağar və mən verdiyim sözü tutaram. İkimiz də həmin andan etibarən gözləməyə başlayırıq.

***

Bir gün oyanırıq. Görürük ki, gün həmin gündür. Televiziyalar, saytlar “havaların ifrat şəkildə kəskin” dəyişəcəyi ilə bağlı müxtəlif xəbərdarlıqlar edir, sinoptiklər hidrometeoroloji (adamın dili də dönmür) proqnozlarda qarın yağma ehtimalından dəm vururlar.

Biz şiddətli qarın lap indilərdə başlayacağı, hər tərəfi bəmbəyaz, həzin səssizliyə bürüyəcəyi intizara yetişirik. Fərəh hissi qəlbimi bürüyür, həyəcanlanıram.

Hətta həmin gecə qəribə yuxu da görürəm. Görürəm ki, soyuqdur. Lopa-narın qar dənəcikləri havada süzərək ağır-ağır fırlanır, tənbəlcə üzərimə ələnir. Mən qızımın əlindən tutub hündürdə yerləşən bəyaz təpəciyə tərəf boylanıram. Barmağımla təpəcəyi göstərib, - “Qızım, bax, görürsən nə qədər qar yağıb, gedək, orda sürüşək” - deyirəm. O sevinir, əl çalır. Qar isə dayanmır, azalmır, elə hey yağır. Hər yanı izsiz, ləpirsiz ağ örpəyə bürüyür.

Birdən, yuxunun şirin yerində bizim məqsədə çatdığımız anda qəribə hadisə baş verir. Yüksəkliyin zirvəsində Göygöz Kosa peyda olur. O, mənfur sehrli baxışı ilə bizi dayandırmağa çalışır. Əlindəki ucu əyri qorxunc çubuğu irəli uzadaraq: - “Gəlin-gəlin, indi sizin üçün elə cəhənnəm düzəldim ki!?” - deyir.

Külək şiddətlə hücum çəkir, ulayır, uğuldayır, çovğun göz açmağa imkan vermir, qar ağız-burnumuza dolur, şaxta qılınc kimi kəsir. Lakin biz inadla hündürlüyə sarı dırmanmağa davam edirik. Göygöz Kosa daha da qəzəblənir, ayaqlarını yerə döyərək qışqırır: - “Boran, tufan, cəhənnəm”. Onun kinli gülüşü zülmətə bürünmüş qorxunc dağlarda, qaranlıq yarğanlarda əks-səda verir.

Birdən mən qan-tər içində yuxudan ayılıram. Bayıra qulaq kəsilirəm. Külək hiddətlə vıyıldayıb eyvandakı dəmir vedrəni taqqıldadır. Cəld pəncərəyə yaxınlaşıb həyətə boylanıram.

Qorxunc, həyəcanverici proqnozlara rəğmən çöldə daha çox payızın ortalarında rast gəlinən, şəhər sakinləri üçün isə adidən adi, bir az yağmurlu, azacıq çirkinli hava şəraiti hökm sürür.

Paytaxt yenə də qarsız qalır…

"Mənimlə təklikdə qalmaq istəyirsən?.." - Brejnev haqqında lətifələr Rafiq Əzimov: "Dedi ki, bu, ermənini oynayır, ona görə əl çalırlar" - Müsahibə "Məni sevirlərsə, Nərimanı təhqir etməsinlər" - Sığınacaqdakı Əkbərlə müsahibə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri