Atası ilə Kürdə çimmək istədi Xəstəxanalıq oldu
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəmkirdə yeniyetmə Kür çayında boğulma təhlükəsi ilə üzləşib. Avtosfer.az-ın məlumatına görə, hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü C.Tağlı atası ilə birlikdə Kür çayında çimən zaman suda batıb. Yeniyetmə ətrafdakı şəxslərin köməyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. C.Tağlının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, 16 yaşlı yeniyetmə atası ilə birlikdə istirahət məqsədilə Kür çayının sahilinə gəlibmiş. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Tiktokda gördüyünü hazırlamaq istədi, xəstəxanalıq oldu
01 Yanvar 2025 20:17
Mavi göz olmaq istədi, xəstəxanalıq OLDU
01 Oktyabr 2025 17:09
Evdə özünü əməliyyat etmək istədi: Xəstəxanalıq oldu
21 Mart 2025 17:11
Maşında musiqinin səsini azaltmasını istədi Xəstəxanalıq oldu
09 Aprel 2026 12:29
Çimmək istədilər, axına düşdülər
04 Avqust 2025 13:12
Baxış sayı:77
Bu xəbər 29 İyul 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















