Icma.az
close
up
RU
Atamı təhqir etdi, mən də vurdum Qaynını qətlə yetirən şəxsin cinayət işi

Atamı təhqir etdi, mən də vurdum Qaynını qətlə yetirən şəxsin cinayət işi

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Həsən Həsrətovun növbəti məhkəmə prosesi keçirilib.

Şahid qismində Rasim Nuriyev ifadə verib: "Mərhum Rasim Zamanov qonşuluqda yaşayırdı.  Mən qonşum Babək Alıcanovla samovar qaynadırdıq. Yaxınlıqdan "sən mənim atama eşşək demisən" ifadəsi eşitdik. Sonra gördük 2 nəfər bir-biri ilə dalaşır. Məlum oldu ki, Həsən, Rasimi atasını təhqir etdiyi üçün vurub. Bir azdan yaralı olan geri çəkildi, biz girdik onun qoluna. Təcili yardım çağırıb həmin şəxsi xəstəxanaya çatdırmaq istədik. Ancaq danışıqdan gördük ki, təcili yardım gec gələcək. Ona görə Rasimi və yanındakı oğlunu maşına mindirib 6 saylı Təcili Tibbi  Yardım stansiyasına çatdırdıq. Maşında yaralının oğlu Murad dedi ki, atamı bibimin yoldaşı vurub: "Məni döydü, buna görə atam Həsənlə dalaşdı. Sonra da bu hadisə baş verdi". 

Hakim cinayət işində olan şahid Babək Alıcanovun ifadəsini elan etdi. 

Məhkəmə prosesi 7 yanvar tarixinə kimi təxirə salındı. 

Xatırladaq ki, ağır cinayət  ötən il dekabrın 2-də gecə saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Əraziyə gələn əməliyyat qrupu müəyyən edib ki, 45 yaşlı Rasim Zamanovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məlumata görə, 43 yaşlı Həsən Həsrətov Rasim Zamanovun qaynıdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri ilə səhərə yaxın saxlanıb.

Qonşuların sözlərinə görə, həmin şəxs cinayət törətdiyi ərazidə kirayədə yaşayıb.

Faktla bağlı Həsən Həsrətov barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. /Unikal/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see259

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see233

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri