Azərbaycan Atçılıq Federasiyası dünyanın ən yaxşı ənənəvi idman təşkilatı seçilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 aprel, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.
ARAF-dan AZƏRTAC-a verilən məlumata görə, mükafat federasiyanın milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunub.
Həmçinin forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılıb, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















