Icma.az
close
up
RU
Qaynını qətlə yetirən şəxsin məhkəməsi keçirilir: Atamı təhqir etdi, mən də vurdum

Qaynını qətlə yetirən şəxsin məhkəməsi keçirilir: Atamı təhqir etdi, mən də vurdum

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Həsən Həsrətovun növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, şahid qismində Rasim Nuriyev ifadə verib:
"Mərhum Rasim Zamanov qonşuluqda yaşayırdı. Mən qonşum Babək Alıcanovla samovar qaynadırdıq. Yaxınlıqdan "sən mənim atama eşşək demisən" ifadəsi eşitdik. Sonra gördük 2 nəfər bir-biri ilə dalaşır. Məlum oldu ki, Həsən, Rasimi atasını təhqir etdiyi üçün vurub.
Bir azdan yaralı olan geri çəkildi, biz girdik onun qoluna.
Təcili yardım çağırıb həmin şəxsi xəstəxanaya çatdırmaq istədik. Ancaq danışıqdan gördük ki, təcili yardım gec gələcək. Ona görə Rasimi və yanındakı oğlunu maşına mindirib 6 saylı Təcili Tibbi Yardım stansiyasına çatdırdıq. Maşında yaralının oğlu Murad dedi ki, atamı bibimin yoldaşı vurub: "Məni döydü, buna görə atam Həsənlə dalaşdı. Sonra da bu hadisə baş verdi".
Hakim cinayət işində olan şahid Babək Alıcanovun ifadəsini elan etdi.
Məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, ağır cinayət ötən il dekabrın 2-də gecə saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.


Əraziyə gələn əməliyyat qrupu müəyyən edib ki, 45 yaşlı Rasim Zamanovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, 43 yaşlı Həsən Həsrətov Rasim Zamanovun qaynıdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri ilə səhərə yaxın saxlanıb.
Qonşuların sözlərinə görə, həmin şəxs cinayət törətdiyi ərazidə kirayədə yaşayıb.
Faktla bağlı Həsən Həsrətov barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri