Icma.az
close
up
RU
“Atam üçün ən yaxşı ssenari Benfika nın qələbə qazanması, mənim isə het trik etməyimdir Leandro Andrade

“Atam üçün ən yaxşı ssenari Benfika nın qələbə qazanması, mənim isə het trik etməyimdir Leandro Andrade

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Qarabağ"ın futbolçusu Leandro Andrade Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turunun "Benfika" ilə matçından əvvəl Portuqaliya mətbuatına müsahibə verib.

Sportal.az 25 yaşlı vingerin "O Jogo" nəşrinə müsahibəsini diqqətinizə çatdırır:

- "Estadio da Luz"a səfər ərəfəsində hissləriniz necədir? Sabah necə "Benfika" gözləyirsiniz?

- Açığı, püşk çəkilişindən əvvəl aramızda danışırdıq ki, "Benfika" ilə rəqib olmaq maraqlı olar. Onları asan rəqib hesab etdiyimiz üçün yox, sadəcə "Estadio da Luz"da oynamaq böyük təcrübədir. Heyətimizdə Portuqaliyada çıxış etmiş futbolçular var. "Benfika"nın oyunlarını izləyirəm və bilirəm ki, onlar son matçdakından daha güclü ola bilərlər. "Qarabağ"ın futbolçusu kimi isə arzu edərdim ki, bizə qarşı da o səviyyədə oynasınlar (gülür).

- Bəs "Benfika" "Qarabağ"dan nə gözləyə bilər?

- Baş məşqçimizin dəqiq oyun fəlsəfəsi var. Harada oynamağımızdan asılı olmayaraq, həmişə eyni üslubda çıxış edirik. Topa nəzarət, qısa ötürmələr, qorxmadan pressinq etmək, topu qazanıb sürətli əks-hücumlara çıxmaq oyun planımızdır. Bizim sirrimiz öz oyun fəlsəfəmizi qorumaq, inamla və cəsarətlə çıxış etməkdir.

- Yəni "Luz"da müdafiəyə qapanaraq ehtiyatlı futbol oynamaq fikriniz yoxdur?

- Əlbəttə ki, yox! Biz həmişə eyni tərzdə oynayırıq, rəqibin kim olmasından asılı olmayaraq. "Braqa", "Tottenhem", "Ayaks" kimi komandalar qarşı oynamışıq.

- Tanınmış komandalar "Qarabağ"a qarşı oynayarkən bəzən yuxarıdan aşağı baxırlar?

- Bəli, bu olur. Xatırlayıram, "Braqa" ilə qarşılaşanda Portuqaliya kanallarında oyunöncəsi analizlərdə hər mövqedə futbolçuları müqayisə edirdilər və hamısında rəqibin oyunçularını üstün göstərirdilər. Bu, bizə bir az toxundu, amma əlavə motivasiya da verdi.

- 2022/23 mövsümündə Avropa Liqasında 1/8 finala yüksəldiniz və "Bayer"ə çətin anlar yaşatdınız. Amma 2024/25 mövsümündə yeni formatda sonuncu oldunuz. Səbəb nə idi?

-  Çox uğurlu mövsüm keçirməyimiz bizi növbəti il geriyə saldı. Özümüzü olduğumuzdan daha böyük hesab etdik, eqomuz artdı. Sonra reallıqla üzləşdik. Amma bu təcrübə bizə dərs oldu və bu gün faydasını görürük.

- "Ferentsvaroş"la oyunda qol və qol ötürməsi ilə əsas rol oynadınız. "Luz"da da oxşar ssenari mümkündürmü?

- Bəli, demək olar hər gün xəyal edirəm (gülür). Özümə daim bunu təlqin edirəm ki, mən qol vururam və biz qalib gəlirik. İnanıram ki, düşüncə insanı istədiyinə yaxınlaşdırır. Hətta ötən şənbə komanda yoldaşım Kevin Medina ilə söhbət edirdim, ona tez-tez deyirəm ki, bu oyunda qol vuracağam və çox vaxt da elə olur. İndi də həmin hissi keçirirəm.

- Siz əsasən sağ cinahda oynayırsınız və ehtimal ki, qarşınızda Dahl olacaq. Onu necə keçməyi planlaşdırırsınız?

- Mənim əsas üstünlüyüm sürətdir, çox güman ki, bundan istifadə edəcəyəm. Dahlın oyun üslubunu yaxşı tanımıram, amma o, İsveçdə bizim hücumçumuz Musa Qurbanlı ilə bir yerdə oynamışdı. Bu da mənim üçün kiçik bir üstünlükdür.

- Sizin üçün bu oyun daha da xüsusi olacaq, çünki atanızın sayəsində "Benfika" azarkeşi kimi böyümüsünüz…

- "Qarabağ" üçün bu, 2017/18-dən sonra Çempionlar Liqasına qayıdışdır. Mənim üçün isə ilk dəfədir. Bu, çox xüsusi bir an olacaq. Uşaqlıqda xəyal etdiyimiz, amma çox az futbolçunun çatdığı bir yerdir. Üstəlik, bu, "Luz"da olacaq. Çox emosional olacaq, necə reaksiya verəcəyimi bilmirəm. Atam da futbolçu olub və onun təsiri ilə "Benfika" azarkeşi böyümüşəm. Sabah isə ürəyim "Qarabağ"ın yanında olacaq: “Atam üçün ən yaxşı ssenari "Benfika"nın 4:3 hesablı qələbə qazanması, mənim isə het-trik etməyimdir (gülür). Püşk atılanda ondan soruşdum ki, kimə azarkeşlik edəcəksən, az qala məni danlayacaqdı. Amma təbii ki, həmişə oğlunun yanında olur.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri