Icma.az
close
up
RU
Atamı təhqir etdi, mən də vurdum Qaynını qətlə yetirən şəxsin cinayət işi

Atamı təhqir etdi, mən də vurdum Qaynını qətlə yetirən şəxsin cinayət işi

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Həsən Həsrətovun növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, şahid qismində Rasim Nuriyev ifadə verib: "Mərhum Rasim Zamanov qonşuluqda yaşayırdı.  Mən qonşum Babək Alıcanovla samovar qaynadırdıq. Yaxınlıqdan "sən mənim atama eşşək demisən" ifadəsi eşitdik. Sonra gördük 2 nəfər bir-biri ilə dalaşır. Məlum oldu ki, Həsən, Rasimi atasını təhqir etdiyi üçün vurub. Bir azdan yaralı olan geri çəkildi, biz girdik onun qoluna. Təcili yardım çağırıb həmin şəxsi xəstəxanaya çatdırmaq istədik. Ancaq danışıqdan gördük ki, təcili yardım gec gələcək. Ona görə Rasimi və yanındakı oğlunu maşına mindirib 6 saylı Təcili Tibbi  Yardım stansiyasına çatdırdıq. Maşında yaralının oğlu Murad dedi ki, atamı bibimin yoldaşı vurub: "Məni döydü, buna görə atam Həsənlə dalaşdı. Sonra da bu hadisə baş verdi". 

Hakim cinayət işində olan şahid Babək Alıcanovun ifadəsini elan etdi. 

Məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salındı. 

Xatırladaq ki, ağır cinayət  ötən il dekabrın 2-də gecə saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Əraziyə gələn əməliyyat qrupu müəyyən edib ki, 45 yaşlı Rasim Zamanovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məlumata görə, 43 yaşlı Həsən Həsrətov Rasim Zamanovun qaynıdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri ilə səhərə yaxın saxlanıb.

Qonşuların sözlərinə görə, həmin şəxs cinayət törətdiyi ərazidə kirayədə yaşayıb.

Faktla bağlı Həsən Həsrətov barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri