Icma.az
close
up
RU
Atçılıq Federasiyası ilə yekun vurub, yeni baş katib seçilib FOTO VİDEO İdman və Biz

Atçılıq Federasiyası ilə yekun vurub, yeni baş katib seçilib FOTO VİDEO İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, İdarə Heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Gənc nəsilin sağlam ruhda yetişdirilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı Elçin Quliyevin açılış nitqində xüsusi vurğulanıb.

Federasiya prezidenti milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə edib.

Tədbirin davamında federasiyanın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunub.

Mükafatlar müxtəlif nominasiyalar üzrə təqdim edilib:

İlin Ədalətli Yarış Hakimi – Tahirov Zaur Aydın oğlu;
Cıdır üzrə İlin Jokeyi – Nəzərov Hilal Mehman oğlu;
Cıdır üzrə İlin Qarabağ atının yetişdirici Klubu – Buta Qolden Atçılıq Klubu;
Cıdır üzrə İlin Dilbaz atının yetişdirici Klubu – Xan-Xan Atçılıq Klubu;
Çövkən üzrə İlin Klubu – Sərhədçi Çövkən Komandası;
Çövkən üzrə İlin Oyunçusu – Primov Samir Soltan oğlu;
Konkur üzrə İlin İdmançısı – Musayev Seyid Yaqub oğlu;
Konkur üzrə İlin Gənc İdmançısı – Mirzəyeva Leyla Elxan qızı;
Konkur üzrə İlin Xanım İdmançısı – Ağayeva Aydan Aydın qızı;
Konkur üzrə İlin Məşqçisi – Musayev Seyid Yaqub oğlu;
Konkur üzrə İlin Klubu – Elit Atçılıq İdman Klubu;
Gənclər arasında Konkur üzrə İlin Klubu – Respublika Atçılıq Məktəbi;
Yorğa atçılığı üzrə İlin At sahibi – Cabarov Elmətdin Nazim oğlu;
Yorğa atçılığı üzrə İlin Çaparı – Allahverdiyev Xəlil Elman oğlu;
Dresaj üzrə İlin İdmançısı – Əlibəyov Aydın Alavəddin oğlu;
İlin Baytar Həkimi – Musayev Məhəmməd Yaqub oğlu;
İlin İdman Kanalı – CBC SPORT telekanalı;
İlin Şərhçisi – Mirzəzadə Ramiz Rasim oğlu;
Çövkən üzrə ilin ən baxımlı qolunun sahibi – Əliyev Rusif Nazim oğlu;
Dresaj üzrə İlin Xanım İdmançıları – Zəhrabəyova Aqata Eduard qızı və Zəhrabəyova Karina Eduard qızı.

Mükafatlandırma mərasimindən sonra Fərid Qayıbov çıxış edərək ARAF-nin 2024-cü il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirib, atçılıq sahəsində görülən işlərin Azərbaycanın milli idman irsini inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayaraq federasiyanın beynəlxalq səviyyədə uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətindən danışıb.

Tədbirin ikinci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanıb, növbəti ilin planları müzakirə olunmuş və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim edilib.

Tədbir iştirakçıları 2024-cü ilin uğurlarını qeyd edərək, növbəti ildə yeni zirvələrə çatmaq əzmini ifadə ediblər.

Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, ARAF-nin yeni baş katibi vəzifəsinə Emil Seyidovun namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, Emil Seyidov ARAF-nin yeni baş katibi seçilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri