Icma.az
close
up
RU
Atası tərəfindən öldürülən anası ilə bağlı azyaşlı uşağın məhkəmədə anlatdığı DƏHŞƏTLƏR

Atası tərəfindən öldürülən anası ilə bağlı azyaşlı uşağın məhkəmədə anlatdığı DƏHŞƏTLƏR

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Zığ qəsəbəsində həyat yoldaşı və qayınatasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Hikmət Əkbərovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az-ın məlumata görə, Bakı ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda cinayət işində şahid kimi tanınan sonuncu şəxslərin sərbəst ifadələri dinlənilib.

Sərbəst ifadəsi zamanı bütün proses iştirakçılarının diqqətini cəlb edən 12 yaşlı uşağın anlatdıqları hamını dəhşətə gətirib. O, anası ilə nənəsigildə qonaq olarkən anasının ölümü ilə bağlı gördüklərini belə izah edib:

"Anamla atam nənəmgillə barışandan sonra anamın bizə qarşı münasibəti dəyişmişdi. O, nənəmin evinə gedib gələndən sonra həmişə bizi acılayırdı. Elə bil ki, nənəm anamı atamdan ayırmağa çalışırdı həmişə".

"Anam qan içində idi, xırıldayırdı"

Anasının qətlindən, atasının isə həbs olunmasından sonra nənəsinin (atasının anası) himayəsində qalan azyaşlının ifadəsi hakim və ittiham tərəfi ilə yanaşı, müdafiə tərəfində də bir qədər təəccüb oyatdığından ona hadisə ilə bağlı dolaşıq suallar ünvanlayıblar. Hadisənin başvermə anına gəlincə isə azyaşlı bunları deyib:

"Həmişə onlarda babamla yatırdım. Amma həmin gecə kiçik qardaşımı qucaqlayıb yatmışdım. Birdən ayılıb otaqdan çıxanda anamı uzanmış vəziyyətdə sifəti qanın içində gördüm, xırıldayırdı. Atam da ayaq üstə durmuşdu, bu əli (sağ əlini göstərir) kəsilmişdi, qanlı idi. Sonra atam bizi onlardan götürüb əmimə zəng etdi".

Azyaşlı şahidin ifadəsi müzakirəyə qoyularaq onun atasının yaxınları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb-qalmaması qiymətləndirilib. Bununla bağlı şübhəli məqamlar olsa da, onun ifadəsi qəbul olunub.

Sərbəst ifadə verən digər şahid Xəyalə Əkbərova isə qardaşının törətdiyi hadisə ilə bağlı hər hansı bir məlumata sahib olmadığını dediyindən onun ibtidai istintaqa verdiyi ifadəsi proses iştirakçılarının diqqətinə çatdırılıb. Təqsirləndirilənin bacısı hakimin suallarını cavablandırarkən azyaşlı qardaşı oğlunun məhkəmədə həqiqətən də fərqli ifadə verməsini bir daha sübut etdi.

"Qardaşımın oğlu hadisənin necə baş verdiyini mənə deyib. Hər şey onun gözü qarşısında baş verib. Buna görə qardaşımı heç vaxt bağışlamayacağam. Bənövşə əxlaqlı gəlin idi".

"Namusumu mənə qaytarın"

Hadisəni törətməkdə təqsirləndirilən, əslən Bakının Hökməli kəndindən olan Hikmət Əkbərov proses zamanı hakimdən ifadəsinə əlavə üçün danışmaq imkanı alarkən bütün baş verənlərə görə qayınanası Gülbəniz Bədəlova ilə yanaşı, mərhum qayınatasını günahlandırıb:

"Bu ailə məni atamın qisasını almağa görə həyat yoldaşımı və qayınatamı öldürməyimi deyirlər. Mən onu deyim ki, əgər belə bir fikrim olsaydı, bunu elə 14 il bundan əvvəl edərdim. Mən həyat yoldaşımı çox istəmişəm, 4 övladım var. Onlara görə çox peşmanam. Qayınanamgil qızı ilə barışandan sonra imkan vermirdilər mənimlə yaşamağına. Onlara getməyimə icazə vermirdilər. Hətta iş o yerə çatmışdı ki, onun qapalı geyiminə də müdaxilə edərək hicabını açdırmağa cəhd edirdilər. Mən dəfələrlə onlara demişdim ki, namusumu qaytarın, işiniz olmasın".

Təsdiqini tapmayan "qısqanclıq" motivi

Baş verən dəhşətli hadisə ilə bağlı məhkəmə istintaqı zamanı ortaya çıxan ziddiyyətli məqamlardan biri də Hikmətin öz mərhum həyat yoldaşını yaxın qohumlardan birinə qısqanmasıdır. Təqsirləndirilən ifadəsi zamanı bunu bildirsə də, bütün şahidlərin ifadələri zamanı bu fakt öz təsdiqini tapmayıb. Hər kəs onun aşırı dərəcədə qısqanc olduğunu bildirməklə yanaşı, öldürülən 27 yaşlı Bənövşənin bir o qədər yüksək keyfiyyətli əxlaqa sahib olduğunu deyiblər.

Məhkəmənin növbəti iclası mayın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin noyabrın 8-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib.

36 yaşlı Hikmət Əkbərov gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə həyat yoldaşı, 27 yaşlı Bənövşə Əkbərovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə təqsirləndirilir.

Hadisə Hikmət və Bənövşənin dörd övladının gözü qarşısında baş verdiyi bildirilir.

Ailələr arasında baş verən gərginlik 2010-cu ildə, 14 yaşlı Bənövşənin Hikmət tərəfindən qaçırılması ilə başlayıb. Barışığa gedərkən Hikmətin atası Bənövşənin yaxınlarının avtomobilində olarkən avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Bu hadisə isə guya tərəflər arasında azyaşlı qızın qaçırılmasına görə "qisasçılıq" kimi qiymətləndirilib.

Elgün Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri