Icma.az
close
up
RU
Atalar sözlərində səhv axtaran Səlim müəllim lər İmran Verdiyev yazır

Atalar sözlərində səhv axtaran Səlim müəllim lər İmran Verdiyev yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Atalar sözləri şifahi xalq ədəbiyyatının epik növünün ən qədim janrlarından biridir. Onlar əsrlərin sınağından çıxmışdır. Xalq mədəniyyətinin, zəkasının, həyat təcrübəsinin bədii ifadəsidir. Xalqın həyat təcrübəsini, mənəvi dəyərlərini və hikmət dolu düşüncələrini qısa ifadələrlə gələcək nəsillərə çatdıran müdrik deyimlərdir. Böyük bir hikmət xəzinəsidir, yaşam, həyat və davranış stereotipləri haqqında informasiya ilə dolu bir əxlaq kodeksidir. "Atalar sözü - elin gözü", "Atalar sözü - sözün düzü və söhbətin düzüdür". Günbəgün dəyişən dünyada, dəyişməyən qaydalardır. Xalq əzəl-başdan öz atalar sözlərini yazılmamış kitab ayələri kimi qavrayıb.

Təxminən 45-50 il bundan öncə bir kitabda (təəssüf ki, kitabın müəllifi və adı yadımda qalmayıb) belə bir ifadə oxumuşdum: "Səlim müəllim son vaxtlar kitablarda səhvlər tapmağa başlayıb". İndi də bəziləri Səlim müəllim kimi, sosial şəbəkələrdə, mətbuat səhifələrində və bəzi tədqiqat əsərlərində atalar sözlərinin "təftişini" aparır, "ataların" bəzi yanlışlıqlara yol verdiklərini göstər, "səhvlər" axtarırlar. Hətta "tapırlar da".  Məsələn, son illər "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər", "Şərikli malın olunca şərikli arvadın olsun", "Yol böyüyün, su kiçiyindir", "Eşşək nə bilir zəfəran nədir", "Düz düzdə qalar", "Tələsən təndirə düşər", "Bəlkəni əkiblər bitməyib" və digər bu qəbildən olan onlarla atalar sözlərinin təhrif və ya səhv olduğu, fikri çaşdırıb yanlış səmtə yönəltdiyi iddia edilir.

Açığı, maraqlı prosesdir. Amma təəssüf doğuran odur ki, bu iddialar irəli sürülən zaman hərə öz arşınını işə salır, ancaq öz mülahizələrini doğru hesab edir, demək olar ki, ilkin mənbə və istinadları göstərmirlər. Məsələn, bəziləri deyir ki, bizim tez-tez işlətdiyimiz "Şərikli malın olunca, şərikli arvadın olsun" atalar sözünün əsli "Şərikli malın olunca, şərikli arvatın olsun"dur. Burda "arvat" sözü "çəki daşı" kimi mənalandırılır. Yəni şərikli malın olunca, şərikli çəki daşın olsun. Nə dəyişdi ki?! Yenə şərikli (ortaqlı) maldan söhbət gedir də. Halbuki ifadələrdə şərikli malın olması pislənilir. Üstəlik, "arvat" sözünün mənasının çəki daşı olmasını təsdiq edən heç bir mənbə yoxdur (biz belə məlumatı tapa bilmədik). Bəlkə də, hansısa dialektdə çox məhdud coğrafiyada bu söz işlənib. Amma onun xalqın yaratdığı atalar sözünün tərkibində ümumişlək söz hüququ qazanması inandırıcı deyil. "Şərikli malın olunca, şərikli arvadın olsun" atalar sözünün mənası isə odur ki, şərikli arvadın olması kişi üçün nə qədər təhqiramiz haldırsa, şərikli malın olması da o qədər pisdir. Bunun nəyi və harası səhvdir?! Sadəcə olaraq bir az sərt deyilib.

Bir digər nümunə. Deyirlər ki, "Düz düzdə qalar" atalar sözünün orjinalı "Düz düz də qalar"dır. Yenə orijinal mənbə göstərilmir, şəxsi düşüncəyə istinadən  mülahizə irəli sürülür. Bəs "Düz düzdə qalar"ın nəyi səhvdir?! Bəyəm, az görümüşük ki, düz adam çox vaxt ortada (düzdə) tək qalır. Müxtəlif səbəblərdən (qorxudan və s. səbəblərdən) çoxları ondan uzaqlaşmırmı?! Amma qələm əyri yonulsa da, düz yazdığı kimi, həqiqi düz adam da  öz düzlüyündə qalır. Bizcə, burda mahiyyətcə hər iki variant düzdür. Sadəcə olaraq, variantlaşma baş vermişdir. Bu fikri eyni ilə "Eşşək nə bilir zəfəran nədir / Eşşək nə bilir zər palan nədir"; "Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər"; "Bəlkəni əkiblər bitməyib / Bəlgəni əkiblər bitməyib" paralelləri haqqında da demək olar. Unutmayaq ki, atalar sözlərində varinatlaşma qanunauyğun hal, həm də onların konstitutiv xüsusiyyəti kimi qəbul edilir.

Bəzi atalar sözlərində isə dəyişmə orijinal faktlarla müqayisədə öz təsdiqini tapır. Məsələn, "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər" atalar sözünün əsli "İlanın zəhləsi yarbuzdandan gedər, o da yuvasının ağzında bitər" kimidir. Həmin atalar sözü XI əsrdə yaşamış M.Kaşğarinin məşhur "Divani-lüğatit-türk" əsərində belə qeyd olunub: "İlan yarbuzdan qaçar, qanca barsa, yarbuz ötrü gəlir". Burda "yarbuz" (manqust) səhralarda yaşayan, əsasən quş, xırda gəmirici və ilanlarla qidalanan yırtıcıdır. Və ilanın ondan - öz düşmənindən zəhləsinin getməsi tamamilə təbiidir. Siz də təsdiq edərsiniz ki, indi daha çox  "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər" ifadəsindən istifadə edirik. Onu da deyək ki, yuxarıda adı çəkilən lüğətdə "yarbuz" sözünün digər mənası bu gün bizim "yarpız" adlandırdığımız bitkinin adıdır. Və artıq sübut edilmişdir ki, ilanın yarpızdan da zəhləsi gedir. İlanın yarpızdan zəhləsinin getməsinin əsas səbəbi isə yarpızın ona pis təsir edən kəskin qoxusudur. Beləliklə, aydın olur ki, "İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər" atalar sözü tam məntiqi əsasda formalaşıb. Qətiyyən, qədim "İlanın zəhləsi yarbuzdan gedər, o da yuvasının ağzında bitər" atalar sözünün təhrif olunmuş forması deyil, onun yeni, həm də çox işlək variantıdır.

Bəzən atalar sözlərində ulularımızın bizə çatdırmaq istədikləri mənanı tapmaq o qədər də asan olmur. Bunun üçün "mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq" əsas şərtdir. İ.Abbasovun "Atalar nə deyibsə, düz deyib... yaxud "əlində qayçı" qoyun otarmaq nə deməkdir" başlıqlı yazısında dediyi kimi, "...insanlar sadəcə bir amili nəzərdən qaçırırlar ki, atalar sözləri hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır... Atalar sözünün məğzində, mayasında hifz edilən dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək üçün insandan, doğrudan da, müəyyən bir düşüncə potensialı, mütaliə səriştəsi tələb olunur və nəhayətdə başa düşürsən ki, atalar nə deyibsə, düz deyib".

Bəzən əks mənalı (məsələn, "Dama-dama göl olar (M.Kaşğaridə belədir: "Birin-birin minğ bolur, tama-tama köl bolur") // Quyuya su tökməklə sulu olmaz" və ya "Bu günün işini sabaha qoyma // Tələsən təndirə düşər" və s. atalar sözlərini "əsas" gətirən bir qrup yenə ataların səhv etdiklərini bildirir. Hətta yazırlar ki, "bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir". Amma nəzərə almırlar ki, hər bir atalar sözünün istifadə olunduğu məkan, şərait, zaman və məqam fərqli olur, bəzən bu zaman hətta variantları da bir-birini əvəz edə bilmir. Əks dedikləri, səhv saydıqları atalar sözləri də belədir. Nümunələrə diqqət edək. Alqı-satqı zamanı məbləğin cüzi olduğunu düşünüb kassa çekini almayana kiçik şeylərin zamanla çoxalaraq böyük işlərə vasitə ola bilcəyini anlatmaq üçün "Dama-dama göl olar" atalar sözünü xatırlada bilirik. Burda "Quyuya su tökməklə sulu olmaz"ı işlətməyin yeri yoxdur. Həmin atalar sözünü mədəniyyətsiz, etikadan kənar hərəkətlər edən, inadkar, öz tutduğunu buraxmayan birinə verilmiş nəsihət və məsləhətlərin nəticəsiz qaldığını görəndə işlədirik. Burda da "Dama-dama göl olar" atalar sözünün işlədilməsi qeyri-mümkündür. Deməli, bu hər bir atalar sözünün özünün işlənmə məqamı və şəraiti var. Burdan da görünür ki, həmin atalar sözləri bir-birinə əks olsa da, biri digərini təkzib etmir, hərəsi öz məqamında işlədilir. Beləliklə, "bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir" iddiası tamamilə absurddur. 

 "Qarın qardaşdan irəlidir" kimi atalar sözlərinə istinadən "ataların" öz mülahzələrində səhvə yol verdiklərini, insanları yanlış yönəltdiklərini iddia edənlər də var. Bunlar İ.Abbasovun yuxarıda adı çəkilən məqaləsində yazdığı kimi, nəzərə almırlar ki, "...bu vahidlərə formal məntiq prinsipləri ilə yanaşıb onlardan həmişə öyüd-nəsihət məzmunu gözləmək sadəlövhlük olardı. Atalar sözləri məzmunca xalq bədii təfəkkürünün bütün genişliyini və rəngarəngliyini əks etdirməyə qadirdir. Məsələn, onların sırasında ironiya, hətta sarkazm məzmunlu nümunələrə də rast gəlmək mümkündür. Yuxarıda göstərdiyimiz nümunədə də belədir. Təsəvvür edin ki, əlində yemək yeyən qardaşa həmin anda çox təcili xəstə qardaşına yardım etmək təklif olunur. O isə deyir ki, qoy, yeməyimi yeyim kömək edərəm. Bu vaxt ona istehza ilə "Qarın qardaşdan irəlidir?" (burda intonasiya xüsusi əhəmiyyət kəsb edir) deməyib, nə deyəsən?! Deməli, yenə də hər şey zamandan və məqamdan asılıdır. "Heç bir xüsusi faydası olmayan" atalar sözləri yoxdur. Atalar nə deyiblərsə, düz deyiblər. Sadəcə olaraq, sonrakı nəslin nümayəndələri onların bəzilərini kobud şəkildə təhrifə məruz qoyublar.

Həvəskar tədqiatçılar (əsl tədqiqatçılar deyil) bəzən unudurlar ki, folklor mətnləri, o cümlədən atalar sözləri qeyri-sabit və çoxvariantlı olur. Çoxusu həyati təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Müxtəlif dövrlərdə, müxtəlif məkanlarda və müxtəlif şəraitdə yarandığı üçün də müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Və hərə onu bir cür söyləmişdir. Onların təhrif olunmuş hesab etdikləri və yanlış saydıqları atalar sözlərinin əksəriyyəti orijinalların əsasında formalaşmış variantlardır. Bunları ucdantutma "təhrif" adlandırmaq, səhv hesab etmək günah olar. Çünki obrazlı desək, "Quran" yanında gedən" hər bir atalar sözünün özünə məxsus bir məqamı və bir yaradılış hekayəsi var. Biri digərini inkar etmir.  

Onu da unutmaq olmaz ki,  variantlaşma atalar sözlərinə xas olan əsas əlamətlərdən biridir. Ş.Nağıyeva özünün "Paremiyaların formal xüsusiyyətləri" məqaləsində göstərir ki, atalar sözlərinin variantlaşması həm dildaxili, həm də dilxarici amillərlə əlaqəlidir. Dildaxili variantlaşma tipində çox vaxt onların tərkibindəki leksik vahidlərin dəyişməsi, yaxud sintaktik quruluşunda qismən dəyişiklik edilməsi əsas rol oynayır. Bu zaman ümumiləşdirilmiş məna saxlanılır. Məsələn, "Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər; Dərd dərd üstündən gələr / Bəla bəla üstündən gələr" və s. Nümunələrdəki təndirə / tərsinə / tələyə; dərd / bəla əvəzlənmələri buna misal ola bilər.

Variantlaşmada dilxarici amillər dedikdə isə dil-cəmiyyət əlaqəsi nəticəsində yaranan sosial faktorlar nəzərdə tutulur. Hansı ki, belə atalar sözlərində variantlılığın yaranmasında zaman və məkan fərqləri ciddi rol oynayır. Məsələn, "Yeməyin ustası, işləməyin xəstəsi" - "Yemək görəndə hamıdan irəli, iş görəndə hamıdan geri"; "Kəfənə bürün elinən sürün - Kəfənə bürün qəbirə sürün" və s.

Əlbəttə, biz bəzi atalar sözlərinin zaman keçdikcə müstəqim mənasından uzaqlaşmasını və tamamilə fərqli şəklə düşməsini, fərqli məna kəsb etməyə başlamasını inkar etmirik. Bunun səbəbi isə yuxarıda yazdığımız kimi, onların müxtəlif zaman kəsiyində müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etməsi və hərənin onu bir cür söyləməsidir. Bunları "Atalar üçdən deyib", "Yol böyüyün, su kiçiyindir" və digər atalar sözlərinin nümunəsində də görmək olar. "Atalar üçdən deyib" "Oğuznamələr"də "Atalar ucacan deyib" kimi qeydə alınıb, bu da "bir işi axıradək get" mənasındadır. Bu atalar sözünün hazırkı variantı da müdriklik məzmununa malikdir. Bunu birinci dəfə uğursuzluğa düçar olanlara "Atalar üçdən deyib" deməklə mübarizəyə ruhlandırmaq baxımından deyirik. "Yol böyüyün, su kiçiyin" isə qədim "Oğuznamələr"də "Yol uluqun, suç kiçiqin" formasında qeyd olunur. Yəni kiçik günah işlətsə də, böyük onu bağışlamalı və düz yol göstərməlidir. Gəlin etraf edək ki, bu atalar sözünün sonradan formalaşan variantı da az tərbiyəvi əhəmiyyət kəsb etmir.

Etiraf edək ki, "yontulmamış", yaradıcı dil və ifadələrlə  buxovlanmayan", fikri çaşdırıb yanlış səmtə yönəldən, ziddiyyətli, defektli atalar sözlərinə çox nadir hallarda da olsa, təsadüf olunur. Məsələn, "El üçün ağlayan iki gözdən olar", "Gecənin xeyrindən gündüzün şəri yaxşıdır", "Arvadın saçı uzun olar, ağlı gödək", "Qızını döyməyən dizini döyər", "Şər deməsən, xeyir gəlməz"  və s.

XX əsrin 20-ci illərinədək belə atalar sözlərinə təkəmseyrək təsadüf olunub. Sovet dövründə isə bu cür halların sayı xeyli artmışdı. Çünki həmin dövrdə nəşr zamanı atalar sözləri ciddi "senzura cərrahiyyəsinə uğradılmış" (R.Hüseynov), onların bir qismi ideoloji mülahizələr baxımından (məşhur "Qaragilə" mahnısında "Təbrizin yolların dolanbadolan" misrasının dəyişdirilərək "Şəhərin küçələri dolanbadolan" edildiyi" kimi) kobud təhriflərə məruz qoyulmuş, kommunist ideologiyasının meyarlarına uyğun şəkildə "islah edilmiş", xalq müdrikliyinin örnəyi əvəzinə mənasız söz yığını kimi təqdim olunmuşdur (Ə.Hüseynzadə). Fikrimizcə, indi deffektli hesab etdiyimiz bəzi bir sıra atalar sözlərinin mövcud olmasının  səbəblərindən biri də budur.

Tədqiqatçıların fikrincə, atalar sözünün qavranılması müxtəlif mərhələlərdə baş verir. İlk öncə, eşidilən atalar sözünün ilkin mənası, daha sonra isə onun ifadə etdiyi əsas məna başa düşülür. Ona görə də gəlin, əvvəlcə atalar sözlərinin əsas mənasını başa düşək, sonra onların "deffektli" olub-olmaması barədə danışaq. Yoxsa, ifadənin ilkin mənası fikrimizi çaşdırıb, bizi yanlış səmtə yönəldə bilər. Necə ki, bəzilərini yönəltmişdir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:18
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2025-ci il bayram tətil günləri: Novruz, Ramazan və Qurban bayramı tarixləri açıqlandı

14 Mart 2025 00:31see751

Meyxanaçı Samirə yenə estetik əməliyyat etdirdi VİDEO

13 Mart 2025 01:12see290

Taksi qiymətləri artacaq?

13 Mart 2025 18:47see202

Rusiya bunu heç vaxt qəbul etməyəcək

13 Mart 2025 00:49see120

Səhərlər hansı qidaları yemək olmaz?

12 Mart 2025 22:27see117

“2 APREL BÖYÜK GÜN OLACAQ” Tramp anons edir

12 Mart 2025 21:46see115

Forumda iştirak etmək üçün Azərbaycana gəldilər Yenilənib

12 Mart 2025 21:29see114

“Orta Dəhlizlə daşımaların həcminin 6 dəfəyə qədər artırılması planlaşdırılır”

12 Mart 2025 22:49see113

Bakıda küçədə kütləvi dava: həbslər var (Yenilənib)

12 Mart 2025 23:48see112

“Rusiyadan atəşkəslə bağlı müsbət siqnallar almışıq”

13 Mart 2025 00:31see109

Sırski Ukrayna qoşunlarının Sudjadan çıxarılmasını əmr edib

13 Mart 2025 08:18see109

Zaur Paşayevlə bacarmadıq Lənkəran ın baș məşqçisi

14 Mart 2025 02:37see109

ABŞ nin atəşkəs təklifi: Sülh, yoxsa strateji hesab?

13 Mart 2025 18:31see108

Ciddədən ciddi mesajlar...

13 Mart 2025 08:31see107

Volkswagen və Audi elektromobillərini geri çağırır

13 Mart 2025 08:41see107

Bu metalın qiyməti 17 min manata yüksələcək Səbəb

13 Mart 2025 11:30see106

Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil Jelka Tsviyanoviç

13 Mart 2025 11:37see105

Əgər lazımi miqdarda su içilməsə,... ŞƏRH EDİLDİ

13 Mart 2025 16:21see105

Bakının bir çox yollarında tıxac müşahidə edilir SİYAHI

13 Mart 2025 08:29see105

Füzulidə Prius qəzaya DÜŞDÜ

13 Mart 2025 11:46see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri